Fransadan növbəti TƏXRİBAT – Makron hakimiyyəti qərəzli kampaniyasına DAVAM EDİR...

Fransa hökuməti Azərbaycanla münasibətlərə yeni rəng “qatır”. Amma bu rəng həddən artıq bayağı olduğu üçün ikrah doğurur. Çünki siyasətdə müxtəlif taktiki gedişlər olur, vəziyyətə uyğun bəzi korrektlər edilir. Lakin durub birdən-birə heç bir məntiqə sığmayan tələbi irəli sürmək gülüş doğurur.

Fransanın ikrah doğuran xəbərdarlığı
 

MÖVZU İLƏ BAĞLI:

Rəsmi Bakıdan Fransaya XƏBƏRDARLIQ: "Qarayaxma kampaniyasını dayandırmağı tələb edirik"


Məlum olduğu kimi, Fransa bütün vətəndaşlarına Azərbaycana səfər etməməklə bağlı xəbərdarlıq edib. Əslində bu xəbərdarlıq yox, bir təhdiddir. Bununla rəsmi Paris öz vətəndaşlarını Azərbaycana səfərdən çəkindirməyə çalışır. Bu həm də Fransa hakimiyyətinin Azərbaycana qarşı patoloji nifrətinin göstəricisidir. 

Son illərdə Azərbaycan qarşı apardığı siyasətin uğursuzluğa düçar olduğunu görən Makron diktaturası iki ölkə arasındakı münasibətləri küçə səviyyəsində həll etmək istəyir, xalqı Azərbaycana qarşı qaldırmağa çalışır. Bunun üçün də ən primitiv vasitələrə əl atılır. Məsələn, Fransanın Avropa və Xarici İşlər Nazirliyi iddia edir ki, Azərbaycana səfər edən istənilən Fransa vətəndaşı həbs edilə bilər.  

Nazirliyin yaydığı məlumatda qeyd edilir ki, həbs edilən hər hansı bir Fransa vətəndaşı bir sıra qanunsuzluğa məruz qala bilər. Məsələn, fransızlar Azərbaycanda səbəbsiz yerə bir neçə ay davam edə bilən həbsxana həyatı və yaxud ölkədən çıxış qadağası ilə üzləşə bilər.

Fransa Azərbaycana qarşı növbəti çirkin kampaniyaya başlayıb. 

Bu kampaniyanınsa mahiyyəti ondan ibarətdir ki, sadə fransızlarda Azərbaycana qarşı kin və nifrət oyadılsın. Burada başqa bir həssas məqam da var. Belə ki, son illər Fransanın müstəmləkəsi altında olan kiçik dövlətlərin Azərbaycanla sıx əlaqəsi yaranıb. Elə iki gün öncə Bakı Təşəbbüs Qrupu tərəfindən keçirilən konfransda Qəmər Adaları İttifaqının BMT-də, Cənubi Afrikada və digər regionlarda fəaliyyət göstərmiş səfirləri, “Maore Komitəsi”, “Üçüncü Yol Kollektivi (C3V)”, “Demokratik Cəbhə”, “Qəmər adalarının bütövlüyü və suverenliyinin müdafiəsi üzrə Kollektiv” təşkilatları işitrak edib. 

Hansı ki, bu ada dövlətləri uzun illərdir ki Fransanın müstəmləkəsi altındadır. Onilliklər boyu fransızlar bu adaların maddi-mənəvi sərvətlərini talayıb Avropaya daşıyırlar. 

Xatırladaq ki, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə 17-18 iyul tarixində Bakıda birinci qurultay keçirilmişdi. Bundan başqa Yeni Kaledoniyada baş verən hadisələrə Bakı Təşəbbüs Qrupu ilk gündən ciddi münasibət göstərib, bəyanatlarla çıxış edib. 

