Paşinyanla II Qaregin yenidən ÜZ-ÜZƏ – Ermənistanda iqtidar-kilsə qarşıdurmasının NÖVBƏTİ PƏRDƏSİ

Bütün ermənilərin katolikosu II Qareginlə baş nazir Paşinyan deyəsən yenidən üz-üzə gəlməli olacaqlar. 

Belə ki, II Qaregin respublikanın ali siyasi rəhbərliyinin nümayəndələrini sentyabrın 29-da Eçmiədzində keçiriləcək mərasimə dəvət edib. Lakin baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyan mərasimdə iştirak edib-etməyəcəyi ilə bağlı hələlik heç bir cavab verməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni katolikosundan ÜSYAN ÇAĞIRIŞI – Paşinyana qarşı olan qüvvələr birləşir...


Qeyd edək ki, II Qareginlə Paşinyan arasında soyuqluq 2018-ci ilin “məxməri inqilab”ından sonra yaranıb

2020-ci ilin noyabrında Ermənistanın 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətindən sonra isə Paşinyanla kilsə arasında qarşıdurma daha kəskin xarakter almağa başlayıb. Buna da səbəb müharibənin bitməsindən bir ay sonra II Qareginin Nikol Paşinyanı istefaya çağırması olub. Hökumətin Erməni Apostol Kilsəsinə vergi sistemi tətbiq etməsi də münasibətləri korlayıb. 

O vaxtdan bəri katolikos və baş nazir ümumiyyətlə əlaqə saxlamayıb və rəsmi tədbirlərdə birgə iştirakdan yayınıblar. Artıq onlar arasında münasibətlər qarşılıqlı nifrət həddinə çatıb. Hətta Ermənistan hakimiyyətində şübhə etmirlər ki, keşiş Baqrat Qalstanyanın bu ilin aprelində başladığı etiraz aksiyalarının arxasında dayanan da məhz katolikos II Qaregindir. Hansı ki, keşişin rəhbərliyilə etirazçılar sentyabrda növbəti aksiyalara başlamaq niyyətindədirlər. 

Paşinyanla II Qaregin arasında gərginlik nə ilə yekunlaşacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Abutalıb Səmədovun fikrincə, Paşinyan Eçmiədzindəki mərasimə qatılmayacaq və katolikosa yerini göstərmək üçün sadəcə öz nümayəndəsini göndərməklə kifayətlənəcək: 

“Paşinyan hökumətinin II Qareginə münasibəti aydındır. Ermənilərin dini rəhbəri Paşinyanın devrilməsi üçün əlindən gələni etməyə hazırdır. II Qaregin açıq və gizli şəkildə Baqrat Qalstanyana hər cür yardım göstərir. Üstəlik Paşinyan erməni dini lideri yerində otuzdurtmaq üçün bir sıra addımlar da atıb. Ümumiyyətlə, katolikosun erməni cəmiyyətindəki rolu Paşinyanı qətiyyən qane etmir. Paşinyan onu hakimiyyət üçün təhlükə hesab edir”. 

Ekspert düşünür ki, Paşinyan erməni dini rəhbərin Ermənistan siyasətində çəkisinin azalmasına çalışır: 

“Bu səbəblərdən Paşinyan hökuməti həmin mərasimdə iştirak etməyəcək. Ağıllı siyasətçidirsə, iştirak etməməlidir. Çünki katolikosun təşkil etdiyi tədbirdə Paşinyanı yaxşı heç nə gözləmir. Həmin tədbirin keçirilməsinə nəzarəti hökumət öz əlinə ala bilsə, təbii ki, Paşinyan da orada olacaq. Ancaq nəzərə alsaq ki, tədbiri Paşinyanla ziddiyyətləri olan katolikos təşkil edir, belə vəziyyətdə erməni baş nazirin orada olması məqsədəuyğun sayıla bilməz. Güman edirəm ki, Paşinyan orada iştirak etməyəcək”. 

