XİN-dən Ermənistanla sərhəddəki vəziyyətlə bağlı BƏYANAT

10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şətaitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ordusu Göyçə gölündən 23 kilometr aralıda post qurdu


Belə ki, müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.

"Bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək, təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur.

Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir.

12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır. 
 

Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik.


Bu kimi hallar hər iki tərəfdən hərbçilər arasında qarşılıqlı təmaslar vasitəsilə müzakirə olunaraq, həll oluna bilər və olunmalıdır. 

Azərbaycan öz tərəfindən, qeyd olunan bölgədə gərginliyin aradan qaldırılmasına sadiqdir və bu istiqamətində müvafiq addımların atılmasına çağırır", - deyə XİN-in yaydığı məlumatda vurğulanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Daha üç klub “Qarabağ”ın legionerinə MARAQ GÖSTƏRİR

Daha üç klub “Qarabağ”ın legionerinə MARAQ GÖSTƏRİR

Bakıda 174 milyonluq qumar oyununun üstü açıldı – ŞOK DETALLAR

Bakıda 174 milyonluq qumar oyununun üstü açıldı – ŞOK DETALLAR

Ağdərə rayonunun Həsənriz kəndinə NÖVBƏTİ KÖÇ – FOTO

Ağdərə rayonunun Həsənriz kəndinə NÖVBƏTİ KÖÇ – FOTO

Xorvatiya Prezidentindən İlham Əliyevə MƏKTUB

Xorvatiya Prezidentindən İlham Əliyevə MƏKTUB

Amnistiyadan yararlananlar arasında yeniyetmələr də var – FOTOLAR

Amnistiyadan yararlananlar arasında yeniyetmələr də var – FOTOLAR

Cevdet Yılmaz Azərbaycana gəldi

Cevdet Yılmaz Azərbaycana gəldi

"Səni axtarıram"da saxlanılan Əfsanə AZADLIQDA

"Səni axtarıram"da saxlanılan Əfsanə AZADLIQDA

Neftçalanın sabiq icra başçısının müavini də azadlığa çıxdı

Neftçalanın sabiq icra başçısının müavini də azadlığa çıxdı

Kirkorovun yalanı üzı çıxdı – Vanqa erməni deyil

Kirkorovun yalanı üzı çıxdı – Vanqa erməni deyil

Azadlığa buraxılan Dəniz Əsədovadan İLK AÇIQLAMA – VİDEO

Azadlığa buraxılan Dəniz Əsədovadan İLK AÇIQLAMA – VİDEO

Əhaliyə XƏBƏRDARLIQ: Dekabrın 22-dən...

Əhaliyə XƏBƏRDARLIQ: Dekabrın 22-dən...

Bu gün 300 məhkum azadlığa ÇIXACAQ

Bu gün 300 məhkum azadlığa ÇIXACAQ

Orxan Lökbatanlı xanımına mağaza AÇDI - VİDEO

Orxan Lökbatanlı xanımına mağaza AÇDI - VİDEO

Orxan Qasımov: "Bu müstəqillik dövründə 13-cü Amnistiya aktıdır"

Orxan Qasımov: "Bu müstəqillik dövründə 13-cü Amnistiya aktıdır"

Zaqatalada meşədə meyit tapıldı

Zaqatalada meşədə meyit tapıldı

Azərbaycan və Ermənistanın ABŞ-dakı səfirləri Zəngəzur dəhlizini müzakirə etdilər

Azərbaycan və Ermənistanın ABŞ-dakı səfirləri Zəngəzur dəhlizini müzakirə etdilər

DİN-dən ÇAĞIRIŞ: “Sosial şəbəkə profillərini gizli izləmək” kimi paylaşımlara inanmayın!” – VİDEO

DİN-dən ÇAĞIRIŞ: “Sosial şəbəkə profillərini gizli izləmək” kimi paylaşımlara inanmayın!” – VİDEO

“Bavariya” səfərdə qalib gəldi - VİDEO

“Bavariya” səfərdə qalib gəldi - VİDEO

Moskvada general maşınında partladıldı – FOTO/VİDEO

Moskvada general maşınında partladıldı – FOTO/VİDEO

Bu gün azadlığına qovuşan qadın məhkumlar – FOTOLAR

Bu gün azadlığına qovuşan qadın məhkumlar – FOTOLAR

DYP bir daha piyadalara MÜRACİƏT ETDİ

DYP bir daha piyadalara MÜRACİƏT ETDİ

“BakuBus”onlarla avtobusu niyə qarajda saxlayır? – VİDEO

“BakuBus”onlarla avtobusu niyə qarajda saxlayır? – VİDEO

Fars körfəzinə DOĞRU

Fars körfəzinə DOĞRU

End of content

No more pages to load

RADİO