Bayden Kobaxidzenin üzünə “QAPILARI BAĞLADI” – Qərb Gürcüstana niyə “ögey övlad” kimi DAVRANIR?

ABŞ Gürcüstana qarşı həmlələrini davam etdirir. Növbəti addım Nyu-Yorkdakı tədbirdə yaşanıb. Belə ki, ABŞ Prezidentinin Administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından çıxarıb.

Məlumata görə, Gürcüstanın BMT Baş Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik edən İrakli Kobaxidze daha əvvəl ABŞ Prezidentinin qəbuluna dəvət olunanlar siyahısında olub, lakin Bayden administrasiyası dəvəti ləğv edib.

Məlumata görə, administrasiya baş nazirin dəvətini ləğv etməklə yanaşı, Gürcüstan nümayəndə heyəti ilə bütün görüşlərdən və baş nazir Kobaxidze ilə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan arasında görüşdən də imtina edib.
 

MÖVZU İLƏ BAĞLI:

Bayden İrakli Kobaxidzeni qəbul etməyəcək - Adı siyahıdan çıxarılıb


Buna səbəb Gürcüstan hökumətinin son hərəkətləri və bəyanatları, eyni zamanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qüvvəyə minməsidir.

Rəsmi Vaşinqton elə fon yaratmaq istəyir ki, sanki Gürcüstanda vətəndaş cəmiyyətinə və sadə xalqa çox böyük basqı var. 

Guya bu təzyiqləri aradan qaldırmaq üçün ABŞ dövləti də məcburən inzibati rıçaqlara əl atır. Halbuki, bu birbaşa başqa dövlətin daxili işinə qarışmaqdır. Heç kimə sirr deyil ki, ABŞ bütün dünyanı, o cümlədən də Gürcüstanı öz bildiyi qaydalarla idarə etmək istəyir. Vaşinqtonun bu istəyinə qarşı çıxdığına görə də Gürcüstanın siyasi hakimiyyəti ilə yanaşı gürcü xalqı da cəzalandırılır. Belə olmasa idi, Qərb Gürcüstana yardımlarını dayandırmazdı.

Nəzərə alaq ki, ötən ay Avropa İttifaqı Gürcüstanın təşkilata üzvlük məsələsini dayandırıb. Avropa İttifaqı Gürcüstanın qəbulu prosesini dayandırmaqla kifayətlənməyib, həm də rəsmi Tblisiyə maliyyə yardımını dayandırıb. Məsələn, Avropa Sülh Fondundan Gürcüstan Müdafiə Nazirliyinə ayrılan 30 milyon avro məbləğində vəsaiti dondurub. Bir sıra Gürcüstan rəsmilərinin Avropaya və Amerikaya səfərinə də “stop” qoyub.

Bu çirkin planın başlanğıcıdır.

Məlum olduğu kimi, gələn ay Gürcüstanda parlament seçkiləri keçiriləcək. Bu seçkilərə gürcü xalqından daha çox Qərb hazırlaşır. Belə ki, bu seçkilərdə Qərb Gürcüstanda növbəti rəngli inqilab etmək istəyir

Maraqlıdır ki, Qərb payızda Gürcüstanda keçiriləcək seçkilərə müdaxilə edəcəyini heç də gizlətmir. Aİ-nin Tiflisdəki səfiri Pavel Qerçinski bu yaxınlarda açıq şəkildə bildirib ki, oktyabrda keçiriləcək seçkilərdən sonra yeni hökumət formalaşdırılsa, yenidən Avropa İttifaqına daxil olmaq üçün ciddi işə başlanılacaq.

Aİ təmsilçisinin fikirlərində açıq təhdid və xəbərdarlığı görməmək mümkün deyil. Bu sözləri ilə o, gürcü cəmiyyətinə sanki, bir mesaj verirdi ki, payızda keçiriləcək parlament seçkilərinə "ciddi hazırlaşın". Əgər İvanişvilinin komandası devrilsə, o zaman Aİ öz qapılarını gürcülərin üzünə açacaq.

ABŞ Administrasiyasının ötən gün Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından çıxarması isə o deməkdir ki, artıq Gürcüstanla bağlı Qərb yeni layihəyə start verib.

Həm ABŞ, həm də Aİ hazırkı Gürcüstan rəsmiləri ilə nəinki əməkdaşlıq qurmaq, heç təmasda belə olmaq istəmir.

Təbii ki, Qərbin planlarından rəsmi Tblisinin məlumatı var. Təsadüfi deyil ki, bu günlərdə Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlaması zamanı bildirib ki, bu seçkilərdə Gürcüstan vətəndaşları müharibə və sülh arasında seçim etməli olacaqlar:

“2024-cü ilin oktyabrında Gürcüstanda keçiriləcək parlament seçkiləri “müharibə və sülh arasında referendum olacaq. Əslində seçim sadədir. Seçim sülh, mənəviyyat və parlaq gələcək lehinə edilməlidir”.

Qərbin riyakarlığı

ABŞ və Aİ Gürcüstan və digər ölkələrin üzərinə nə qədər gedirsə, bəzi ölkələrə bir o qədər diqqət ayırır. Məsələn, Qərbin Gürcüstana bəslədiyi münasibətlə Ermənistana göstərilən diqqət arasında yerlə-göy qədər fərq var. Gürcüstana qarşı bu qədər sərt davranan Qərb Ermənistanla münasibətdə daha liberaldır. 

Məsələn, ABŞ Dövlət Departamentindən bu günlərdə “Azərtac”-a verilən açıqlamada bu riyakarlıq elementlərini açıq görmək olar. Guya ki, regionda Ermənistanın hərbiləşdirilməsi, keçmiş ATƏT-in Minsk qrupu ölkələrinin Ermənistanı dəstəkləməyə davam etməsi, o cümlədən Ermənistanla Rusiya arasında artan ticarət və hərbi əlaqələr ABŞ-ı qətiyyən narahat etmir: 


“ABŞ Ermənistanın özünün seçdiyi münasibətləri davam etdirməklə bağlı suveren hüququna hörmət edir”.

Rəsmi Tiflisə və rəsmi İrəvana sərgilənən münasibətlərə baxdıqca Ağ Evdəkilərin nə qədər qeyri-səmimi və riyakar olduğunu görürük. Rəsmi Vaşinqton bütün dünya dövlətlərinin, o cümlədən Ermənistanın seçiminə çox böyük həssaslıq və hörmətlə yanaşdığını bəyan etdiyi halda, bir qanun layihəsinə görə Gürcüstanı hər fürsətdə “vurmağa” çalışır.

Nə qədər iyrənc görünsə də, bu Qərbin əsl simasıdır...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda 17 zəhərlənmə halı qeydə alınıb

Naxçıvanda 17 zəhərlənmə halı qeydə alınıb

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

End of content

No more pages to load

RADİO