Xamenei MOSSAD-ın HƏDƏFİNDƏ – İranın Ali Liderinə qarşı sui-qəsd HAZIRLANIR?

İsrailin milli kəşfiyyat orqanı olan MOSSAD İranın ali dini lideri Ayətullah Əli Xameneini təhdid edib.

Bu barədə MOSSAD-ın "Terror Alarm" "X" hesabında paylaşım edilib. Paylaşımda bildirilib ki, "Xamenei bu həftə sonuncu cümə namazını oktyabrın 4-ü Qüds vaxtı ilə saat 11:30-da qılacaq".
Bu xəbərdarlıq İsrailin Xameneiyə qarşı sui-qəsd hazırlaması ehtimalını gündəmə gətirib. 

Lakin aydın məsələdir ki, Xameneiyə qarşı sui-qəsd bölgədə mövcud olan gərginliyin daha təhlükəli vəziyyət almasına gətirib çıxaracaq. Bu hadisənin baş verməsi sözün həqiqi mənasında müharibənin miqyasının genişlənməsinə, İranla İsrail arasında birbaşa toqquşmalara səbəb olacaq. 

Görəsən, İsrail İranın Ali rəhbərini hədəf alacaqmı?

MÖVZU İLƏ BAĞLI:

Yaxın Şərqin “ÜÇ MUŞKETYORU” – Regiondakı savaşların əsl müəllifləri KİMLƏRDİR?


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev bildirir ki, İranın dini liderinə qarşı sui-qəsd olarsa, bu böyük səs-küyə, skandala səbəb olacaq. Ona görə də həmsöhbətimizə görə Xameneiyə sui-qəsd variantı istisnadır: 

“Son dövrlər İranla İsrail arasında münasibətlər həddən artıq kəskinləşib. Haniyə və Nəsrullahın İsrail tərəfindən aradan götürülməsindən sonra münasibətlər daha kəskin xarakter almağa başlayıb. Ona görə də müəyyən təsir elementləri var. Bu təsir elementlərindən biri də İranın ali dini rəhbəri Xameneinin üzərinə düşür. İran da bu xəbəri həyəcanla təqib edir. 

İsrailin baş naziri Netanyahu Amerikada keçiriləcək Prezident seçkilərinə qədər vəziyyəti daha da gərginləşdirmək xətti götürüb. Ona görə də İranın nəzarətindəki “Hizbullah”, HƏMAS kimi proksi qüvvələri zərərsizləşdirməyə çalışır. 

Hətta ola bilsin, İsrail İranın nüvə obyektlərinə də zərbələr endirsin. 
 

Görünən odur ki, nə HƏMAS, nə də “Hizbullah” İsrailə lazım olan cavabı verə bilmir. Əsas məsələ Təl-Əvivlə Tehran arasındakı münasibətlərdir. İsrail bütün vasitələrlə İranı müharibəyə cəlb etmək istəyir. Bilir ki, ABŞ mütləq İsrailə dəstək verəcək. İran isə bütün hallarda çalışır ki, vəziyyəti yumşaltsın. Ona görə də bundan sonrakı mərhələdə İsrailin hücumlarının daha da artacağını gözləmək olar. 


Hədələrə baxmayaraq, Xameneinin İsrail tərəfindən öldürüləcəyini düşünmürəm. Çünki bunun baş verməsi dünyada böyük səy-küyə səbəb olmaqla yanaşı, mövcud durumda İsrailin əleyhinə işləyəcək. Amma hədə qorxular, təzyiq mexanizmləri davam edəcək. Lakin İsrailin Xameneiyə qarşı indiki halda sui-qəsd təşkil edəcəyini düşünmürəm”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Vinisius millinin matçını buraxa bilər

Vinisius millinin matçını buraxa bilər

Bakıda yanğınla bağlı məlumata RƏSMİ REAKSİYA

Bakıda yanğınla bağlı məlumata RƏSMİ REAKSİYA

ABŞ və İsrail ordusu Tehranda peyk siqnallarını boğan sistemlərə zərbə endirdi - VİDEO

ABŞ və İsrail ordusu Tehranda peyk siqnallarını boğan sistemlərə zərbə endirdi - VİDEO

End of content

No more pages to load

RADİO