Leyla Əliyeva növbəti abad həyətin AÇILIŞINDA - FOTO

Sentyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən çoxmərtəbəli binaları əhatə edən, 1100-dən çox sakinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Bizim.Media xəbər verir ki, tədbir çərçivəsində Leyla Əliyeva “IDEA” könüllüləri ilə birlikdə keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib, həyətin azyaşlı sakinlərinə hədiyyələr təqdim edib.

“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılmış digər ərazilərdə olduğu kimi, yenidən qurulmuş növbəti həyətdə də sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançası salınıb.

Eyni zamanda, həyətyanı sahədə beş söhbətgah, çoxsaylı oturacaq, quş yuvaları və pişik evləri yaradılıb. Bundan əlavə, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ ağaclar, kol bitkiləri əkilərək yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.

Məlumat üçün bildirək ki, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən “Bizim həyət” layihəsi icra olunur. Layihənin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

“Bizim həyət” layihəsi çərçivəsində bu günədək 153 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, “IDEA” İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır.

Müraciətlərinizi “IDEA” İctimai Birliyinin qaynar xətti “1113” və ya e-mail ünvanına ([email protected]) göndərməyiniz xahiş olunur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Axtarışda olan 79 nəfər TUTULDU

Axtarışda olan 79 nəfər TUTULDU

Xaçmazda hazırda vəziyyət necədir? - RƏSMİ CAVAB - VİDEO

Xaçmazda hazırda vəziyyət necədir? - RƏSMİ CAVAB - VİDEO

Bərdədə üçotaqlı ev əşyaları ilə birlikdə yandı - FOTO

Bərdədə üçotaqlı ev əşyaları ilə birlikdə yandı - FOTO

Həbsdə olan Madurodan ilk paylaşım - FOTO

Həbsdə olan Madurodan ilk paylaşım - FOTO

Ukrayna Rusiyanın neft ixracına son 4 ilin ən güclü zərbəsini vurdu - VİDEO

Ukrayna Rusiyanın neft ixracına son 4 ilin ən güclü zərbəsini vurdu - VİDEO

İranda daha bir yüksək vəzifəli şəxs öldürüldü

İranda daha bir yüksək vəzifəli şəxs öldürüldü

Zelenskidən şok AÇIQLAMA: Rusiya İncirlik Hava Bazasını izləyir

Zelenskidən şok AÇIQLAMA: Rusiya İncirlik Hava Bazasını izləyir

Bu meyvə görün hansı xəstəliklərin dərmanı İMİŞ

Bu meyvə görün hansı xəstəliklərin dərmanı İMİŞ

Türkiyə İsrailin planını pozdu - Ərdoğandan Trampa SƏRT xəbərdarlıq

Türkiyə İsrailin planını pozdu - Ərdoğandan Trampa SƏRT xəbərdarlıq

Uitkoff İlham Əliyev barədə: “O, ölkəsini dəyişdirən xüsusi liderdir” - VİDEO

Uitkoff İlham Əliyev barədə: “O, ölkəsini dəyişdirən xüsusi liderdir” - VİDEO

ABŞ-da milyonlarla insan Trampa qarşı etiraza çıxdı - VİDEO

ABŞ-da milyonlarla insan Trampa qarşı etiraza çıxdı - VİDEO

Pezeşkian ABŞ-la danışıqların aparıldığını ilk dəfə təsdiqlədi

Pezeşkian ABŞ-la danışıqların aparıldığını ilk dəfə təsdiqlədi

11 min hədəf, 150-dən çox gəmi - CENTCOM hesabat verdi

11 min hədəf, 150-dən çox gəmi - CENTCOM hesabat verdi

Bu gecə İranın böyük şəhərləri bombalandı - VİDEO

Bu gecə İranın böyük şəhərləri bombalandı - VİDEO

Türkiyə dünya çempionatına vəsiqə qazanacaq?

Türkiyə dünya çempionatına vəsiqə qazanacaq?

Smartfonun batareyasına zərər verən 4 məşhur mif

Smartfonun batareyasına zərər verən 4 məşhur mif

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı - VİDEO

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı - VİDEO

Bugün də intensiv yağış yağacaq

Bugün də intensiv yağış yağacaq

Pentaqon İranda quru əməliyyatlara hazırlaşır - FOTO

Pentaqon İranda quru əməliyyatlara hazırlaşır - FOTO

Roma Papası Monakoya getdi - Son 500 ildə ilk dəfə - FOTO

Roma Papası Monakoya getdi - Son 500 ildə ilk dəfə - FOTO

Yanacaq bahalaşdı - Sürücülər etiraz etdi

Yanacaq bahalaşdı - Sürücülər etiraz etdi

Bu ölkədə uşaqlar sosial şəbəkəyə girə bilməyəcək

Bu ölkədə uşaqlar sosial şəbəkəyə girə bilməyəcək

Salah A Seriyasına qayıda bilər

Salah A Seriyasına qayıda bilər

Türkiyədə islah müəssisəsinin qadın müdirini öz işçisi öldürdü

Türkiyədə islah müəssisəsinin qadın müdirini öz işçisi öldürdü

End of content

No more pages to load

RADİO