ABŞ-ın dövlət katibi Antoni Blinkenin iştirakı ilə bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Departamenti yayıb.
Mənbə qeyd edir ki, görüş Nyu-Yorkda yerli vaxtla saat 10:15-də (Bakı vaxtı ilə saat 18:15) ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutacaq.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-də səfərdədirlər.
Bizim.Media