İlham Əliyev Kəlbəcərdə “Zar” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunda “Azərenerji” ASC-nin 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyasının (KSES-in) açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” KSES-in açılışını edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verilib.

Bildirildi ki, Kiçik Qafqaz dağ silsiləsindəki bulaqlar, ərinti suları da daxil olmaqla mənbəyi Azərbaycan ərazisində formalaşan çaylar üzərində “yaşıl enerji” istehsal edəcək su elektrik stansiyalarının yaradılması prosesi sistemli şəkildə davam edir.

Cari ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğu və COP29-a ev sahibliyi edəcək Azərbaycanın Kəlbəcər rayonunda “AzərEnerji” ASC tərəfindən 4,3 meqavat gücündə “Zar”, Göygöl rayonunda isə 4,1 meqavat gücündə "Toğanalı" Kiçik Su Elektrik stansiyaları cəmi bir il ərzində tikilib. İnnovativ mühəndislik işi sayılan bu stansiyaların maşın zallarında Avropa istehsalı olan turbin, generator və məsafədən idarəetmə üçün rəqəmsal avadanlıqlar quraşdırılıb. Stansiyalar 24 damarlı fiberoptik kabel xətləri ilə ölkənin mərkəzləşmiş optik kabel şəbəkəsinə və SCADA sisteminə inteqrasiya olunub.

Bu elektrik stansiyalarını su ilə təchiz etmək üçün “AzərEnerji” tərəfindən Zar və Kürəkçay çaylarının üzərində ekoloji normalar daxilində baş suqəbuledici qurğular inşa edilib.

Bu məqsədlə, çaylarda yaşayan canlıların, ümumilikdə flora və faunanın qorunmasını təmin etmək üçün xüsusi hidrotexniki qurğular tikilib.

Ümumilikdə hər iki stansiya üçün çətin relyefdə 14 min metr derivasiya boruları çəkilib və çay ekosisteminin qorunmasına xüsusi önəm verilib.

“Zar” və “Toğanalı” KSES-lərdə ümumilikdə 25 milyon kilovat-saatadək “yaşıl” enerjinin istehsal olunması nəzərdə tutulur ki, bu da 5,5 milyon kubmetr təbii qaza qənaət edilməsi, 10 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir.

Sonra “Zar” və “Toğanalı” KSES-lərin tikintisindən və yaradılan şəraitdən bəhs edən videoçarx nümayiş olunub.

Prezident İlham Əliyev stansiyaları işə salıb.

Qeyd edək ki, “Zar” və “Toğanalı” stansiyalarının istismara verilməsi enerjisistemdə “yaşıl” enerjinin davamlı artırılması missiyasına töhfə olmaqla yanaşı, ekoloji davamlılıq məqsədinə çatma yolunda mühüm əhəmiyyətə malikdir.

Qarabağ və Şərqi Zəngəzur bölgələrinin ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı regionlara çevrilməsi, “yaşıl” enerji istehsalının tam şəkildə təmin edilməsi və artıq qalan enerjinin ölkə enerjisisteminə ötürülməsi Azərbaycanın regional enerji müstəqilliyini gücləndirir və ətraf mühitin qorunmasına müsbət təsir göstərir.

Bu, həm də ölkənin enerji istehsalında dayanıqlılıq və ekoloji davamlılıq məqsədinə çatma yolunda mühüm bir addımdır.

Eyni zamanda, diqqətə çatdırıldı ki, Prezident İlham Əliyevin işğaldan azad edilən əraziləri “yaşıl” enerji zonasına çevirmək, regionun hidroenerji potensialından səmərəli istifadə etmək barədə tapşırıqlarına əsasən “Azərenerji” ASC tərəfindən ümumi gücü 37,5 MVt olan 6 kiçik su elektrik stansiyasının tikintisi üzrə işlərə başlanılıb. Bu su elektrik stansiyalarının 2025-ci ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulur.

Həmin stansiyalarda ümumilikdə 110 milyon kVts-dan çox elektrik enerjisi istehsal ediləcək ki, nəticədə 24 milyon kubmetrdən çox təbii qaza qənaət olunacaq, həmçinin 44 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

Bildirildi ki, Qarabağ və Şərqi Zəngəzurda indiyədək ümumi gücü 270 MVt olan 32 su elektrik stansiyası istismara verilib və bu günədək 492 milyon kilovat-saat sıfır emissiyalı elektrik enerjisi istehsal edilib.

Bununla da 110 milyon kubmetr təbii qaza qənaət olunub, 200 min ton karbon emissiyasının atmosferə atılmasının qarşısı alınıb. 
 

