İlham Əliyev İtaliyanın baş naziri ilə görüşdü- FOTO/VİDEO

Sentyabrın 5-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, Romanın “Chigi” Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İtaliyanın nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloniyə təqdim olunub.

Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni birgə foto çəkdiriblər.

Əvvəlcə Prezident İlham Əliyev ilə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin təkbətək görüşü olub.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Ciorcia Meloni dövlətimizin başçısının İtaliyaya bu səfərinin çox səmərəli olduğunu vurğulayaraq, Prezident İlham Əliyevlə İtaliya-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyində olan məsələlərə dair ətraflı müzakirələr aparıldığını qeyd edib, iki ölkə arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyini bildirib. Bu xüsusda, ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar, mədəni istiqamətlərdə əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılıb.

Humanitar-mədəni əlaqələrin inkişafında ADA Universiteti ilə İtaliya universitetləri arasında İtaliya-Azərbaycan Universiteti layihəsinin önəmi xüsusi qeyd olunub.

Enerji sahəsində ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə, onun bu gün İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində roluna toxunulub. TAP-ın ötürücülük qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparılıb.

İtaliya Nazirlər Şurasının sədri Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlara görə minnətdarlığını bildirdi və bu xüsusda, ölkəmizin rolunu qeyd edib. O, COP29-a dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi və bu tədbirdə məmnuniyyətlə iştirak edəcəyini vurğuladı. İtaliya Nazirlər Şurasının sədri COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu deyib. Bu xüsusda, İtaliyanın iqlim dəyişikliyi üzrə nümayəndəsinin Azərbaycanın COP nümayəndə heyəti ilə yaxından əməkdaşlığı və Azərbaycanın COP prezidentinin G20 çərçivəsində İtaliyada keçirilən ekologiya nazirlərinin toplantısında iştirakı qeyd olunub.

Söhbət zamanı İtaliyanın “Eni S.P.A” şirkəti ilə SOCAR arasında yeni əməkdaşlıq sahələrinin müəyyən olunması məmnunluqla qeyd edilib, bu şirkətlərin üçüncü ölkələrdə birgə layihələrdə iştirakı məsələsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın və İtaliyanın üçüncü ölkələrdə birgə investisiya layihələrində iştirakı məsələsinə toxunuldu. Orta Dəhlizin əhəmiyyəti vurğulanıb və İtaliya şirkətlərinin də bu dəhlizin imkanlarından istifadə etməsi perspektivləri müzakirə olunub.

İtaliya-Azərbaycan iqtisadi əməkdaşlıq məsələləri üzrə komissiyanın roluna toxunulub, gələn il komissiyanın iclasının keçirilməsi razılaşdırılıb.

Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədrini Azərbaycana rəsmi səfərə dəvət edib. Ciorcia Meloni dəvəti məmnunluqla qəbul edib.



























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yurgen Klopp mövsümün sonunda "Real"a rəhbərlik edəcək

Yurgen Klopp mövsümün sonunda "Real"a rəhbərlik edəcək

Zabratda içməli su borusu partladı: Sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

Zabratda içməli su borusu partladı: Sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

Şeyx Əbdül Rasim Balayevdən DANIŞDI: “Nəşi axşam gətiriləcək…” - ÖZƏL

Şeyx Əbdül Rasim Balayevdən DANIŞDI: “Nəşi axşam gətiriləcək…” - ÖZƏL

Rasim Balayevlə vida mərasimi bu Teatrda keçiriləcək

Rasim Balayevlə vida mərasimi bu Teatrda keçiriləcək

Azərbaycan “Babək”ni itirdi... - VİDEO

Azərbaycan “Babək”ni itirdi... - VİDEO

Mirça Luçesku xəstəxanaya yerləşdirildi

Mirça Luçesku xəstəxanaya yerləşdirildi

Ən çox zərər çəkən qanunsuz tikilən gecəqondu evləridir - Rəsmi

Ən çox zərər çəkən qanunsuz tikilən gecəqondu evləridir - Rəsmi

Abşeronda yağışın yaratdığı fəsadlar belə aradan qaldırılır - FOTO

Abşeronda yağışın yaratdığı fəsadlar belə aradan qaldırılır - FOTO

Eldar Əzizov kommunal xidmətlərinin rəhbərlərini yanına ÇAĞIRDI

Eldar Əzizov kommunal xidmətlərinin rəhbərlərini yanına ÇAĞIRDI

Qayınanasının mənzilindən oğurluq etdi

Qayınanasının mənzilindən oğurluq etdi

Rasim Balayev Birinci Fəxri Xiyabanda dəfn olunacaq

Rasim Balayev Birinci Fəxri Xiyabanda dəfn olunacaq

“Sənətinə və şəxsiyyətinə heyran olduğum Rasim Balayev…” - FOTO

“Sənətinə və şəxsiyyətinə heyran olduğum Rasim Balayev…” - FOTO

Mədəniyyət Nazirliyindən Rasim Balayevin vəfatı ilə bağlı BAŞSAĞLIĞI - FOTO

Mədəniyyət Nazirliyindən Rasim Balayevin vəfatı ilə bağlı BAŞSAĞLIĞI - FOTO

“Yoxluğun dostların üçün sözlə ifadə olunmayan boşluqdur…” - VİDEO

“Yoxluğun dostların üçün sözlə ifadə olunmayan boşluqdur…” - VİDEO

Paşinyana hücumun arxasında kim dayanır? - FOTO

Paşinyana hücumun arxasında kim dayanır? - FOTO

Laçın məktəblilərinin bayram tətili gəzintisi - FOTO

Laçın məktəblilərinin bayram tətili gəzintisi - FOTO

"Eşref Rüya" ilə bağlı qərar verildi

"Eşref Rüya" ilə bağlı qərar verildi

Prezidentdən Cəmil Əliyevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cəmil Əliyevlə bağlı SƏRƏNCAM

MTRŞ-nın eks-aparat rəhbərinin villasını su apardı — FOTO

MTRŞ-nın eks-aparat rəhbərinin villasını su apardı — FOTO

Ukrayna işğal altındakı Krımda Rusiyanın üç iri hədəfini məhv etdi - VİDEO

Ukrayna işğal altındakı Krımda Rusiyanın üç iri hədəfini məhv etdi - VİDEO

Trampın İranla müharibəsi NATO-nu çökdürə bilər

Trampın İranla müharibəsi NATO-nu çökdürə bilər

Feldmarşal Paulusu əsir götürən hərbçi 102 yaşında vəfat etdi

Feldmarşal Paulusu əsir götürən hərbçi 102 yaşında vəfat etdi

Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək

Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək

Avtomobillərdən oğurluq edən şəxslər TUTULDU

Avtomobillərdən oğurluq edən şəxslər TUTULDU

End of content

No more pages to load

RADİO