XİN: Niderland Azərbaycana qarşı növbəti dəfə qərəzli yanaşma nümayiş etdirir

Təəssüf ki, Niderland tərəfi növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir.

Bizim.Media xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığı tərəfindən sentyabrın 13-də dərc olunmuş hökumət proqramının “Beynəlxalq təhlükəsizlik” bölməsində yer alan iddialarla bağlı yerli medianın sualına cavabında bildirib.

Mətbuat katibi, həmçinin qeyd edib:

“Əvvəla, bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd etməsi qəbuledilməzdir. Qarabağ bölgəsi hər zaman ölkəmizin ayrılmaz hissəsi olub və 30 ilə yaxın Ermənistanın qanunsuz işğalı altında idi. Niderlandın Ermənistanın bu qanunsuz hərəkətlərinə göz yumması təəssüf doğurur. Azərbaycanın bu ərazilərin azad edilməsi ilə bağlı tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, habelə bu və ya digər şəkildə yanlış dəyərləndirilə bilinməyəcək qədər ölkəmizin suveren hüququ olub.

Bununla yanaşı, biz Azərbaycanın Qarabağ bölgəsinin qondarma “Dağlıq Qarabağ” şəklində yanlış adlandırılmasını qətiyyətlə rədd edirik. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha bir bariz təzahürüdür.

Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati və ya coğrafi vahid olmadığını, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən standartlaşdırılmış və Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinad etməli olduğunu bir daha təkrar edirik.

Biz Niderland tərəfini Azərbaycan və Niderland arasında ikitərəfli münasibətləri daha da sarsıdan və regionun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına mane olan bu cür bəyanatlara son qoymağa çağırırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail Tehranda hərbi hədəflərə zərbə endirdi - VİDEO

İsrail Tehranda hərbi hədəflərə zərbə endirdi - VİDEO

Səhər saatlarından yağıntılar tədricən zəifləyib - FAKTİKİ HAVA

Səhər saatlarından yağıntılar tədricən zəifləyib - FAKTİKİ HAVA

Neft Daşlarında meyit tapıldı

Neft Daşlarında meyit tapıldı

Ağdaşda DOĞUŞ ZAMANI körpə vəfat etdi

Ağdaşda DOĞUŞ ZAMANI körpə vəfat etdi

Zirə sakininin meyiti evinin həyətində quyuda tapıldı

Zirə sakininin meyiti evinin həyətində quyuda tapıldı

Ceyhun Bayramovdan İranla bağlı AÇIQLAMA - FOTO

Ceyhun Bayramovdan İranla bağlı AÇIQLAMA - FOTO

“Qarabağ” Nigeriyadan daha bir legioner gətirdi

“Qarabağ” Nigeriyadan daha bir legioner gətirdi

Qazax qəzasında ölən şəxsin kimliyi AÇIQLANDI - FOTO

Qazax qəzasında ölən şəxsin kimliyi AÇIQLANDI - FOTO

19 yaşlı pilot “Formula 1”in qalibi oldu

19 yaşlı pilot “Formula 1”in qalibi oldu

Polis əməkdaşları əməliyyat keçirdi - Görün nə aşkar edildi? - FOTO

Polis əməkdaşları əməliyyat keçirdi - Görün nə aşkar edildi? - FOTO

Asəf Çopurov “UAE Warriors”da növbəti qələbəsini qazandı - VİDEO

Asəf Çopurov “UAE Warriors”da növbəti qələbəsini qazandı - VİDEO

Rusiya Yay və Qış Olimpiya oyunlarına ev sahibliyi edəcək?

Rusiya Yay və Qış Olimpiya oyunlarına ev sahibliyi edəcək?

İran ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsini VURDU

İran ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsini VURDU

İran Səudiyyə Ərəbistanındakı ABŞ bazalarına zərbə endirdi

İran Səudiyyə Ərəbistanındakı ABŞ bazalarına zərbə endirdi

Su basmış ərazilərdən 216 nəfər təxliyə edilib - 36-sı azyaşlıdır - FOTO/VİDEO

Su basmış ərazilərdən 216 nəfər təxliyə edilib - 36-sı azyaşlıdır - FOTO/VİDEO

Masazırda iki avtomobil YANDI - ANBAAN VİDEO

Masazırda iki avtomobil YANDI - ANBAAN VİDEO

Bu ölkənin səfirliyinə qanunsuz daxil olan hərbçi saxlanıldı

Bu ölkənin səfirliyinə qanunsuz daxil olan hərbçi saxlanıldı

Axtarışda olan 79 nəfər TUTULDU

Axtarışda olan 79 nəfər TUTULDU

Xaçmazda hazırda vəziyyət necədir? - RƏSMİ CAVAB - VİDEO

Xaçmazda hazırda vəziyyət necədir? - RƏSMİ CAVAB - VİDEO

Bərdədə üçotaqlı ev əşyaları ilə birlikdə yandı - FOTO

Bərdədə üçotaqlı ev əşyaları ilə birlikdə yandı - FOTO

Həbsdə olan Madurodan ilk paylaşım - FOTO

Həbsdə olan Madurodan ilk paylaşım - FOTO

Ukrayna Rusiyanın neft ixracına son 4 ilin ən güclü zərbəsini vurdu - VİDEO

Ukrayna Rusiyanın neft ixracına son 4 ilin ən güclü zərbəsini vurdu - VİDEO

İranda daha bir yüksək vəzifəli şəxs öldürüldü

İranda daha bir yüksək vəzifəli şəxs öldürüldü

Zelenskidən şok AÇIQLAMA: Rusiya İncirlik Hava Bazasını izləyir

Zelenskidən şok AÇIQLAMA: Rusiya İncirlik Hava Bazasını izləyir

End of content

No more pages to load

RADİO