Prezident “Xəqani” bağında yaradılan şəraitlə TANIŞ OLDU - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına bağda həyata keçirilən abadlıq-yenidənqurma işləri barədə məlumat verdi.

Bildirildi ki, “Xəqani” bağının mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xəqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib.
 

Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb.


Qeyd edək ki, bu, dövlətimizin başçısının Bakı şəhərində parkların, xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən abadlaşdırılan növbəti istirahət guşələrindən biridir. Şəhərin mərkəzində yerləşən bağda sakinlərin istirahəti üçün qısa müddətdə gözəl şərait yaradılıb.

Bu bağın Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi bir zamanda və Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində istifadəyə verilməsi ölkəmizə gələcək turistlərin istirahətinin səmərəli təşkilinə də böyük töhfə olacaq.

Xatırladaq ki, paytaxtımızda ən müasir parklar və yeni yaşıllıq zolaqları salınır, Bakının qədim tarixi memarlıq nümunələri bərpa edilir və müasir binalar tikilib istifadəyə verilir. Bu işlərin hamısı şəhərə daha çox gözəllik və kolorit verir, məhz bunun sayəsində Azərbaycan paytaxtı insanların həyatı və asudə vaxt keçirməsi üçün rahat məkana çevrilir. Yeni parkların salınması və mövcud olanların yenidən qurulması, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər də ətraf mühitin sağlamlaşdırılması işinə mühüm töhfə verir.



























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada “Santa-Barbara”: Keçmiş sevgililər bir-birinə 50 min rubl ödəyəcək

Rusiyada “Santa-Barbara”: Keçmiş sevgililər bir-birinə 50 min rubl ödəyəcək

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Binəqədidə anbar yanır - VİDEO

Binəqədidə anbar yanır - VİDEO

Gözəllik müsabiqəsi iştirakçısının səhnədə DİŞİ DÜŞDÜ - VİDEO

Gözəllik müsabiqəsi iştirakçısının səhnədə DİŞİ DÜŞDÜ - VİDEO

Bu yolda sürət həddi bərpa edildi

Bu yolda sürət həddi bərpa edildi

Sabah Azərbaycanın rayonlarına yağış və qar yağacaq - PROQNOZ

Sabah Azərbaycanın rayonlarına yağış və qar yağacaq - PROQNOZ

Dağıstanda 100 ilin ən güclü daşqını: Fəlakət Çeçenistan və İnquşetiyaya da yayıldı - VİDEO

Dağıstanda 100 ilin ən güclü daşqını: Fəlakət Çeçenistan və İnquşetiyaya da yayıldı - VİDEO

İsrail Tehranda hərbi hədəflərə zərbə endirdi - VİDEO

İsrail Tehranda hərbi hədəflərə zərbə endirdi - VİDEO

Səhər saatlarından yağıntılar tədricən zəifləyib - FAKTİKİ HAVA

Səhər saatlarından yağıntılar tədricən zəifləyib - FAKTİKİ HAVA

Neft Daşlarında meyit tapıldı

Neft Daşlarında meyit tapıldı

Ağdaşda DOĞUŞ ZAMANI körpə vəfat etdi

Ağdaşda DOĞUŞ ZAMANI körpə vəfat etdi

Zirə sakininin meyiti evinin həyətində quyuda tapıldı

Zirə sakininin meyiti evinin həyətində quyuda tapıldı

Ceyhun Bayramovdan İranla bağlı AÇIQLAMA - FOTO

Ceyhun Bayramovdan İranla bağlı AÇIQLAMA - FOTO

“Qarabağ” Nigeriyadan daha bir legioner gətirdi

“Qarabağ” Nigeriyadan daha bir legioner gətirdi

Qazax qəzasında ölən şəxsin kimliyi AÇIQLANDI - FOTO

Qazax qəzasında ölən şəxsin kimliyi AÇIQLANDI - FOTO

19 yaşlı pilot “Formula 1”in qalibi oldu

19 yaşlı pilot “Formula 1”in qalibi oldu

Polis əməkdaşları əməliyyat keçirdi - Görün nə aşkar edildi? - FOTO

Polis əməkdaşları əməliyyat keçirdi - Görün nə aşkar edildi? - FOTO

Asəf Çopurov “UAE Warriors”da növbəti qələbəsini qazandı - VİDEO

Asəf Çopurov “UAE Warriors”da növbəti qələbəsini qazandı - VİDEO

Rusiya Yay və Qış Olimpiya oyunlarına ev sahibliyi edəcək?

Rusiya Yay və Qış Olimpiya oyunlarına ev sahibliyi edəcək?

İran ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsini VURDU

İran ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsini VURDU

İran Səudiyyə Ərəbistanındakı ABŞ bazalarına zərbə endirdi

İran Səudiyyə Ərəbistanındakı ABŞ bazalarına zərbə endirdi

Su basmış ərazilərdən 216 nəfər təxliyə edilib - 36-sı azyaşlıdır - FOTO/VİDEO

Su basmış ərazilərdən 216 nəfər təxliyə edilib - 36-sı azyaşlıdır - FOTO/VİDEO

Masazırda iki avtomobil YANDI - ANBAAN VİDEO

Masazırda iki avtomobil YANDI - ANBAAN VİDEO

Bu ölkənin səfirliyinə qanunsuz daxil olan hərbçi saxlanıldı

Bu ölkənin səfirliyinə qanunsuz daxil olan hərbçi saxlanıldı

End of content

No more pages to load

RADİO