Polad Bülbüloğlu Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Polad Bülbüloğlu VII çağırış Milli Məclisin deputatı seçilib. Qanunvericiliyə əsasən, deputatlar hər hansı ödənişli vəzifə tuta bilməzlər.
Xatırladaq ki, Polad Bülbüloğlu 2006-cı ildən bəri Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edirdi.
Bizim.Media