Ərdoğan Azərbaycan nümayəndə heyətini qəbul etdi - FOTO

Baş prokurorunun müavini Heydər Məmmədov və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Anar Nəsibovdan ibarət nümayəndə heyəti qardaş Türkiyənin Ankara şəhərində “2024-2025 Yeni Ədliyyə İli Açılış Tədbiri”ndə iştirak ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, mərasimdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ali Məhkəmənin sədri Ömer Kerkez, Baş prokuroru Muhsin Şentürk, digər hakim və prokurorlar iştirak ediblər. 

Tədbir çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan prokurorluğun nümayəndə heyətinin rəhbəri Heydər Məmmədovu və eyni zamanda tədbirdə iştirak edən Ali Məhkəmənin nümayəndə heyətinin rəhbəri, həmin məhkəmənin sədr müavini Çingiz Əsgərovu qəbul edib. 

Daha sonra prokurorluğun nümayəndə heyəti Türkiyə Baş prokuroru Muhsin Şentürk və Ali Məhkəmənin sədri Ömer Kerkezlə rəsmi görüşlər keçirib, ölkələrimiz arasında hüquqi əməkdaşlığın daha da inkişaf etdirilməsi, təcrübə mübadiləsinin intensivləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə dair faydalı fikir mübadiləsi aparılıb. 

Görüşlər zamanı 29 sentyabr – 2 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağı barədə həmkarlara məlumat verilib, tədbirə qatılacaq Türkiyə Respublikasının Baş prokuroru Muhsin Şentürklə konfrans barədə müzakirələr aparılıb.

Həmçinin noyabr ayında Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbirinin müstəsna tarixi əhəmiyyəti və həmin mötəbər tədbir çərçivəsində Baş Prokurorluq tərəfindən İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi mövzusunda yüksək səviyyəli plenar sessiyanın keçiriləcəyi barədə həmkarlara ətraflı məlumat verilib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

Hakan Fidan pakistanlı həmkarı ilə nəyi MÜZAKİRƏ ETDİ?

Hakan Fidan pakistanlı həmkarı ilə nəyi MÜZAKİRƏ ETDİ?

Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini İŞĞAL ETDİ

Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini İŞĞAL ETDİ

“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş - FOTO

Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş - FOTO

Avstraliyada səma qırmızıya boyandı - VİDEO

Avstraliyada səma qırmızıya boyandı - VİDEO

Avropadan gələn TREND – Bu kompüterlərə maraq ARTIR

Avropadan gələn TREND – Bu kompüterlərə maraq ARTIR

Vüqarın studiyasını su basdı - VİDEO

Vüqarın studiyasını su basdı - VİDEO

Yurgen Klopp mövsümün sonunda "Real"a rəhbərlik edəcək

Yurgen Klopp mövsümün sonunda "Real"a rəhbərlik edəcək

Zabratda içməli su borusu partladı: Sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

Zabratda içməli su borusu partladı: Sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

Şeyx Əbdül Rasim Balayevdən DANIŞDI: “Nəşi axşam gətiriləcək…” - ÖZƏL

Şeyx Əbdül Rasim Balayevdən DANIŞDI: “Nəşi axşam gətiriləcək…” - ÖZƏL

Rasim Balayevlə vida mərasimi bu Teatrda keçiriləcək

Rasim Balayevlə vida mərasimi bu Teatrda keçiriləcək

Azərbaycan “Babək”ni itirdi... - VİDEO

Azərbaycan “Babək”ni itirdi... - VİDEO

Mirça Luçesku xəstəxanaya yerləşdirildi

Mirça Luçesku xəstəxanaya yerləşdirildi

Ən çox zərər çəkən qanunsuz tikilən gecəqondu evləridir - Rəsmi

Ən çox zərər çəkən qanunsuz tikilən gecəqondu evləridir - Rəsmi

Abşeronda yağışın yaratdığı fəsadlar belə aradan qaldırılır - FOTO

Abşeronda yağışın yaratdığı fəsadlar belə aradan qaldırılır - FOTO

Eldar Əzizov kommunal xidmətlərinin rəhbərlərini yanına ÇAĞIRDI

Eldar Əzizov kommunal xidmətlərinin rəhbərlərini yanına ÇAĞIRDI

Qayınanasının mənzilindən oğurluq etdi

Qayınanasının mənzilindən oğurluq etdi

Rasim Balayev Birinci Fəxri Xiyabanda dəfn olunacaq

Rasim Balayev Birinci Fəxri Xiyabanda dəfn olunacaq

“Sənətinə və şəxsiyyətinə heyran olduğum Rasim Balayev…” - FOTO

“Sənətinə və şəxsiyyətinə heyran olduğum Rasim Balayev…” - FOTO

Mədəniyyət Nazirliyindən Rasim Balayevin vəfatı ilə bağlı BAŞSAĞLIĞI - FOTO

Mədəniyyət Nazirliyindən Rasim Balayevin vəfatı ilə bağlı BAŞSAĞLIĞI - FOTO

End of content

No more pages to load

RADİO