Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində finlandiyalı həmkarı Elina Valtonen ilə siyasi, iqtisadi və humanitar məsələləri ətrafında fikir mübadiləsi aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə XİN-nin “X” hesabında bildirilib.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT BA-nın 79-cu sessiyası çərçivəsində Finlandiya xarici işlər naziri Elina Valtonenlə görüşü olub. [Görüşdə] siyasi, iqtisadi və humanitar sahələrdəki Azərbaycan – Finlandiya münasibətləri müzakirə olunub”, – paylaşımda qeyd edilib.

Bizim.Media