Erməni mətbuatının Zəngəzur “hay-küyü” - Əslində nə BAŞ VERİR? - “Eyni proses Qazaxda, Kəlbəcərdə də olacaq”

“Qaragöl adlanan ərazi tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib”. - Ermənistan mətbuatı bir neçə gündür ki, hay-həşir salıb. Ermənistan tərəfi gölün Azərbaycanın nəzarəti altına keçməsindən narahatdır. Gorus icmasının ciddi risk altına düşdüyü, susuz qaldığı bildirilir. 

Daha əvvəl isə Azərbaycan silahlı qüvvələrinin Ermənistanın Sisyan şəhəri yaxınlığında İşxanasar dağı ərazisində "dövlət sərhədini keçdiyi" və Verişen yaşayış məntəqəsi istiqamətində "3 kilometr irəli gəldiyi" açıqlanmışdı. 

Ermənistan qəzetləri Sünikə qoşun gətirildiyindən, 3-cü Ordu Korpusunda həyəcan siqnalı verildiyindən, Gorus, Qafan və Meğri sakinlərinə özünümüdafiə üçün hazır olmaq əmri verildiyindən yazıb.

Hətta Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan həmin gün axşam keçirdiyi Təhlükəsizlik Şurasının iclasında 

Sünik vilayətində baş vermiş hadisəni "diversiya müdaxiləsi" adlandırıb. O, qeyd edib ki, mayın 12-si səhər Azərbaycan silahlı qüvvələri Sevliç (Qaragöl) ərazisində dövlət sərhədini keçib, 3,5 kilometr Ermənistan ərazisinin içərisinə daxil olub. Paşinyan Azərbaycan tərəfinin göl üzərində nəzarəti ələ keçirməyə cəhd etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən bu məlumatlarla bağlı hələ ki, hansısa reaksiya verilməyib.

Onu da qeyd edək ki, sərhədlərinə “diversiya müdaxiləsi”nin edildiyini bildirən Ermənistan hakimiyyəti erməni qəzetlərinin əksinə olaraq hərbi əməliyyatlardan danışmağa lüzum görməyib. Nikol Paşinyanın Təhlükəsizlik Şurasının iclasında işlətdiyi ifadələrdən də bu aydın sezilir: "Ermənistan yaranmış vəziyyətlə barışa bilməz, lakin bizim bir nömrəli vəzifəmiz vəziyyəti danışıqlar yolu ilə, o cümlədən diplomatik həll etməkdir. Lakin bu, variantlardan biridir". Baş nazir vəzifəsinin icraçısı  Azərbaycan hərbçilərinin silahdan istifadə etmədiklərini də etiraf edir.  

Bəs əslində Azərbaycan-Emənistan sərhədində nə baş verir? Bu daha əvvəl edildiyi ki, sərhədlərin delimitaziyasıdır? 

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Bizim.Media-ya açıqlamasında bildirib ki, burada hansısa hərbi əməliyyatların başlanmasından söhbət getmir:

“Sadəcə sərhədlərin delimitaziyası və daha sonra demorkasiyası aparılır. Sərhədlər Sovet dövrü xəritələri və digər məlumatlar əsasında müəyyənləşdirilir və daha sonra bu təsdiq edilir. Azərbaycan iki bölgədə -  Zəngəzur və Göyçə gölü ətrafında ələ keçirilmiş torpaqları qaytarmaq məqsədilə sadə bir əməliyyat keçirərək, irəlliləyir və ordunun istinad nöqtələri qurulur. Bu Azərbaycanın öz torpaqlarının özünə qaytarılmasıdır. Eyni proses Qazaxda da, ola bilsin Kəlbəcərdə də baş versin. Ermənilər vaxtilə siçovul kimi Azərbaycan sərhədlərini pozublar, hətta işğal olunmuş ərazilərdə də sərhədlərin yeni konfiqurasiyasını yaradıblar. İndi Azərbaycan həmin əməliyyatları pozur”.

Qabil Hüseynli bildirir ki, ermənilərin qaldırdığı hay-küy heç bir nətcə verməyib:

“Rusiyada da yaxşı başa düşürlər ki, Azərbaycan delimitizasiya prosesini həyata keçirir, bu heç Ermənistanın siyasi dairələrində də ciddi reaksiya doğurmayıb. Üç gündür ki, danışıqlar gedir, çalışırlar ki, Azərbaycanı geri çəkilməyə məcbur etsinlər. Azərbaycanın isə əsaslı faktları var”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əlliliyin qiymətləndirilməsində YENİLİK – Süni intellekt necə TƏTBİQ OLUNACAQ?

Əlliliyin qiymətləndirilməsində YENİLİK – Süni intellekt necə TƏTBİQ OLUNACAQ?

Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi - AÇIQLAMA

Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi - AÇIQLAMA

Universitetlərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ – Martın 5-dək...

Universitetlərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ – Martın 5-dək...

Şəkidə 33 mindən çox abonent qazsız qalacaq

Şəkidə 33 mindən çox abonent qazsız qalacaq

28 yaşlı kişi BIÇAQLANDI

28 yaşlı kişi BIÇAQLANDI

BİZİM TƏQVİM:18 fevral tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM:18 fevral tarixində baş vermiş mühüm hadisələr

"Qarabağ" qeyri-adi komandadır" - "Nyukasl"ın futbolçusu

"Qarabağ" qeyri-adi komandadır" - "Nyukasl"ın futbolçusu

Hacıqabulda iki avtomobil toqquşdu, sürücü öldü

Hacıqabulda iki avtomobil toqquşdu, sürücü öldü

“Yerin təki haqqında” Qanunda dəyişiklik edilir - VİDEO

“Yerin təki haqqında” Qanunda dəyişiklik edilir - VİDEO

Keyn bu göstəricidə Ronaldonu geridə qoydu

Keyn bu göstəricidə Ronaldonu geridə qoydu

Səhər yeməyində tez-tez edilən bu səhv sağlamlığa ZƏRƏR VERİR

Səhər yeməyində tez-tez edilən bu səhv sağlamlığa ZƏRƏR VERİR

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

Gəncədə ağır qəza - Xəsarət alanlar var

Gəncədə ağır qəza - Xəsarət alanlar var

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

"Buna görə Novruz bayramında sevinmirəm"

"Buna görə Novruz bayramında sevinmirəm"

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

End of content

No more pages to load

RADİO