Prezident Serbiyanın xarici işlər nazirini qəbul etdi – FOTO

Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçi qəbul edib.

Bizim.Media xəbər verir ki, Serbiyanın xarici işlər naziri Prezident Aleksandar Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırıb.

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı uğurlar arzulayan Marko Curiç Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətləri məmnunluqla qeyd edib.

Serbiyanın xarici işlər naziri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, ölkəmizin qlobal müstəvidə yeni tərəfdaşlıq şəbəkələri və münasibətləri qurduğunu vurğulayıb.

Prezident İlham Əliyev Aleksandar Vuçiçin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Serbiya Prezidentinə çatdırmağı xahiş edib.

Prezident Vuçiçlə həm Azərbaycanda, həm də Serbiyada görüşlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı vurğulayıb ki, onun Serbiya Prezidenti ilə olan dostluq və tərəfdaşlıq əlaqələri ikitərəfli münasibətlərimizin inkişafına ciddi təkan verir.

Serbiyanın Azərbaycanın dostu və strateji tərəfdaşı olduğunu, ölkələrimiz və xalqlarımız arasında səmimi münasibətlərin qurulduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, bunlar əməkdaşlığın bütün sahələrdə inkişafında özünü göstərir. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanla Serbiya arasında dostluq əlaqələri təkcə ikitərəfli münasibətlər baxımından deyil, eyni zamanda, regional müstəvidə Balkan və Qafqaz regionları arasında əməkdaşlığın inkişafına təkan verilməsi baxımından çox vacib xarakter daşıyır.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan öz suverenliyinin və ərazi bütövlüyünün təmin olunması prosesində ikili standartlar, ədalətsizlik, beynəlxalq hüququn norma və prinsiplərinə zidd yanaşmalarla üzləşib. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan öz iradəsi ilə ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin edib.

Görüşdə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu. Azərbaycanın enerji resurslarının digər Avropa ölkələrinə, o cümlədən Balkan ölkələrinə ixracında Serbiyanın artıq tranzit rolunu oynadığı qeyd edilib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində prinsipial yanaşmaları bir daha vurğulanıb.

Söhbət zamanı əməkdaşlığın müxtəlif sahələrinə dair fikir mübadiləsi aparılıb.
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiyanız yenidən hesablana bilər - QAYDASI BELƏDİR

Pensiyanız yenidən hesablana bilər - QAYDASI BELƏDİR

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Hamı bu VİDEODAN danışır

Hamı bu VİDEODAN danışır

Röya Aygünün mahnısını oxuyacaq

Röya Aygünün mahnısını oxuyacaq

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Bu ərazidə 3 gündür istilik yoxdur

Bu ərazidə 3 gündür istilik yoxdur

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Göyçay çayından sel keçir - FOTO

Göyçay çayından sel keçir - FOTO

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

Hakan Fidan pakistanlı həmkarı ilə nəyi MÜZAKİRƏ ETDİ?

Hakan Fidan pakistanlı həmkarı ilə nəyi MÜZAKİRƏ ETDİ?

Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini İŞĞAL ETDİ

Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini İŞĞAL ETDİ

“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş - FOTO

Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş - FOTO

End of content

No more pages to load

RADİO