Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

Məlumdur ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında 8 dekabr 1991-ci il Sazişində və 21 dekabr 1991-ci il Almatı Bəyannaməsində nəzərdə tutulan ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmətlə bağlı müddəalarda MDB-yə üzv dövlətlər arasında faktiki sərhədlərin hansı olduğu və ya hər bir dövlətin tərkibinə hansı ərazilərin daxil olması məsələsinə aydınlıq gətirilmir. Beləliklə, Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Ermənistanın hərbiləşdirilməsinə bəraət qazandırması və Azərbaycandan iddia olunan təhdidlər barədə söylədiyi fikirlərə dair şərhində bildirilib.

"Ermənistanın 18 fevral 1992-ci il tarixində MDB-nin yaradılması haqqında sazişi qeyd-şərtlə ratifikasiyasını inkar etmək olmaz. Üstəlik, Ermənistan qeyd-şərtlər etmək niyyətini hələ 26 dekabr 1991-ci il tarixində Ermənistan Ali Soveti MDB-nin yaradılması haqqında sazişə dair Protokolu ratifikasiya edəndə rəsmən bəyan edib.

MDB-nin yaradılması haqqında sazişin ratifikasiyasına dair Ali Sovetin 18 fevral 1992-ci il tarixli qərarının 10-cu bəndində aydın şəkildə göstərilir ki, Ermənistan Respublikası qondarma “Dağlıq Qarabağ Respublikasını MDB-yə daxil olmaq hüququ olan müstəqil dövlət hesab edirdi.”

Ali Sovetin bu qərarından sonra Ermənistan heç vaxt “Dağlıq Qarabağı” Azərbaycanın tərkib hissəsi kimi tanımayıb, bu mövqe Ali Sovetin 8 iyul 1992-ci il tarixli Qərarında bir daha təsdiqlənib və Ermənistanın 5 iyul 1995-ci il tarixli Konstitusiyası ilə daha da möhkəmlənib. O zaman qeyd-şərtin müqaviləyə tərəf digər ölkələrin nəzərinə çatdırılmasının zəruri olub-olmaması və Ermənistanın belə tədbir görüb-görmədiyindən asılı olmayaraq, hər hansı bir mühakimə yürütmədən, qeyd-şərtlər Ermənistan qanunvericiliyinin bir hissəsidir və inkar edilə bilməz.

Beləliklə, həmçinin Ermənistanın Almatı Bəyannaməsinə qoşulan zaman konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı artıq mövcud olan iddiasını və onun qeyd-şərtlərini nəzərə alaraq, Ermənistan “Dağlıq Qarabağın” Azərbaycanın tərkib hissəsi kimi tanınmasını istisna edib.

Odur ki, Ermənistan öz konstitusiyasına dəyişikliklər edənə və Azərbaycana qarşı iddiasını əks etdirən bütün hüquqi və siyasi aktlardan imtina etməyənə qədər Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur.

Həmçinin, Almatı bəyannaməsinə qoşularkən Ermənistanın Azərbaycana qarşı təcavüz tarixini nəzərə alaraq, “keçmiş Sovet İttifaqının respublikalarının inzibati sərhədləri boyunca bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınması” dedikdə Ermənistanın 1992-ci ildə və indi nə nəzərdə tutduğuna aydınlıq gətirməsinin vaxtı çatıb", - deyə əlavə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qurban Qurbanov onun satılmasını istəmir

Qurban Qurbanov onun satılmasını istəmir

Ebru Gündeşin keçmiş həyat yoldaşı SAXLANILDI - SƏBƏB...

Ebru Gündeşin keçmiş həyat yoldaşı SAXLANILDI - SƏBƏB...

Google istifadəçilərinə ŞAD XƏBƏR

Google istifadəçilərinə ŞAD XƏBƏR

ABŞ Milli Təhlükəsizlik Strategiyasını AÇIQLADI – Çinə sərt MESAJ

ABŞ Milli Təhlükəsizlik Strategiyasını AÇIQLADI – Çinə sərt MESAJ

Yorğunluqdan ciddi XƏSTƏLİYƏ – Daha çox gənclərdə müşahidə olunur

Yorğunluqdan ciddi XƏSTƏLİYƏ – Daha çox gənclərdə müşahidə olunur

Baş prokuror: “Azərbaycanın vəkillər institutunda xeyli inkişaf var”

Baş prokuror: “Azərbaycanın vəkillər institutunda xeyli inkişaf var”

"HəmÜrək" xeyriyyə yarmarkası keçirilib – FOTO

"HəmÜrək" xeyriyyə yarmarkası keçirilib – FOTO

Zırpaket satan daha 20 nəfər saxlanılıb

Zırpaket satan daha 20 nəfər saxlanılıb

Türkiyədə təyyarə qəzasında həlak olan generalların nəşi Liviyaya yola salınıb - FOTO

Türkiyədə təyyarə qəzasında həlak olan generalların nəşi Liviyaya yola salınıb - FOTO

Kiyevdə yaşayış binasına dronunun düşmə anı – VİDEO

Kiyevdə yaşayış binasına dronunun düşmə anı – VİDEO

Bu instituta direktor təyin edildi

Bu instituta direktor təyin edildi

Gündə neçə naringi yeyə bilərsiniz?

Gündə neçə naringi yeyə bilərsiniz?

Gələn il vizasız gedəcəyimiz ölkələr - SİYAHI

Gələn il vizasız gedəcəyimiz ölkələr - SİYAHI

İranda edamların sayı bir ildə iki dəfədən çox ARTDI

İranda edamların sayı bir ildə iki dəfədən çox ARTDI

Zaqatalanın çəkməçi XANIMI - Həyat yoldaşının sənətini yaşadan Fəzilət Dadalovanın HƏYAT HEKAYƏSİ – FOTO

Zaqatalanın çəkməçi XANIMI - Həyat yoldaşının sənətini yaşadan Fəzilət Dadalovanın HƏYAT HEKAYƏSİ – FOTO

Bakıda "Kamaz" yeniyetməni vuraraq öldürdü - FOTO

Bakıda "Kamaz" yeniyetməni vuraraq öldürdü - FOTO

Bu yollarda EHTİYATLI olun – VİDEO

Bu yollarda EHTİYATLI olun – VİDEO

27 dekabr üçün astroloji PROQNOZ

27 dekabr üçün astroloji PROQNOZ

50-dən çox ölkə İsrailin Somalilandı tanımaq qərarını PİSLƏYİB

50-dən çox ölkə İsrailin Somalilandı tanımaq qərarını PİSLƏYİB

DİN-dən bayram günlərində Qarabağa səfər edənlərə MÜRACİƏT

DİN-dən bayram günlərində Qarabağa səfər edənlərə MÜRACİƏT

"Putinlə hər şey yaxşı olacaq" - Tramp

"Putinlə hər şey yaxşı olacaq" - Tramp

Ən çətin xarakterə malik 3 BÜRC

Ən çətin xarakterə malik 3 BÜRC

Leyla Əliyeva: “Azərbaycan milli parklarını genişləndirərək ekoloji liderliyini gücləndirir”

Leyla Əliyeva: “Azərbaycan milli parklarını genişləndirərək ekoloji liderliyini gücləndirir”

Amnistiyaya düşən Dəniz yenidən hakim QARŞISINDA

Amnistiyaya düşən Dəniz yenidən hakim QARŞISINDA

End of content

No more pages to load

RADİO