Beləcə, Azərbaycan son illər rəsmi Parisin və Yelisey saraydakıların əsl mahiyyətini sivilizasiya açıb göstərib. Təbii ki, bu da Fransa iqtidarını ciddi şəkildə narahat edir. Çünki Azərbaycanın apardığı siyasət Fransanın siyasi və iqtisadi maraqlarına böyük ölçüdə zərbə vurur. Azərbaycanın haqlı mübarizəsi qarşısında aciz qalan Makron və onun komandası da əlacsız qalıb, ən primitiv və gülüş doğuran yollara əl atırlar. 

Fransa daha nəyi planlaşdırır?

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddiaları təkcə fransızlara qarşı yox, həm də Avropa ölkələrinin vətəndaşlarına bir mesajdır. Eyni zamanda, Fransa müstəmləkəsi altında olan və Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq edən kiçik dövlətlərə bir xəbərdarlıqdır. Fransa hökuməti bu cür addımlarla ada dövlətlərinin sakinlərini həm də təhdid edir. Onları Azərbaycana səfərdən və bu ölkə ilə əməkdaşlıqdan çəkindirmək istəyirlər. 

Fransanın digər iddası ondan ibarətdir ki, Ermənistanla sərhəd rayonlarına, eləcə də keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin rayonlarına və keçmiş ona bitişik rayonlara səyahət edilməsin. Bu iddianın mahiyyəti isə ilk növbədə erməni təəssübkeşliyidir. Çünki Fransanın rəsmi dairələri Qarabağı avantürist ermənilər kimi Ermənistanın bir parçası hesab edir. Ona görə də həmin bölgəyə səfəri məqsədəuyğun hesab etmirlər. 

Bu mövzuda Fransanın rəsmi dairələri bir məsələdən də narahatdırlar ki, bu bölgəyə gedənlər aparılan böyük quruculuq, abadlıq işləri ilə əyani şəkildə tanış ola bilərlər. Nəticədə ermənilərin və rəsmi Parisinin apardığı saxta təbliğat iflasa uğrayar.

Azərbaycanda neçə Fransız həbs edilib?

Son 30 ildə Azərbaycanda hansısa fransızın saxlanması çox nadir hadisə olub. Rəsmi qaynaqlara istinadən deyə bilərik Fransa Respublikasının vətəndaşı Martin Rian ötən ilin 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (cəsusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Saxlanılan Martin Rian öz ifadəsində Azərbaycana qarşı casusluq etdiyini etiraf edib. Başqa bir hadisə isə bu ilin mart ayında olub. Beləki, Fransa vətəndaşı Klerk Teo Hüqonun Bakı metrosunda törətdiyi təxribat xarakterli əmələ görə saxlanılıb.

Bu iki həbsin də hüquqi əsası var. Saxlanılanlar öz əməllərini etiraf ediblər. Bu iki faktı bayraq edən Fransa hökuməti öz ölkəsində və müstəmləkəsi olan dövlətlərdə həyata keçirdiyi qanunsuz əməllərdənsə heç zaman danışmayıb. Üstəlik, Fransaya gələn miqrantlara qarşı göstərdikləri amansız münasibət, dini-irqi ayrıseçkilik halları barədə rəsmi Paris hər zaman susub.

Hər kəs bilir ki, Fransa hər zaman irqi ayrı seçkiliyin mərkəzi olub. Hər il yüzlərlə qeyri-fransız saxta ittihamlarla həbsə atılır. Onların tək günahı isə Fransaya gəlmələri olub. 

