Prezident Kəlbəcərdə “İstisu” yarımstansiyasının açılışında - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsində “Azərişıq” ASC-nin 110/35/10 kV-luq “İstisu” yarımstansiyasının açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirilib ki, Kəlbəcər rayonunda təməli Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” sanatoriyasının və “İstisu” mineral su zavodunun elektrik təchizatı məqsədilə 110/35 kV-luq iki ədəd 40 MVA gücündə “İstisu” yarımstansiyası inşa edilib.

Bu yarımstansiya 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasından çəkilən 110 kV-luq ikidövrəli hava xətti vasitəsilə elektrik enerjisi ilə təmin edilir.

Yeni inşa edilən yarımstansiyanın 110/35/10 kV-luq “Qorçu” və “Laçın” yarımstansiyaları ilə əlaqələndirilməsi nəticəsində 110 kV-luq dairəvi elektrik təchizatı sxeminin yaradılmasına nail olunacaq.

Yarımstansiyada 110 kV-luq 40 MVA gücündə iki transformator, müasir standartlara cavab verən 110 və 35 kV-luq eleqaz açarlı yuvalar quraşdırılıb. Yarımstansiya avtomatlaşdırılmış SCADA dispetçer sisteminə qoşularaq, məsafədən idarəolunma telekommunikasiya qurğuları, müasir elektron tipli rele mühafizəsi və avtomatika sistemi ilə təchiz edilib.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Qeyd edək ki, gələcəkdə yarımstansiyadan 35 kV-luq özüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətlərin çəkilməsi ilə İstisu, Alagöllər, Zəylik, Zar və s. yaşayış məntəqələrinin elektrik təchizatının dayanıqlılığı təmin olunacaq.
 

Yarımstansiya bərpaolunan enerji mənbələrinin inteqrasiyası üçün müasir cihaz və avadanlıqlarla təchiz edilib. Burada növbətçi heyət üçün müvafiq otaqlar, idarəetmə və mühafizə otaqları inşa edilib, lazımi iş şəraiti yaradılıb.


Yarımstansiyanın ətrafı abadlaşdırılıb, ərazidə ağaclar əkilib, suvarma sistemi quraşdırılıb.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əməkdar artistə AĞIR İTKİ

Əməkdar artistə AĞIR İTKİ

İlham Əliyev Davosda “Vitol” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO

İlham Əliyev Davosda “Vitol” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO

Prezident UEFA-ya ETİRAZ ETDİ: “Birinci dəfə deyil...”

Prezident UEFA-ya ETİRAZ ETDİ: “Birinci dəfə deyil...”

İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ - FOTO

İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ - FOTO

Türkiyədə yenə ZƏLZƏLƏ OLDU

Türkiyədə yenə ZƏLZƏLƏ OLDU

"Qarabağ"ın futbolçusu "Ayntraxt"la oyunun ƏN YAXŞISI seçildi

"Qarabağ"ın futbolçusu "Ayntraxt"la oyunun ƏN YAXŞISI seçildi

Sumqayıtda minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO/VİDEO

Sumqayıtda minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO/VİDEO

AFFA prezidenti "Qarabağ"ı təbrik etdi - FOTO

AFFA prezidenti "Qarabağ"ı təbrik etdi - FOTO

Qurban Qurbanov: “Bu gün əsl böyük futbol nümayiş olundu” - VİDEO

Qurban Qurbanov: “Bu gün əsl böyük futbol nümayiş olundu” - VİDEO

Pəhriz proqramları ilə bağlı ÇAĞIRIŞ

Pəhriz proqramları ilə bağlı ÇAĞIRIŞ

Tarixi QƏLƏBƏ: “Qarabağ” “Ayntraxt”a qalib gəldi - VİDEO

Tarixi QƏLƏBƏ: “Qarabağ” “Ayntraxt”a qalib gəldi - VİDEO

İrandakı nümayişlərdə ölənlərin sayı 3 min nəfəri keçdi

İrandakı nümayişlərdə ölənlərin sayı 3 min nəfəri keçdi

"Qarabağ" hesabı bərabərləşdirdi - VİDEO

"Qarabağ" hesabı bərabərləşdirdi - VİDEO

“Qarabağ” - “Ayntraxt” matçında ciddi problem YARANDI

“Qarabağ” - “Ayntraxt” matçında ciddi problem YARANDI

Latviya Olimpiya Oyunlarında rusiyalı idmançıların çıxışlarını nümayiş etdirməyəcək

Latviya Olimpiya Oyunlarında rusiyalı idmançıların çıxışlarını nümayiş etdirməyəcək

Naxçıvanın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Naxçıvanın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Yasamalda çoxmərtəbəli binada YANĞIN OLDU

Yasamalda çoxmərtəbəli binada YANĞIN OLDU

“Qarabağ” - “Ayntraxt”matçının ikinci hissəsi BAŞLADI/YENİLƏNİB

“Qarabağ” - “Ayntraxt”matçının ikinci hissəsi BAŞLADI/YENİLƏNİB

Bakıda motosikletlə minik avtomobili toqquşdu, 1 nəfər ağır yaralandı - FOTO

Bakıda motosikletlə minik avtomobili toqquşdu, 1 nəfər ağır yaralandı - FOTO

Bakı Metropoliteni “Dayanıqlılıq Hesabatı”nı TƏQDİM ETDİ

Bakı Metropoliteni “Dayanıqlılıq Hesabatı”nı TƏQDİM ETDİ

İlham Əliyev Davosda Marta Kosla görüşüb - FOTO/VİDEO

İlham Əliyev Davosda Marta Kosla görüşüb - FOTO/VİDEO

Vüsalənin yerinə o, gəldi - FOTO

Vüsalənin yerinə o, gəldi - FOTO

İlham Əliyev Ümumdünya İqtisadi Forumu çərçivəsində panel iclasda iştirak edib - FOTO/VİDEO

İlham Əliyev Ümumdünya İqtisadi Forumu çərçivəsində panel iclasda iştirak edib - FOTO/VİDEO

“Ayntraxt” hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

“Ayntraxt” hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

End of content

No more pages to load

RADİO