“Bir sıra güc mərkəzləri Ermənistanda revanşizmin yenidən qızışdırılmasında maraqlıdır” – Əli Nağıyev

“Azərbaycan Respublikası postmüharibə dövründə Cənubi Qafqazda sülhün, mehriban qonşuluq prinsiplərinə əsaslanan birgə yaşayışın, nəqliyyat və iqtisadi əlaqələrin bərpasının tərəfdarıdır”.

Bizim.Media xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans KEÇİRİLİR


O bildirib ki, dünyadakı bir sıra güc mərkəzləri hazırda bölgədə gərginliyin artırılmasında, o cümlədən Ermənistanı silahlandıraraq revanşizmin və separatizmin yenidən qızışdırılmasında maraqlıdır və buna açıq dəstək verməkdən çəkinmirlər: 

“Görünən budur ki, belə qüvvələri hər şeydən öncə bu bölgədə baş vermiş və hazırda dünyada davam edən silahlı münaqişələr nəticəsində həyatını itirmiş, qaçqına, məcburi köçkünə çevrilmiş və itkin düşmüş yüz minlərlə insanının acı taleyi düşündürmür”.

Komissiya sədri diqqətə çatdırıb ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, bütün dövlətlərlə sosial-iqtisadi, siyasi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq etmək əzmindədir: 

"Eyni prinsiplər əsasında Azərbaycan dövləti Ermənistanla qısa vaxt ərzində sülh müqaviləsi imzalamağa hazırdır. Bundan ötrü rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddialarını şərtləndirən Konstitusiyasında və digər milli qanunvericilik aktlarında dəyişiklik etməlidir. 

Bu gün bağlanan sülh müqaviləsi yenidən nə vaxtsa ərazi iddialarını irəli sürməyi tamamilə istisna etməlidir. Yalnız Azərbaycan üçün deyil, qlobal mahiyyət daşıyan itkin düşmüş şəxslər problemi aidiyyəti beynəlxalq təşkilatları və beynəlxalq siyasi dairələri ciddi düşündürməlidir. Xüsusi ilə Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər aidiyyəti qurumlar bu məsələyə diqqət ayırmalı, zorakı itkindüşmələrin qarşısının alınması üçün təcili və təxirəsalınmaz tədbirlər görməlidirlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Vinisius millinin matçını buraxa bilər

Vinisius millinin matçını buraxa bilər

End of content

No more pages to load

RADİO