Dmanisi hadisələri ilə bağlı 8 nəfər saxlanılıb - RƏSMİ

Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanın Dmanisi rayonunda baş verən insidentlə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Bizim.Media-ya daxil olan məlumatda deyilir:

"16 may 2021-ci il tarixində, saat 17.00 radələrində Gürcüstanın Dmanisi rayonunun “9 aprel” küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb.

İnsident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq müafizə orqanları tərəfindən saxlanılıb. Dövlət Komitəsi insidentdən dərhal sonra hadisəyə reaksiya verərək, soydaşlarımızla əlaqə saxlayıb. Hadisənin hücum edən qrupdan olan bir neçə şəxsin mağazadan aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbindən baş verdiyi bildirilib.

Bununla belə, son dövrlər regionda cərəyan edən hadisələr, Azərbaycan Respublikasının Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər, Azərbaycan-Gürcüstan arasında dostluq münaibətlərinin davamlı inkişafı Qafqaz regionunda sülh və stabilliyin düşmənlərini ciddi narahat edir.

Bu baxımdan Dmanisi rayonunda baş verənlərin təxribat olması və məqsədli şəkildə təşkil edilməsi ehtimalı da mövcuddur.

Qeyd edilənləri nəzərə alaraq, Gürcüstanda yaşayan azərbaycanlıları baş verən insidentə təmkinlə yanaşmağa, ehtiyatlı olmağa, təxribatlara uymamağa və proseslərə qonşu Gürcüstan dövlətinin qanunları çərçivəsində münasibət bildirməyə çağırırıq.

Bildiririk ki, Dmanisi rayonunda baş verən insidentə Diasporla İş üzrə Dövlət Komitəsi həssaslıqla yanaşır və daim diqqət mərkəzində saxlayır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əlliliyin qiymətləndirilməsində YENİLİK – Süni intellekt necə TƏTBİQ OLUNACAQ?

Əlliliyin qiymətləndirilməsində YENİLİK – Süni intellekt necə TƏTBİQ OLUNACAQ?

Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi - AÇIQLAMA

Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi - AÇIQLAMA

Universitetlərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ – Martın 5-dək...

Universitetlərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ – Martın 5-dək...

Şəkidə 33 mindən çox abonent qazsız qalacaq

Şəkidə 33 mindən çox abonent qazsız qalacaq

28 yaşlı kişi BIÇAQLANDI

28 yaşlı kişi BIÇAQLANDI

BİZİM TƏQVİM:18 fevral tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM:18 fevral tarixində baş vermiş mühüm hadisələr

"Qarabağ" qeyri-adi komandadır" - "Nyukasl"ın futbolçusu

"Qarabağ" qeyri-adi komandadır" - "Nyukasl"ın futbolçusu

Hacıqabulda iki avtomobil toqquşdu, sürücü öldü

Hacıqabulda iki avtomobil toqquşdu, sürücü öldü

“Yerin təki haqqında” Qanunda dəyişiklik edilir - VİDEO

“Yerin təki haqqında” Qanunda dəyişiklik edilir - VİDEO

Keyn bu göstəricidə Ronaldonu geridə qoydu

Keyn bu göstəricidə Ronaldonu geridə qoydu

Səhər yeməyində tez-tez edilən bu səhv sağlamlığa ZƏRƏR VERİR

Səhər yeməyində tez-tez edilən bu səhv sağlamlığa ZƏRƏR VERİR

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

Gəncədə ağır qəza - Xəsarət alanlar var

Gəncədə ağır qəza - Xəsarət alanlar var

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

"Buna görə Novruz bayramında sevinmirəm"

"Buna görə Novruz bayramında sevinmirəm"

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

End of content

No more pages to load

RADİO