Amma həmsöhbətimiz Paşinyanın tədbirə nümayəndəsini göndərəcəyinə əmindir: 

“Amma özü olmasa da, tədbirə nümayəndəsini göndərəcək. Bu addım isə katolikosun çəkisinin azalmasına, ona yerinin göstəriməsinə xidmət edəcək. Əks halda münasibətlərin daha da gərginləşməsi üçün katolikosun müəyyən davranışlar sərgiləyəməsi tamamilə mümkündür”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail Tehranda hərbi hədəflərə zərbə endirdi - VİDEO

İsrail Tehranda hərbi hədəflərə zərbə endirdi - VİDEO

Səhər saatlarından yağıntılar tədricən zəifləyib - FAKTİKİ HAVA

Səhər saatlarından yağıntılar tədricən zəifləyib - FAKTİKİ HAVA

Neft Daşlarında meyit tapıldı

Neft Daşlarında meyit tapıldı

Ağdaşda DOĞUŞ ZAMANI körpə vəfat etdi

Ağdaşda DOĞUŞ ZAMANI körpə vəfat etdi

Zirə sakininin meyiti evinin həyətində quyuda tapıldı

Zirə sakininin meyiti evinin həyətində quyuda tapıldı

Ceyhun Bayramovdan İranla bağlı AÇIQLAMA - FOTO

Ceyhun Bayramovdan İranla bağlı AÇIQLAMA - FOTO

“Qarabağ” Nigeriyadan daha bir legioner gətirdi

“Qarabağ” Nigeriyadan daha bir legioner gətirdi

Qazax qəzasında ölən şəxsin kimliyi AÇIQLANDI - FOTO

Qazax qəzasında ölən şəxsin kimliyi AÇIQLANDI - FOTO

19 yaşlı pilot “Formula 1”in qalibi oldu

19 yaşlı pilot “Formula 1”in qalibi oldu

Polis əməkdaşları əməliyyat keçirdi - Görün nə aşkar edildi? - FOTO

Polis əməkdaşları əməliyyat keçirdi - Görün nə aşkar edildi? - FOTO

Asəf Çopurov “UAE Warriors”da növbəti qələbəsini qazandı - VİDEO

Asəf Çopurov “UAE Warriors”da növbəti qələbəsini qazandı - VİDEO

Rusiya Yay və Qış Olimpiya oyunlarına ev sahibliyi edəcək?

Rusiya Yay və Qış Olimpiya oyunlarına ev sahibliyi edəcək?

İran ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsini VURDU

İran ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsini VURDU

İran Səudiyyə Ərəbistanındakı ABŞ bazalarına zərbə endirdi

İran Səudiyyə Ərəbistanındakı ABŞ bazalarına zərbə endirdi

Su basmış ərazilərdən 216 nəfər təxliyə edilib - 36-sı azyaşlıdır - FOTO/VİDEO

Su basmış ərazilərdən 216 nəfər təxliyə edilib - 36-sı azyaşlıdır - FOTO/VİDEO

Masazırda iki avtomobil YANDI - ANBAAN VİDEO

Masazırda iki avtomobil YANDI - ANBAAN VİDEO

Bu ölkənin səfirliyinə qanunsuz daxil olan hərbçi saxlanıldı

Bu ölkənin səfirliyinə qanunsuz daxil olan hərbçi saxlanıldı

Axtarışda olan 79 nəfər TUTULDU

Axtarışda olan 79 nəfər TUTULDU

Xaçmazda hazırda vəziyyət necədir? - RƏSMİ CAVAB - VİDEO

Xaçmazda hazırda vəziyyət necədir? - RƏSMİ CAVAB - VİDEO

Bərdədə üçotaqlı ev əşyaları ilə birlikdə yandı - FOTO

Bərdədə üçotaqlı ev əşyaları ilə birlikdə yandı - FOTO

Həbsdə olan Madurodan ilk paylaşım - FOTO

Həbsdə olan Madurodan ilk paylaşım - FOTO

Ukrayna Rusiyanın neft ixracına son 4 ilin ən güclü zərbəsini vurdu - VİDEO

Ukrayna Rusiyanın neft ixracına son 4 ilin ən güclü zərbəsini vurdu - VİDEO

İranda daha bir yüksək vəzifəli şəxs öldürüldü

İranda daha bir yüksək vəzifəli şəxs öldürüldü

Zelenskidən şok AÇIQLAMA: Rusiya İncirlik Hava Bazasını izləyir

Zelenskidən şok AÇIQLAMA: Rusiya İncirlik Hava Bazasını izləyir

End of content

No more pages to load

RADİO