Prezident və Birinci xanım Kəlbəcərdəki Xudavəng monastır kompleksində - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Xudavəng monastır kompleksində olublar.

Bizim.Media xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına və birinci xanıma abidə haqqında məlumat verib.

Bildirildi ki, dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng məbədi 1992-2020-ci illərdə ermənilərin təcavüzünə məruz qalıb. İşğal dövründə erməni apostol kilsəsinin dəstəyi və Ermənistan dövlətinin vəsaiti hesabına monastırda “bərpa” adı altında qanunsuz işlər görülüb.

Arzu xatun, Böyük Həsən kilsələri və kompleksə daxil olan digər tikililər üzərində saxtalaşdırma əlamətləri olan əlavələr edib, abidələrin bir çox hissələrini vandalizmə məruz qoyublar.

Torpaqlarımız işğaldan azad ediləndən sonra monastırda qalan erməni keşiş və rahiblər abidələrdəki qədim freskaları xarici mütəxəssislərin iştirakı ilə xüsusi üsulla kəsib götürüb, qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisindən çıxarıblar.

Xudavəng monastır kompleksinin zəng qülləsində yanaşı qoyulmuş bir-birinin üstündə iki dairəvi xonça və həyat ağacı şəklində xaç kompozisiyalı xaçdaşlar və kitabələr də işğal dövründə sökülərək talan edilib.

Qeyd olundu ki, 2020-ci ilin dekabr ayında İrəvanda keçirilən sərgidə Xudavəng monastır kompleksindən oğurlanmış zəng, daş kitabələr, freskalar, xalçalar və Azərbaycan Respublikasına məxsus digər mədəni irs nümunələri qanunsuz olaraq nümayiş etdirilib. Daha sonra qanunsuz olaraq “VII-XIII əsrlərdə erməni xristian kilsələrində freskalar” adı altında İtaliyanın Padua şəhərində açılmış sərgidə Xudavəng monastırının freskaları "erməni ənənəvi incəsənət nümunələri" kimi təqdim olunub. Həmin sərgi İtaliyanın bir neçə şəhərində də təşkil edilib.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Göyçay çayından sel keçir - FOTO

Göyçay çayından sel keçir - FOTO

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

Hakan Fidan pakistanlı həmkarı ilə nəyi MÜZAKİRƏ ETDİ?

Hakan Fidan pakistanlı həmkarı ilə nəyi MÜZAKİRƏ ETDİ?

Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini İŞĞAL ETDİ

Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini İŞĞAL ETDİ

“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş - FOTO

Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş - FOTO

Avstraliyada səma qırmızıya boyandı - VİDEO

Avstraliyada səma qırmızıya boyandı - VİDEO

Avropadan gələn TREND – Bu kompüterlərə maraq ARTIR

Avropadan gələn TREND – Bu kompüterlərə maraq ARTIR

Vüqarın studiyasını su basdı - VİDEO

Vüqarın studiyasını su basdı - VİDEO

Yurgen Klopp mövsümün sonunda "Real"a rəhbərlik edəcək

Yurgen Klopp mövsümün sonunda "Real"a rəhbərlik edəcək

Zabratda içməli su borusu partladı: Sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

Zabratda içməli su borusu partladı: Sakinlər çıxılmaz vəziyyətdə - VİDEO

Şeyx Əbdül Rasim Balayevdən DANIŞDI: “Nəşi axşam gətiriləcək…” - ÖZƏL

Şeyx Əbdül Rasim Balayevdən DANIŞDI: “Nəşi axşam gətiriləcək…” - ÖZƏL

Rasim Balayevlə vida mərasimi bu Teatrda keçiriləcək

Rasim Balayevlə vida mərasimi bu Teatrda keçiriləcək

Azərbaycan “Babək”ni itirdi... - VİDEO

Azərbaycan “Babək”ni itirdi... - VİDEO

Mirça Luçesku xəstəxanaya yerləşdirildi

Mirça Luçesku xəstəxanaya yerləşdirildi

Ən çox zərər çəkən qanunsuz tikilən gecəqondu evləridir - Rəsmi

Ən çox zərər çəkən qanunsuz tikilən gecəqondu evləridir - Rəsmi

End of content

No more pages to load

RADİO