Ortaq əlifba Türk birliyini gücləndirəcək -ATXƏM sədri

Xəbər verdiyimiz kimi, Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov demokrat.az-a açıqlamasında  bildirib ki, Türk ölkələri və xalqlarının vahid əlifbaya keçidində artıq ciddi irəliləyiş var.

İ.İsmayılov qeyd edib ki,  iclasda Türk dünyası ortaq əlifbasının 34 hərfindən 14-ü təsdiq olunub:

"Ümid edirik ki, tezliklə Türk dünyasının ortaq əlifbasının bütün hərfləri razılaşdırılaraq təsdiq olunacaq və bütün türk xalqları bir-birinin dilini oxuya biləcək. 

Bu əlifbanın qəbul edilməsi üçün Türkiyə, Azərbaycan, Özbəkistan və Türkmənistandan sonra Qazaxıstan və Qırğızıstanın da latın əlifbasına keçməsi labüddür. 

2026-cı ildə Birinci Türk Qurultayının 100 illiyi keçiriləcək. Bununla bağlı Türk Dilçilik Cəmiyyətinin prezidenti Osman Mertin qeyd etdiyi kimi, Türk Dünyasının ortaq əlifbası layihəsini 2026-cı ilə qədər başa çatdırmaq nəzərdə tutulur. Lakin bu layihənin həyata keçirilməsi üçün əlifba müstəqilliyi olan 6 türk dövlətinib parlamentləri və dövlət başçıları tərəfindən razılıq əldə edilməlidir".

ATXƏM sədri hesab edir ki, bu gün böyük Turanın yaradılması yolunda ortaq əlifbanın qəbul edilməsi ilk addımdır:

"Daha sonra ardıcıl olaraq dərsliklər, ortaq ordu, ortaq pul vahidi və digər məsələlər həll olunmalıdır. Və bu istiqamətdə davam edərək, Türk Dövlətləri Birliyinin yaradılmasına nail olmaq lazımdır. 

Eyni zamanda ortaq əlifbanın təsdiq edilməsi Türk Dünyasında inteqrasiya proseslərinin daha da sürətləndirilməsinə və Türk Birliyinin gücləndirilməsinə gətirib çıxaracaq. Bunun nəticəsi olaraq, Türkdilli dövlətlər arasında iqtisadi, siyasi, mədəni, elmi əməkdaşlığın daha da inkişaf etdirilməsinə nail ola biləcəyik".

İ.İsmayılov əlavə edib ki, ATXƏM İB öz növbəsində uzun illərdir ki, Türk Dünyasının ortaq əlifbasının hazırlanması və qəbul edilməsi istiqamətində həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda bir çox tədbirlər həyata keçirir və expertlər tərəfindən təkliflər irəli sürür:

"Bu gün  ortaq əlifbanın hazırlanması layihəsində az da əməyimizin olması bizi çox sevindirir. Əminik ki, ortaq əlifba tam olaraq qəbul ediləcək və bütün Türk Dövlətləri bir araya gələcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada “Santa-Barbara”: Keçmiş sevgililər bir-birinə 50 min rubl ödəyəcək

Rusiyada “Santa-Barbara”: Keçmiş sevgililər bir-birinə 50 min rubl ödəyəcək

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Binəqədidə anbar yanır - VİDEO

Binəqədidə anbar yanır - VİDEO

Gözəllik müsabiqəsi iştirakçısının səhnədə DİŞİ DÜŞDÜ - VİDEO

Gözəllik müsabiqəsi iştirakçısının səhnədə DİŞİ DÜŞDÜ - VİDEO

Bu yolda sürət həddi bərpa edildi

Bu yolda sürət həddi bərpa edildi

Sabah Azərbaycanın rayonlarına yağış və qar yağacaq - PROQNOZ

Sabah Azərbaycanın rayonlarına yağış və qar yağacaq - PROQNOZ

Dağıstanda 100 ilin ən güclü daşqını: Fəlakət Çeçenistan və İnquşetiyaya da yayıldı - VİDEO

Dağıstanda 100 ilin ən güclü daşqını: Fəlakət Çeçenistan və İnquşetiyaya da yayıldı - VİDEO

İsrail Tehranda hərbi hədəflərə zərbə endirdi - VİDEO

İsrail Tehranda hərbi hədəflərə zərbə endirdi - VİDEO

Səhər saatlarından yağıntılar tədricən zəifləyib - FAKTİKİ HAVA

Səhər saatlarından yağıntılar tədricən zəifləyib - FAKTİKİ HAVA

Neft Daşlarında meyit tapıldı

Neft Daşlarında meyit tapıldı

Ağdaşda DOĞUŞ ZAMANI körpə vəfat etdi

Ağdaşda DOĞUŞ ZAMANI körpə vəfat etdi

Zirə sakininin meyiti evinin həyətində quyuda tapıldı

Zirə sakininin meyiti evinin həyətində quyuda tapıldı

Ceyhun Bayramovdan İranla bağlı AÇIQLAMA - FOTO

Ceyhun Bayramovdan İranla bağlı AÇIQLAMA - FOTO

“Qarabağ” Nigeriyadan daha bir legioner gətirdi

“Qarabağ” Nigeriyadan daha bir legioner gətirdi

Qazax qəzasında ölən şəxsin kimliyi AÇIQLANDI - FOTO

Qazax qəzasında ölən şəxsin kimliyi AÇIQLANDI - FOTO

19 yaşlı pilot “Formula 1”in qalibi oldu

19 yaşlı pilot “Formula 1”in qalibi oldu

Polis əməkdaşları əməliyyat keçirdi - Görün nə aşkar edildi? - FOTO

Polis əməkdaşları əməliyyat keçirdi - Görün nə aşkar edildi? - FOTO

Asəf Çopurov “UAE Warriors”da növbəti qələbəsini qazandı - VİDEO

Asəf Çopurov “UAE Warriors”da növbəti qələbəsini qazandı - VİDEO

Rusiya Yay və Qış Olimpiya oyunlarına ev sahibliyi edəcək?

Rusiya Yay və Qış Olimpiya oyunlarına ev sahibliyi edəcək?

İran ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsini VURDU

İran ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsini VURDU

İran Səudiyyə Ərəbistanındakı ABŞ bazalarına zərbə endirdi

İran Səudiyyə Ərəbistanındakı ABŞ bazalarına zərbə endirdi

Su basmış ərazilərdən 216 nəfər təxliyə edilib - 36-sı azyaşlıdır - FOTO/VİDEO

Su basmış ərazilərdən 216 nəfər təxliyə edilib - 36-sı azyaşlıdır - FOTO/VİDEO

Masazırda iki avtomobil YANDI - ANBAAN VİDEO

Masazırda iki avtomobil YANDI - ANBAAN VİDEO

Bu ölkənin səfirliyinə qanunsuz daxil olan hərbçi saxlanıldı

Bu ölkənin səfirliyinə qanunsuz daxil olan hərbçi saxlanıldı

End of content

No more pages to load

RADİO