Rusiya Prezidenti Vladimir Putin Azərbaycanəsilli rusiyalı teleaparıcı İradə Zeynalovanı səfir təyin edib.
Bizim.Media xəbər verir ki, o, bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, İradə Zeynalova Rusiya Federasiyasının Mavrikidə fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Qeyd edək ki, İradə Zeynalova Rusiyanın NTV kanalında "Vesti nedeli"( 'Həftə nəticələri') proqramının müəllifi və aparıcısı olub. O azərbaycanlı şair Aftandil Zeynalovun qızıdır.

Bizim.Media