Astanada MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin görüşü keçirilib

Oktyabrın 4-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 55-ci iclası keçirilib, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə iştirak edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, öncə nümayəndə heyətlərinin rəhbərləri Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən qəbul ediliblər.

Daha sonra Şuranın iclası işinə başlayıb.

İclas çərçivəsində MDB ölkələrinin təhlükəsizliyinin məruz qaldığı xarici təsirlər, təşkilata üzv dövlətlərin üzləşdikləri təhdidlər, xüsusən də beynəlxalq terrorçuluğa və dini ekstremizmə qarşı aparılan birgə mübarizənin səmərəliliyinin artırılması barədə çıxışlar edilib və ətraflı fikir mübadiləsi aparılıb. Bildirilib ki, MDB məkanında yerləşən respublikaların təhlükəsizliyinə yönələn müasir çağırışlar, regionda sabitliyin pozulmasını qarşılarına məqsəd kimi qoymuş və bölgədə ümumi vəziyyətin gərgin saxlanılmasında maraqlı olan bəzi xarici dairələrinin kəşfiyyat-pozuculuq əməlləri ilə müşayiət edilən destruktiv fəaliyyət Birlik dövlətlərinin xüsusi xidmət orqanlarının daim ayıq-sayıq olmasını, səyləri birləşdirərək koordinasiyalı şəkildə işləməsini, əməkdaşlığın davamlı gücləndirilməsini, qazanılmış təcrübənin və əldə olunan əməliyyat məlumatlarının tərəfdaş qurumlar arasında mütəmadi bölüşülməsini zəruri edir.

Həmçinin qeyd olunub ki, təhlükəsizliyin təminatını ciddi risk altına alan transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qeyri-qanuni miqrasiya kimi məsələlərin son zamanlar özünü daha qabarıq göstərməsi MDB ölkələrinin xüsusi xidmət orqanlarının bu hallara qarşı getdikcə daha kəsərli addımlar atmalı olduğunu şərtləndirir.

Tədbirin gedişatında mənfi təzahürlərlə mübarizədə təhlükəsizlik təşkilatlarının qarşısında duran mühüm vəzifələr və gələcəkdə həyata keçirilməsi vacib olan tədbirlərə dair geniş müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ebru Gündeşin keçmiş həyat yoldaşı SAXLANILDI - SƏBƏB...

Ebru Gündeşin keçmiş həyat yoldaşı SAXLANILDI - SƏBƏB...

Google istifadəçilərinə ŞAD XƏBƏR

Google istifadəçilərinə ŞAD XƏBƏR

ABŞ Milli Təhlükəsizlik Strategiyasını AÇIQLADI – Çinə sərt MESAJ

ABŞ Milli Təhlükəsizlik Strategiyasını AÇIQLADI – Çinə sərt MESAJ

Yorğunluqdan ciddi XƏSTƏLİYƏ – Daha çox gənclərdə müşahidə olunur

Yorğunluqdan ciddi XƏSTƏLİYƏ – Daha çox gənclərdə müşahidə olunur

Baş prokuror: “Azərbaycanın vəkillər institutunda xeyli inkişaf var”

Baş prokuror: “Azərbaycanın vəkillər institutunda xeyli inkişaf var”

"HəmÜrək" xeyriyyə yarmarkası keçirilib – FOTO

"HəmÜrək" xeyriyyə yarmarkası keçirilib – FOTO

Zırpaket satan daha 20 nəfər saxlanılıb

Zırpaket satan daha 20 nəfər saxlanılıb

Türkiyədə təyyarə qəzasında həlak olan generalların nəşi Liviyaya yola salınıb - FOTO

Türkiyədə təyyarə qəzasında həlak olan generalların nəşi Liviyaya yola salınıb - FOTO

Kiyevdə yaşayış binasına dronunun düşmə anı – VİDEO

Kiyevdə yaşayış binasına dronunun düşmə anı – VİDEO

Bu instituta direktor təyin edildi

Bu instituta direktor təyin edildi

Gündə neçə naringi yeyə bilərsiniz?

Gündə neçə naringi yeyə bilərsiniz?

Gələn il vizasız gedəcəyimiz ölkələr - SİYAHI

Gələn il vizasız gedəcəyimiz ölkələr - SİYAHI

İranda edamların sayı bir ildə iki dəfədən çox ARTDI

İranda edamların sayı bir ildə iki dəfədən çox ARTDI

Zaqatalanın çəkməçi XANIMI - Həyat yoldaşının sənətini yaşadan Fəzilət Dadalovanın HƏYAT HEKAYƏSİ – FOTO

Zaqatalanın çəkməçi XANIMI - Həyat yoldaşının sənətini yaşadan Fəzilət Dadalovanın HƏYAT HEKAYƏSİ – FOTO

Bakıda "Kamaz" yeniyetməni vuraraq öldürdü - FOTO

Bakıda "Kamaz" yeniyetməni vuraraq öldürdü - FOTO

Bu yollarda EHTİYATLI olun – VİDEO

Bu yollarda EHTİYATLI olun – VİDEO

27 dekabr üçün astroloji PROQNOZ

27 dekabr üçün astroloji PROQNOZ

50-dən çox ölkə İsrailin Somalilandı tanımaq qərarını PİSLƏYİB

50-dən çox ölkə İsrailin Somalilandı tanımaq qərarını PİSLƏYİB

DİN-dən bayram günlərində Qarabağa səfər edənlərə MÜRACİƏT

DİN-dən bayram günlərində Qarabağa səfər edənlərə MÜRACİƏT

"Putinlə hər şey yaxşı olacaq" - Tramp

"Putinlə hər şey yaxşı olacaq" - Tramp

Ən çətin xarakterə malik 3 BÜRC

Ən çətin xarakterə malik 3 BÜRC

Leyla Əliyeva: “Azərbaycan milli parklarını genişləndirərək ekoloji liderliyini gücləndirir”

Leyla Əliyeva: “Azərbaycan milli parklarını genişləndirərək ekoloji liderliyini gücləndirir”

Amnistiyaya düşən Dəniz yenidən hakim QARŞISINDA

Amnistiyaya düşən Dəniz yenidən hakim QARŞISINDA

Bu günün geomaqnit PROQNOZU

Bu günün geomaqnit PROQNOZU

End of content

No more pages to load

RADİO