Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclası keçirilib.
Bizim.Media Rusiya KİV-nə istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
İclasda ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyət ətraflı müzakirə olunub.
Bundan başqa, Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasında Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət və münaqişəsinin nizamlanması yolları müzakirə edilib.
Bizim.Media