Sahibə Qafarova Çexiya səfirini qəbul edib

Noyabrın 6-da Milli Məclisin Sədri Sahibə Qafarova Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekert ilə görüşüb.

Bizim.Media Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata istinadən bildirir ki, görüşdə sədr Azərbaycanla Çexiya arasında siyasi-iqtisadi münasibətlərin yüksək səviyyədə oluğunu qeyd edib.

S.Qafarova qeyd edib ki, gələcəkdə Çexiya ilə iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələri daha da inkişaf etdirmək niyyətindədirlər: “Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Çexiya da Avropa İttifaqı ölkələri arasında enerji sahəsində əməkdaşlıq üzrə Azərbaycanın əsas tərəfdaşlarından biridir”.

Spiker bildirib ki, iki ölkənin qanunverici orqanları arasında da müsbət münasibətlər mövcuddur.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Milli Məclisin Sədri səfirə cəbhədəki son vəziyyət, həmçinin Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi təcavüz aktları haqqında məlumat verib.

Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekert Çexiyanın ölkəmizlə əməkdaşlığın inkişafına böyük önəm verdiyini deyib: “Azərbaycan Çexiya üçün vacib strateji tərəfdaşdır. Siyasi, iqtisadi, ticari və humanitar sahələrdə əlaqələrimizin inkişafı xalqlarımızın rifahına xidmət edir”.

Səfir Cənubi Qafqazın bu bölgəsində baş verən prosesləri yaxından izlədiklərini dilə gətirərək, Dağlıq Qarabağ probleminin tezliklə aradan qalxacağına inamını ifadə edib.

Görüşdə həmçinin, parlamentlərarası əlaqələrin inkişafı, regional münaqişələrin həlli yolları, COVID-19 pandemiyasına qarşı mübarizə ilə bağlı məsələlər və tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu

Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu

Naxçıvan şəhərinin bu ərazilərində işıq olmayacaq

Naxçıvan şəhərinin bu ərazilərində işıq olmayacaq

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Belqorod vilayətinə hücumlar: 3 ölü, 3 yaralı var

Belqorod vilayətinə hücumlar: 3 ölü, 3 yaralı var

Qubada 2 minik avtomobili toqquşdu - 5 nəfər xəsarət aldı

Qubada 2 minik avtomobili toqquşdu - 5 nəfər xəsarət aldı

Təhsil tələbə kreditlərinə müraciət başlayır - SABAHDAN

Təhsil tələbə kreditlərinə müraciət başlayır - SABAHDAN

Gürcüstanda dövlət universitetlərində təhsil pulsuz olacaq

Gürcüstanda dövlət universitetlərində təhsil pulsuz olacaq

Qara dənizdə Rusiyanın "Yanina" konteyner gəmisi batdı - VİDEO

Qara dənizdə Rusiyanın "Yanina" konteyner gəmisi batdı - VİDEO

Türkiyənin hərbi sistemi Azərbaycan Ordusunun arsenalına daxil edildi

Türkiyənin hərbi sistemi Azərbaycan Ordusunun arsenalına daxil edildi

Xocalının Şuşakəndində ilk körpə dünyaya gəldi - FOTO

Xocalının Şuşakəndində ilk körpə dünyaya gəldi - FOTO

Xocavənd rayonunda bir nəfər minaya düşdü - Həyati təhlükəsi yoxdur

Xocavənd rayonunda bir nəfər minaya düşdü - Həyati təhlükəsi yoxdur

Avtomobil 8 yaşlı uşağı vurdu - FOTO

Avtomobil 8 yaşlı uşağı vurdu - FOTO

Horadiz-Ağbənd avtomobil yolunun tikintisi başa çatır - RƏSMİ

Horadiz-Ağbənd avtomobil yolunun tikintisi başa çatır - RƏSMİ

Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi

Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi

Şəkidə 58 yaşlı kişini “tok” öldürdü

Şəkidə 58 yaşlı kişini “tok” öldürdü

Rubinyan: Ermənistan-Azərbaycan danışıqları Ermənistan-Türkiyə normallaşma prosesini qabaqlayır

Rubinyan: Ermənistan-Azərbaycan danışıqları Ermənistan-Türkiyə normallaşma prosesini qabaqlayır

Çökən asfalt, yarılan yollar: Paytaxtdakı təhlükənin səbəbləri bəlli oldu - FOTO

Çökən asfalt, yarılan yollar: Paytaxtdakı təhlükənin səbəbləri bəlli oldu - FOTO

2 avqust - Azərbaycan Kinosu Günüdür

2 avqust - Azərbaycan Kinosu Günüdür

Azərbaycanda 36 yaşlı məşqçi VƏFAT ETDİ - FOTO

Azərbaycanda 36 yaşlı məşqçi VƏFAT ETDİ - FOTO

Nazir müavini: İşğal dövründə 700-dən çox tarixi və mədəniyyət abidəmiz dağıdılıb

Nazir müavini: İşğal dövründə 700-dən çox tarixi və mədəniyyət abidəmiz dağıdılıb

Kərki kəndi bu gün Ermənistanın yeni parlamentində müzakirə edildi - VİDEO

Kərki kəndi bu gün Ermənistanın yeni parlamentində müzakirə edildi - VİDEO

Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatdı

Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatdı

Ruben Rubinyan: “Uşaqların sülh şəraitində böyüməsi üçün əlimdən gələni edəcəm” - VİDEO

Ruben Rubinyan: “Uşaqların sülh şəraitində böyüməsi üçün əlimdən gələni edəcəm” - VİDEO

Tramp niyə geri addım atdı? - İranla bağlı yeni detallar üzə çıxdı

Tramp niyə geri addım atdı? - İranla bağlı yeni detallar üzə çıxdı

End of content

No more pages to load

RADİO