Zəfər tariximizin QIZIL SƏHİFƏSİ – Qarabağda antiterror tədbirlərinin başlamasından bir il ötür – TƏHLİL

Bu gün Azərbaycan Ordusunun Qarabağda Ermənistanın silahlı birləşmələrinə və separatçı ünsürlərə qarşı həyata keçirdiyi antiterror tədbirlərinə start verməsindən bir il keçir. Düz bir il əvvəl həyata keçirilən 23 saatlıq antiterror tədbirləri nəticəsində bütün ərazilərimizdə Azərbaycanın suveren hüquqları bərpa olunudu.

Bəs, antiterror tədbirlərini zəruri edən səbəblər hansılar idi?
 

MÖVZU İLƏ BAĞLI:

Ordumuzun Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür


44 günlük müharibə nəticəsində Ermənistanın kapitulyasiyasına və Azərbaycanın ərazi bütövlüyünə nail olundu. Rəsmi İrəvanın Kremldəkilərə yalvarışlarından sonra Vladimir Putinin təşəbbüsü ilə 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında Üçtərəfli bəyanat imzalandı.

Bu razılaşmaya əsasən, tərəflər arasında 9 bənddən ibarət sənəd imzalandı. Sənədə əsasən, hər 3 ölkə öz üzərinə müəyyən öhdəliklər götürdü. Lakin sonrakı dövrdə həm Rusiya, həm də Ermənistan öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdı. Rusiya Qarabağa öz sülhməramlı kontingentini yerləşdirsə də, onlar bölgədəki Ermənistan ordusunun hərbi birləşmələrinin ləğvinə çalışmadı. Əksinə, Ermənistandan Xankəndinə silah-sursat daşınmasına şərait yaratdı.

Ermənistan isə üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirmədi.

Nə Qarabağdakı silahlı birləşmələri geri çağırdı, nə də separatçılara yardımlarını dayandırdı. Üstəlik, Azərbaycanın qərb bölgəsini Naxçıvanla birləşdirəcək dəhlizləri açmaqdan boyun qaçırdı. Halbuki, Azərbaycan Xankəndi ilə Ermənistanı birləşdirən yeni avtomobil yolunu ən qısa zamanda və müasir tələblər səviyyəsində tikib istifadəyə verdi. Üstəlik, ermənilərin rahat gediş gəlişinə imkan yaratdı.

Lakin Ermənistan öz öhdəliklərini yerinə yetirmək əvəzinə həm separatçı rejimi silahlandırdı, həm də Azərbaycan ərazilərini yenidən minalar zolağına çevirməkdə davam etdi.

Nəzərə alaq ki, 44 günlük müharibədən sonra 400-ə yaxın Azərbaycanlı mina terrorunun qurbanı oldu. Bu azmış kimi Ermənistan xarici şirkətlərin dəstəyi ilə Qarabağdan maddi-mənəvi sərvətləri daşımağa davam etdirdi.

Ermənistanın qeyri-konstruktiv mövqeyinə qarşı Azərbaycan dövləti ilə yanaşı Azərbaycan cəmiyyəti öz etirazını davamlı şəkildə bildirirdi. Bu etirazların nəticəsi olaraq 2022-ci ilin 12 dekabrında Şuşa-Xankəndi yolunda ekoaktivistlər dinc nümayişə başladı. 4 aydan artıq davam edən bu dinc aksiyalara nə Ermənistanın avantürist rəhbərliyi, nə də ki, aparıcı xarici dövlətlər reaksiya verdi.

Əksinə 10 noyabr bəyanatında və 11 yanvar anlaşmasında razılaşdırılmış və qəbul olunmuş öhdəliklərdən sui-istifadə edərək Ermənistan humanitar məqsədli keçmiş “Laçın” dəhlizindən öz çirkin hərbi-siyasi niyyətləri üçün istifadə etdi.

Beləliklə, bütün bu qanunsuz əməllər və biganə münasibət Azərbaycan tərəfinin haqlı olaraq daha ciddi tədbirlər görməsini zəruri etdi.

Azərbaycanın növbəti qətiyyətli addımı ilə nəticəsində aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı.

Bu məntəqənin yaradılması Ermənistandan Xankəndinə silah-sursat daşınmasının qarşısını alsa da, Xankəndindəki separatçıların özbaşınalıqlarına davam etdilər. Rusiyalı milyarder Robert Vardanyanın və Xankəndidəki ultramillətçilərin iştirakı ilə Qarabağda anti-Azərbaycan tədbirləri və təxribatları davam etdirildi.

Bu azmış kimi, rəsmi İrəvan öz təxribatlarından əl çəkmədi. 2 sentyabr 2023-cü ildə Nikol Paşinyan sentyabrda separatçı rejim rəhbərliyinə “Artsax”ın yaradılmasının növbəti il dönümü ilə bağlı təbrik məktubu göndərdi. Bununla paralel, separatçılar Ermənistan ordusunun yardımı ilə təxribatları davam etdirdi. Sentyabrın 19-da səhər saatlarında Xocavənd rayonu ərazisində mina terror nəticəsində Daxili İşlər Nazirliyinin polisləri də daxil olmaqla 9 nəfər soydaşımız həyatını itirdi.

Bu Azərbaycanın səbrini tükəndirən son hadisə oldu.

