Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatik idarələrinin rəhbərləri arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin qısamüddətli vizalardan qarşılıqlı azad edilməsi haqqında memorandum imzalanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Memorandum Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud arasında imzalanıb.
Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.

Bizim.Media