Bu hələ harasıdır. Qanuni yolla Fransaya gələn əcnəbilər addımbaşı müxtəlif bəhanələrlə saxlanılır, incidilir və hətta həbsə atılır. Elə Şengen ölkəsi ərazilərinə səyahət edənlərə qarşı tətbiq edilən yersiz qadağalar Yelisey Sarayındakılıarın əsl mahiyyətini göstərir. Ona görə də Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir hüquqi əsası yoxdur. Bu ancaq şər, böhtan kampaniyasının bir parçasıdır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vüqarın studiyasını su basdı - VİDEO

Vüqarın studiyasını su basdı - VİDEO

Yurgen Klopp mövsümün sonunda "Real"a rəhbərlik edəcək

Yurgen Klopp mövsümün sonunda "Real"a rəhbərlik edəcək

Zabratda içməli su borusu partladı: Sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

Zabratda içməli su borusu partladı: Sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

Şeyx Əbdül Rasim Balayevdən DANIŞDI: “Nəşi axşam gətiriləcək…” - ÖZƏL

Şeyx Əbdül Rasim Balayevdən DANIŞDI: “Nəşi axşam gətiriləcək…” - ÖZƏL

Rasim Balayevlə vida mərasimi bu Teatrda keçiriləcək

Rasim Balayevlə vida mərasimi bu Teatrda keçiriləcək

Azərbaycan “Babək”ni itirdi... - VİDEO

Azərbaycan “Babək”ni itirdi... - VİDEO

Mirça Luçesku xəstəxanaya yerləşdirildi

Mirça Luçesku xəstəxanaya yerləşdirildi

Ən çox zərər çəkən qanunsuz tikilən gecəqondu evləridir - Rəsmi

Ən çox zərər çəkən qanunsuz tikilən gecəqondu evləridir - Rəsmi

Abşeronda yağışın yaratdığı fəsadlar belə aradan qaldırılır - FOTO

Abşeronda yağışın yaratdığı fəsadlar belə aradan qaldırılır - FOTO

Eldar Əzizov kommunal xidmətlərinin rəhbərlərini yanına ÇAĞIRDI

Eldar Əzizov kommunal xidmətlərinin rəhbərlərini yanına ÇAĞIRDI

Qayınanasının mənzilindən oğurluq etdi

Qayınanasının mənzilindən oğurluq etdi

Rasim Balayev Birinci Fəxri Xiyabanda dəfn olunacaq

Rasim Balayev Birinci Fəxri Xiyabanda dəfn olunacaq

“Sənətinə və şəxsiyyətinə heyran olduğum Rasim Balayev…” - FOTO

“Sənətinə və şəxsiyyətinə heyran olduğum Rasim Balayev…” - FOTO

Mədəniyyət Nazirliyindən Rasim Balayevin vəfatı ilə bağlı BAŞSAĞLIĞI - FOTO

Mədəniyyət Nazirliyindən Rasim Balayevin vəfatı ilə bağlı BAŞSAĞLIĞI - FOTO

“Yoxluğun dostların üçün sözlə ifadə olunmayan boşluqdur…” - VİDEO

“Yoxluğun dostların üçün sözlə ifadə olunmayan boşluqdur…” - VİDEO

Paşinyana hücumun arxasında kim dayanır? - FOTO

Paşinyana hücumun arxasında kim dayanır? - FOTO

Laçın məktəblilərinin bayram tətili gəzintisi - FOTO

Laçın məktəblilərinin bayram tətili gəzintisi - FOTO

"Eşref Rüya" ilə bağlı qərar verildi

"Eşref Rüya" ilə bağlı qərar verildi

Prezidentdən Cəmil Əliyevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cəmil Əliyevlə bağlı SƏRƏNCAM

MTRŞ-nın eks-aparat rəhbərinin villasını su apardı — FOTO

MTRŞ-nın eks-aparat rəhbərinin villasını su apardı — FOTO

Ukrayna işğal altındakı Krımda Rusiyanın üç iri hədəfini məhv etdi - VİDEO

Ukrayna işğal altındakı Krımda Rusiyanın üç iri hədəfini məhv etdi - VİDEO

Trampın İranla müharibəsi NATO-nu çökdürə bilər

Trampın İranla müharibəsi NATO-nu çökdürə bilər

Feldmarşal Paulusu əsir götürən hərbçi 102 yaşında vəfat etdi

Feldmarşal Paulusu əsir götürən hərbçi 102 yaşında vəfat etdi

Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək

Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək

End of content

No more pages to load

RADİO