Cəmi bir neçə saat sonra Azərbaycanın müvafiq qurumları Qarabağda birgə antiterror tədbirlərinə başladı. Cəmi 23 saat ərzində Qarabağdakı Ermənistanın silahlı qüvvələrinin ən son əsgəri və silahlı separatçılar məhv edildi.Və Qarabağda Azərbaycanın suverən hüquqları nəhayət ki, bərpa olundu. Antiterror tədbirlərində 195 hərbçimiz şəhidlik zirvəsinə yüksəldi, 500-dən artıq hərbçimizsə yaralandı.

Uğurlu əməliyyatlardan sonra Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciət etdi. Antiterror tədbirlərini zəruri edən səbəblər və onun nəticələri barədə  xalqa ətraflı məlumat verdi:

“Bizim şərtlərimizi mən dünən mənə zəng etmiş Amerika Birləşmiş Ştatlarının Dövlət katibinə çatdırmışdım. Məndən soruşuldu ki, antiterror tədbirlərini dayandırmaq üçün nə lazımdır? Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də, qətiyyətimizi də yaxşı bilir”.

Doğrudan da, 19 sentyabrda təkcə Ermənistan yox, bütün dünya Azərbaycanın qətiyyətini və gücünü bir daha gördü. Cəmi 23 saat ərzində mülki əhaliyə heç bir xətər yetirilmədən Qarabağdakı separatizmin kökü kəsildi.

Nəticədə müstəqil Azərbaycanın müqəddəs üçrəngli bayrağı 32 ildən sonra yenidən Xankəndində dalğalandı.

Bununla da ölkəmizin bütün ərazilərində Azərbaycanın suveren hüquqları bərpa edildi.

Ali Baş Komandanın qətiyyəti və ordumuzun qəhrəmanlığı isə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Su basmış ərazilərdən 216 nəfər təxliyə edilib - 36-sı azyaşlıdır

Su basmış ərazilərdən 216 nəfər təxliyə edilib - 36-sı azyaşlıdır

Masazırda iki avtomobil YANDI - ANBAAN VİDEO

Masazırda iki avtomobil YANDI - ANBAAN VİDEO

Bu ölkənin səfirliyinə qanunsuz daxil olan hərbçi saxlanıldı

Bu ölkənin səfirliyinə qanunsuz daxil olan hərbçi saxlanıldı

Axtarışda olan 79 nəfər TUTULDU

Axtarışda olan 79 nəfər TUTULDU

Xaçmazda hazırda vəziyyət necədir? - RƏSMİ CAVAB - VİDEO

Xaçmazda hazırda vəziyyət necədir? - RƏSMİ CAVAB - VİDEO

Bərdədə üçotaqlı ev əşyaları ilə birlikdə yandı - FOTO

Bərdədə üçotaqlı ev əşyaları ilə birlikdə yandı - FOTO

Həbsdə olan Madurodan ilk paylaşım - FOTO

Həbsdə olan Madurodan ilk paylaşım - FOTO

Ukrayna Rusiyanın neft ixracına son 4 ilin ən güclü zərbəsini vurdu - VİDEO

Ukrayna Rusiyanın neft ixracına son 4 ilin ən güclü zərbəsini vurdu - VİDEO

İranda daha bir yüksək vəzifəli şəxs öldürüldü

İranda daha bir yüksək vəzifəli şəxs öldürüldü

Zelenskidən şok AÇIQLAMA: Rusiya İncirlik Hava Bazasını izləyir

Zelenskidən şok AÇIQLAMA: Rusiya İncirlik Hava Bazasını izləyir

Bu meyvə görün hansı xəstəliklərin dərmanı İMİŞ

Bu meyvə görün hansı xəstəliklərin dərmanı İMİŞ

Türkiyə İsrailin planını pozdu - Ərdoğandan Trampa SƏRT xəbərdarlıq

Türkiyə İsrailin planını pozdu - Ərdoğandan Trampa SƏRT xəbərdarlıq

Uitkoff İlham Əliyev barədə: “O, ölkəsini dəyişdirən xüsusi liderdir” - VİDEO

Uitkoff İlham Əliyev barədə: “O, ölkəsini dəyişdirən xüsusi liderdir” - VİDEO

ABŞ-da milyonlarla insan Trampa qarşı etiraza çıxdı - VİDEO

ABŞ-da milyonlarla insan Trampa qarşı etiraza çıxdı - VİDEO

Pezeşkian ABŞ-la danışıqların aparıldığını ilk dəfə təsdiqlədi

Pezeşkian ABŞ-la danışıqların aparıldığını ilk dəfə təsdiqlədi

11 min hədəf, 150-dən çox gəmi - CENTCOM hesabat verdi

11 min hədəf, 150-dən çox gəmi - CENTCOM hesabat verdi

Bu gecə İranın böyük şəhərləri bombalandı - VİDEO

Bu gecə İranın böyük şəhərləri bombalandı - VİDEO

Türkiyə dünya çempionatına vəsiqə qazanacaq?

Türkiyə dünya çempionatına vəsiqə qazanacaq?

Smartfonun batareyasına zərər verən 4 məşhur mif

Smartfonun batareyasına zərər verən 4 məşhur mif

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı - VİDEO

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı - VİDEO

Bugün də intensiv yağış yağacaq

Bugün də intensiv yağış yağacaq

Pentaqon İranda quru əməliyyatlara hazırlaşır - FOTO

Pentaqon İranda quru əməliyyatlara hazırlaşır - FOTO

Roma Papası Monakoya getdi - Son 500 ildə ilk dəfə - FOTO

Roma Papası Monakoya getdi - Son 500 ildə ilk dəfə - FOTO

Yanacaq bahalaşdı - Sürücülər etiraz etdi

Yanacaq bahalaşdı - Sürücülər etiraz etdi

End of content

No more pages to load

RADİO