Azərbaycan və İtaliya şirkətləri arasında anlaşma memorandumları İMZALANDI

Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri çərçivəsində İtaliyanın Müəssisələr və “Made in Italy” Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İtaliya Sənaye Konfederasiyasının (“Confindustria”) birgə təşkilatçılığı ilə İtaliya–Azərbaycan dəyirmi masası keçirilib.

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya bildirilib ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı enerji sektoru, kimya sənayesi, avtomobil istehsalı, mühəndislik, əczaçılıq, kənd təsərrüfatı, metallurgiya, tikinti, qida və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın sahibkar iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığını qeyd edərək, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu vurğulayıb.

Bildirilib ki, ölkəmiz İtaliya ilə çoxşaxəli iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə böyük əhəmiyyət verir və bunun nəticəsi olaraq ölkə iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən işğaldan azad olunan ərazilərdə çoxsaylı İtaliya şirkətləri uğurla fəaliyyət göstərirlər. Vurğulanıb ki, dəyirmi masa çərçivəsində aparılan müzakirələr və əldə edilən razılaşmalar əlaqələrimizi daha da gücləndirəcək və yeni imkanlar açacaq.

Dəyirmi masada çıxış edən İtaliyanın Müəssisələr və “Made in Italy” naziri Adolfo Urso və İtaliya Sənaye Konfederasiyasının prezidenti Emanuele Orsini Azərbaycanın İtaliya ilə strateji enerji tərəfdaşlığı və ikitərəfli əlaqələrin qeyri-neft sahəsində inkişafı imkanları haqqında danışıblar.

Tədbirdə, həmçinin AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Ülvi Mansurov, ADA Universitetinin prorektoru Elkin Nurməmmədov Azərbaycanın ixrac və investisiya potensialı haqqında məlumat verib, ortaq faydalı fəaliyyət istiqamətləri və perspektivli layihələrə dair çıxış ediblər.

Bununla yanaşı, sənaye, bərpaolunan enerji, infrastruktur, nəqliyyat, tekstil, kimya, əczaçılıq və digər prioritet sektorlarda əməkdaşlığın gücləndirilməsi barədə müzakirələr aparılıb, hər iki ölkənin şirkət nümayəndələri biznes tərəfdaşlığının qurulması və inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə İtaliya Sənaye Konfederasiyasının (Confindustria), “Mətanət A” şirkəti ilə İtaliyanın Dromont Comec şirkəti, “Improtex Industries” MMC ilə İtaliyanın “Leonardo Electronics” şirkəti, “Saloğlu” şirkəti ilə İtaliyanın “Visionnaire – İPA” və “Biesse S.P.A” şirkətləri arasında anlaşma memorandumları imzalanıb. Sənədlər yeni birgə istehsal və xidmət, tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi və təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ilə İtaliya Ticarət Agentliyi, aqrar və qida texnologiyaları sahəsində ixtisaslaşmış “Annatura” şirkəti, “Scorpio Group” və İtaliyanın “Coldiretti” kənd təsərrüfatı təşkilatının nümayəndələri arasında görüşlər təşkil olunub, qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vüqarın studiyasını su basdı - VİDEO

Vüqarın studiyasını su basdı - VİDEO

Yurgen Klopp mövsümün sonunda "Real"a rəhbərlik edəcək

Yurgen Klopp mövsümün sonunda "Real"a rəhbərlik edəcək

Zabratda içməli su borusu partladı: Sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

Zabratda içməli su borusu partladı: Sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

Şeyx Əbdül Rasim Balayevdən DANIŞDI: “Nəşi axşam gətiriləcək…” - ÖZƏL

Şeyx Əbdül Rasim Balayevdən DANIŞDI: “Nəşi axşam gətiriləcək…” - ÖZƏL

Rasim Balayevlə vida mərasimi bu Teatrda keçiriləcək

Rasim Balayevlə vida mərasimi bu Teatrda keçiriləcək

Azərbaycan “Babək”ni itirdi... - VİDEO

Azərbaycan “Babək”ni itirdi... - VİDEO

Mirça Luçesku xəstəxanaya yerləşdirildi

Mirça Luçesku xəstəxanaya yerləşdirildi

Ən çox zərər çəkən qanunsuz tikilən gecəqondu evləridir - Rəsmi

Ən çox zərər çəkən qanunsuz tikilən gecəqondu evləridir - Rəsmi

Abşeronda yağışın yaratdığı fəsadlar belə aradan qaldırılır - FOTO

Abşeronda yağışın yaratdığı fəsadlar belə aradan qaldırılır - FOTO

Eldar Əzizov kommunal xidmətlərinin rəhbərlərini yanına ÇAĞIRDI

Eldar Əzizov kommunal xidmətlərinin rəhbərlərini yanına ÇAĞIRDI

Qayınanasının mənzilindən oğurluq etdi

Qayınanasının mənzilindən oğurluq etdi

Rasim Balayev Birinci Fəxri Xiyabanda dəfn olunacaq

Rasim Balayev Birinci Fəxri Xiyabanda dəfn olunacaq

“Sənətinə və şəxsiyyətinə heyran olduğum Rasim Balayev…” - FOTO

“Sənətinə və şəxsiyyətinə heyran olduğum Rasim Balayev…” - FOTO

Mədəniyyət Nazirliyindən Rasim Balayevin vəfatı ilə bağlı BAŞSAĞLIĞI - FOTO

Mədəniyyət Nazirliyindən Rasim Balayevin vəfatı ilə bağlı BAŞSAĞLIĞI - FOTO

“Yoxluğun dostların üçün sözlə ifadə olunmayan boşluqdur…” - VİDEO

“Yoxluğun dostların üçün sözlə ifadə olunmayan boşluqdur…” - VİDEO

Paşinyana hücumun arxasında kim dayanır? - FOTO

Paşinyana hücumun arxasında kim dayanır? - FOTO

Laçın məktəblilərinin bayram tətili gəzintisi - FOTO

Laçın məktəblilərinin bayram tətili gəzintisi - FOTO

"Eşref Rüya" ilə bağlı qərar verildi

"Eşref Rüya" ilə bağlı qərar verildi

Prezidentdən Cəmil Əliyevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cəmil Əliyevlə bağlı SƏRƏNCAM

MTRŞ-nın eks-aparat rəhbərinin villasını su apardı — FOTO

MTRŞ-nın eks-aparat rəhbərinin villasını su apardı — FOTO

Ukrayna işğal altındakı Krımda Rusiyanın üç iri hədəfini məhv etdi - VİDEO

Ukrayna işğal altındakı Krımda Rusiyanın üç iri hədəfini məhv etdi - VİDEO

Trampın İranla müharibəsi NATO-nu çökdürə bilər

Trampın İranla müharibəsi NATO-nu çökdürə bilər

Feldmarşal Paulusu əsir götürən hərbçi 102 yaşında vəfat etdi

Feldmarşal Paulusu əsir götürən hərbçi 102 yaşında vəfat etdi

Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək

Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək

End of content

No more pages to load

RADİO