Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ Prezident Cozef Bayden tərəfindən təşkil olunan rəsmi qəbulda iştirak edib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov "X" səhifəsində paylaşım edib.
Bildirilib ki, rəsmi qəbul Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edən nümayəndə heyətlərinin başçıları üçün təşkil olunub.

Bizim.Media