Əli Cavad oğlu Əhmədov Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Əli Əhmədov sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib. Qanunvericiliyə əsasən, deputatlar hər hansı ödənişli vəzifə tuta bilməzlər.
Xatırladaq ki, Əli Əhmədov 2013-cü ildən bəri Baş nazirin müavini vəzifəsini icra edirdi.
Bizim.Media