Qeyd edək ki, regiondakı SES-lərin qoyuluş gücü 500 MVt-a, illik istehsal həcmi isə 1,5-1,8 milyard kilovat-saata çatacağı, bununla da 350-400 milyon kubmetr təbii qaza qənaət edilməsi, 650-750 min ton həcmində karbon dioksid emissiyasının azalması proqnozlaşdırılır.


Müqayisə üçün bildirək ki, Azərbaycanın digər regionlarında SES-lərin illik istehsalı ortalama 1,2 milyard kilovat-saat təşkil edirsə, Qarabağ və Şərqi Zəngəzurda bu həcm 50 faiz daha çoxdur.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Valideynlərimdən üzr istəyirəm" - Saçlarını boyadı

"Valideynlərimdən üzr istəyirəm" - Saçlarını boyadı

Bu il 1218 nəfər sosial adaptasiya məqsədilə məşğulluq tədbirlərinə CƏLD EDİLDİ

Bu il 1218 nəfər sosial adaptasiya məqsədilə məşğulluq tədbirlərinə CƏLD EDİLDİ

"Mançester Siti" liderliyə yüksəldi

"Mançester Siti" liderliyə yüksəldi

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? - Həkim AÇIQLADI

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? - Həkim AÇIQLADI

“ABŞ Kamboca və Taylandın atəşkəsə nail olmasını alqışlayır” - Rubio

“ABŞ Kamboca və Taylandın atəşkəsə nail olmasını alqışlayır” - Rubio

Pezeşkian: “İran Qərb və İsraillə tammiqyaslı müharibə vəziyyətindədir”

Pezeşkian: “İran Qərb və İsraillə tammiqyaslı müharibə vəziyyətindədir”

Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşasını izlədilər - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşasını izlədilər - FOTO

Kürdəmirdə yeni il hazırlıqları başa çatıb - VİDEO

Kürdəmirdə yeni il hazırlıqları başa çatıb - VİDEO

Bellinqem üçün sərvət ödəməyə HAZIRDIRLAR

Bellinqem üçün sərvət ödəməyə HAZIRDIRLAR

Hacıkənddə yolun buz bağlaması qəzaya səbəb oldu

Hacıkənddə yolun buz bağlaması qəzaya səbəb oldu

Şeremetyevo və Vnukovo aeroportlarında məhdudiyyətlər TƏTBİQ EDİLİB

Şeremetyevo və Vnukovo aeroportlarında məhdudiyyətlər TƏTBİQ EDİLİB

Qərb bölgəsində hava kəskin DƏYİŞDİ: Dağlıq ərazilərdə güclü qar yağır - FOTO/VİDEO

Qərb bölgəsində hava kəskin DƏYİŞDİ: Dağlıq ərazilərdə güclü qar yağır - FOTO/VİDEO

Zelenski: “Ukraynanın bərpası üçün 700–800 milyard dollar lazımdır”

Zelenski: “Ukraynanın bərpası üçün 700–800 milyard dollar lazımdır”

Orxan xanımına qurduğu biznesdən DANIŞDI: “Gözləyirdi ki, acından ölməliydik…” - VİDEO

Orxan xanımına qurduğu biznesdən DANIŞDI: “Gözləyirdi ki, acından ölməliydik…” - VİDEO

Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ - FOTO

Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ - FOTO

"Real" hələ də ideal əvəzləyicini TAPA BİLMİR

"Real" hələ də ideal əvəzləyicini TAPA BİLMİR

Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdilər - FOTO

Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdilər - FOTO

Putin HƏDƏLƏDİ: “ Kiyev bütün məsələləri sülh yolu ilə həll etmək istəmirsə…” - VİDEO

Putin HƏDƏLƏDİ: “ Kiyev bütün məsələləri sülh yolu ilə həll etmək istəmirsə…” - VİDEO

"Başımı bağlamağımı istəsə, onu da edərəm"

"Başımı bağlamağımı istəsə, onu da edərəm"

Putin: “Rusiya Kiyev hakimiyyətinin başladığı müharibəni bitirməyə çalışır”

Putin: “Rusiya Kiyev hakimiyyətinin başladığı müharibəni bitirməyə çalışır”

Ronaldo dubl etdi, komandası qələbə seriyasını QORUDU

Ronaldo dubl etdi, komandası qələbə seriyasını QORUDU

Pensiya yaşı dəyişəcək - Bu tarixdən...

Pensiya yaşı dəyişəcək - Bu tarixdən...

"Nəvəmin şəklini paylaşıb özümə izləyici yığacağam" - VİDEO

"Nəvəmin şəklini paylaşıb özümə izləyici yığacağam" - VİDEO

Tayvan sahillərində güclü zəlzələ BAŞ VERDİ - VİDEO

Tayvan sahillərində güclü zəlzələ BAŞ VERDİ - VİDEO

End of content

No more pages to load

RADİO