Korotçenko: “Azərbaycan 4 il əvvəl mümkünsüzü reallaşdırdı” – MÜSAHİBƏ

4 il əvvəl sentyabrın 27-də başlayan müharibə regiondakı 30 illik reallıqları kökündən dəyişdi, bölgədə yeni reallıqlar ortaya çıxdı. Bu reallıqları diqtə edən, formalaşdıransa qalib Azərbaycandır.

Ona görə də 44 günlük müharibə və onun nəticələri bu gün də Beynəlxalq ekspertlər tərəfindən öyrənilir, təhlil edilir. Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko da Bizim.Media ilə müsahibəsində 44 günlük müharibədən və onun doğurduğu reallıqlardan danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcü politoloq: “44 günlük müharibənin başlama vaxtı çox dəqiqliklə seçilmişdi”


Həmin müsahibəni təqdim edirik:

- İqor Yuriyeviç, 44 günlük müharibəni zəruri edən səbəblər hansılar idi?

- İkinci Qarabağ müharibəsi çox böyük hadisə idi. Bu müharibənin nəticəsi təkcə Cənubi Qafqazın deyil, həm də regionun geosiyasi mənzərəsini tamamilə dəyişdi. Qeyd etməliyik ki, bu müharibə Ermənistanın təşəbbüsü ilə başladı. Nikol Paşinyan və onun komandası Azərbaycan ərazisində işğalın coğrafiyasını genişləndirmək üçün sentyabrın 27-də hərbi əməliyyatlara başladı. Ermənistanın artileriyası ilk növbədə Azərbaycanın enerji və nəqliyyat infrastrukturunu hədəfə aldı. Rəsmi İrəvan hesab edirdi ki, ən uzağı 5-6 gün davam edəcək atışmada Azərbaycana böyük ölçüdə zərər vuracaq.

Nəticədə Azərbaycan 20 faiz ərazisinin itkisi ilə əbədiyyətə qədər barışacaq.  Lakin bu təxribatları törədən zaman Ermənistan bir çox reallıqları və Azərbaycanın gücünü nəzərə almadı. Ona görə də Azərbaycanın “Dəmir yumruğ”u ilə rastlaşdı. 

- Bəziləri bu müharibəni “Ulduz müharibələri”, bəziləri isə dünyanın “ilk PUA müharibəsi” adlandırır. Bəs, siz bu müharibəni necə xarakterizə edərdiniz?

- Ümumiyyətlə, 44 günlük müharibəni təhlil edərkən 3-4 vacib faktora xüsusi diqqət etmək lazımdır. Birincisi, bu müharibənin yüksək texnoloji əsaslar üzərində qurulmasıdır. Qarabağ müharibəsində pilotsuz döyüş aparatları böyük rol oynadı. PUA-lar həm kəşfiyyat, həm də hücum tapşırıqlarının yerinə yetirilməsində əvəzsiz pay sahibi oldular. 

Bu müharibədə diqqət çəkən ikinci məqamsa zaman faktorudur. Heç kəs təsəvvür etmirdi ki, çox qısa bir zamanda keçmiş SSRİ-də kifayət qədər güclü hesab edilən Ermənistan ordusu məhv ediləcək və Azərbaycan Ermənistanın hərbi kapitulyasiyasına nail olacaq. Cəmi ay yarım ərzində güclü hərbi gücə malik Ermənistanın ordusunun darmadağın edilməsi dünyanın müharibə tarixində rast gəlinən nadir hadisələrdən biridir. 

Hərbi ekspertlərin diqqətini çəkən digər bir məqamsa Azərbaycan üçün əlverişsiz döyüş mövqeyi idi. Çünki Ermənistan ordusunun mövqeləri yüksəklikdə idi. Belə bir vəziyyətdə qarşı tərəfin uğurlu hərbi əməliyyat keçirməsi mümkünsüzdur. Ancaq Azərbaycan ordusu bu mümkünsüzlüyü mümkün etdi. Üstəlik, 30 illik işğal dövründə Ermənistan çox möhtəşəm mühəndis-müdafiə zonaları yaratmışdı. Bu səddin, zonanın arxasında isə ucsuz-bucaqsız minalanmış ərazilər vardı. Lakin Azərbaycan ordusu bütün bu çətinliklərin öhdəsindən gəldi və hətta dağ başındakı Şuşaya belə gedib çıxa bildi. 

Beləcə Azərbaycan ildırım sürəti ilə Ermənistan ordusunun onurğa sütununu qırdı və Paşinyanı kapitulyasiyaya imza atmağa məcbur etdi. Nəticədə noyabrın 10-da məlum üçtərəfli bəyannamə imzalandı. Bunu xüsusilə qeyd etməliyəm ki, bu Azərbaycan tərəfindən aparılan ədalətli və beynəlxalq hüquqa söykənən bir müharibə idi. Ona görə də son nəticədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və 30 illik işğala son qoydu.

- Bəs müharibənin nəticələri regionda nələri dəyişdi?

- İkinci Qarabağ müharibəsinin nəticələri regionda geosiyasi mənzərəni 180 dərəcə dəyişdi. Bu gün qalib Azərbaycan Cənubi Qafqazda sülhün təminatçısı kimi çıxış edir. Bununla belə ötən 4 il ərzində Azərbaycan öz hərbi potensialını gücləndirməkdə davam edib və dünyaya dinc dövrdə ordu quruculuğunun yeni formulunu təqdim edib. 

Etiraf edək ki, Azərbaycan öz qətiyyəti ilə təkcə Cənubi Qafqazda deyil, bütövlükdə regionda sülhün təminatçısı mandatını qazanıb. Belarusun Prezidenti Alaksandr Lukaşenko bu yaxınlarda Bakıya səfəri zamanı haqlı olaraq Azərbaycan liderinə xitabən bəyan etdi ki, “İlham Heydəroviç, Siz Cənubi Qafqazın və bütövlükdə  regionun təhlükəsizliyinə cavabdehsiniz”.

Bununla belə, Azərbaycanın öz şərəfli missiyasını yerinə yetirməsinə Ermənistan hər vasitə ilə mane olur. Belə ki, rəsmi İrəvan iki ölkə arasında sülh sazişinin imzalanmasını müxtəlif bəhanələrlə uzadır. Bunun da başlıca səbəbi Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı torpaq iddiasının olmasıdır. Baxmayaraq ki, sərhədlərin delimitasiya və demarkasiya prosesi çox uğurla gedirdi. İnanmaq istərdik ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi bu il olmasa da, 2025-ci ildə imzalanacaq. 

- Qərb hələ də 44 günlük müharibənin nəticələrini tanımır. Sizcə niyə?

- Bəli, Qərb bölgədəki yeni reallıqları qəbul etmək istəmir. Çünki sürətlə inkişaf edən, qüdrətlənən və qətiyyət göstərən Azərbaycan Qərb üçün sərfəli tərəfdaş ola bilməz. Baxmayaraq ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi paya sahibdir. Bundan əlavə, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərində aparıcı körpüdür. Ona görə də belə bir strateji mövqeyə malik Azərbaycanı ABŞ və Avropa güclü və qətiyyətli görmək istəmir.

Qərbə sərf edir ki, Azərbaycan daha zəif və qaynar nöqtələrin məngənəsində sıxılan bir ölkə olsun. Belə olacağı təqdirdə Qərb bölgədə daha rahat hərəkət edər, öz maraqlarını təmin etmiş olar. Bu gün Avropanın İtaliya, Macarıstan, Serbiya və digər ölkələri Azərbaycanla sağlam əsaslarla münasibət qurur. Amma Fransa kimi dövlətlər bölgədə məkrli planlar cızır. Lakin zaman dəyişib. Bu gün Azərbaycan regionda vahid güc olaraq çıxış edir və Qərb də Azərbaycanla gec-tez razılaşmaq məcburiyyətində qalacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

End of content

No more pages to load

RADİO