Mayın 13-də Rüstəm Muradovun vaxtı bitir – Rus generalı 6 ayda nə edib? 

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov geri çağırıla bilər.

Bizim.Media xəbər verir ki, bir az əvvəl bu haqda Ermənistanın “Joğovurd” qəzeti də yazıb və nəşr bildirib ki, onun yerinə başqa generalın təyinat alması ehtimalı var.

Razılaşmaya əsasən, Rusiya tərəfi 6 aylıq müddət bitdikdən sonra sülhməramlı kontingentin komandirini dəyişə bilər. 

Bu razılaşma 44 günlük müharibəni yekunlaşdıran, noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən formalaşıb. 

Rusiyalı hərbi ekspert Vladimir Yevseyev isə komandirin rotasiyasının mütləq şərt olmadığını və Muradovun xidmətini davam etdirə biləcəyini qeyd edib.

Rusiyanın Milli Qəhrəmanı olan Rüstəm Muradov kimdir?

Rüstəm Muradov Dağıstan doğumludur və milliyətcə tabasarandır. İki Çeçenistan müharibəsi görüb. 2000-ci ildə döyüşlərdə yaralanıb və bir nəfər belə itki vermədiyi üçün fəxr edir. 2016-cı ildə Rusiyanın Donbass məsələləri üzrə nümayəndəsi olub. Həmin il martın 5-də 20 dəqiqəlik atışmaya düşsə də, sağ qalıb. 2017-ci ildə Rusiyanın Suriyadakı hərbi məsləhətçisi olub. Əs-Sühnədən Deyr-Əz-Zora qədər döyüşlərdə iştirak edib. 2020-ci ildən general-polkovnikdir və iş istiqamətini Qarabağdakı sülhməramlı missiyaya dəyişib. Dini mənsubiyyəti islama bağlıdır... 

Rüstəm Muradov 6 ayda nə edib? 

Rusiya Qarabağa missiya göndərib və sülhməramlıların qanuni vəzifəsi oradakı erməniləri Azərbaycana reinteqrasiya etməkdir. Sənədlə missiyanın yerinə yetirməli olduğu tapşırıqlar “Artsax” kimi qanunsuz rejimlərin ləğvi, cinayətkarların məsuliyyətə cəlb olunması, yaxud da separatçıların tərkisilahıdır. 

Rüstəm Muradovun tabeliyində olan missiyanın üzvləri 6 ay ərzində minimum 60 dəfə səlahiyyətdən kənar addımlarla yadda qalıblar. Onlar tez-tez neytrallığı pozub, ermənilərə daha mehriban davranıblar. Bu mehribançılığın sübutu kimi Qarabağa məskunlaşdırılmış bəzi erməni qızların rus əsgərlərdən hamilə qalmasını göstərmək olar. Belə hadisələr ermənilərin “seks diplomatiyası” ilə də bağlıdır.

Bununla yanaşı, 6 ay ərzində Qarabağdakı rus əsgərlərinin ermənilərin sağlığına şərab içməsi, işğalçılara aid terror günlərində onlarla birgə belə “təqvim”lərə sevinməklərini də qeyd etməliyik.

Rüstəm Muradovun və sülhməramlıların gözünün önündə ermənilər Putinin düşmən adlandırdığı Njdeyə abidə ucaldıb.

Azərbaycanda rus sülhməramlılarına narazılıq doğuran xəbərlərdən biri də missiyanın Şuşada hərbi şəhərcik inşa etmək istəyi idi. Yaxud onların Xankəndində parad etməsi də azərbaycanlılar tərəfindən xoş qarşılanmadı. Həmçinin Xocalıda minlərlə erməni silahlının saxlanılması da camaatda “Rüstəm Muradov ikrahı”, “sülhməramlı nifrəti” yaradıb.

Sülhməramlıların fəaliyyətsiz fəaliyyətinə Baydenin məlum ifadəsindən sonra ermənilərin Xankəndində “Artsax” sədaları ilə yürüş etməsi, Araik Arutyunyanla Muradovun qucaqlaşmaqlarını, qondarma rejimin hələ də çalışdığını göstərmək olar. Digər tərəfdən Xankəndində Azərbaycan bayrağının təhqir olunmasına icazənin verilməsi də Rüstəm Muradovun üzərinə düşür.

Sülhməramlılar Qarabağa qeydiyyatı olmayan erməniləri yerləşdirir və infrastruktur qururlar. Rusların missiyası ilk altı ayını ermənilərin Azərbaycan torpaqlarında məcburi möhkəmlənməsinə sərf edib.

Sadə vətəndaşlar “sülhməramlı general” haqda nə düşünür?

Azərbaycanda rusiyalı generala ilk dövrlərdə böyük rəğbət olsa da getdikcə bu mansibət dəyişdi. Rüstəm Muradov adı çoxlarının qulağına doğma səslənirdi, məhz Rusiya tərəfindən bir müsəlman hərbçinin təyinatı da düzgün, balanslaşdırılımış siyasət kimi anlaşılmışdı. Rüstəm Muradovun sonrakı davranışları azərbaycanlıları məyus etdi. Tarix bir daha sübut etdi ki, rusiyalı generalın hansı ad-soyadda, dini mənsubiyyətdə olmasından asılı olmayaraq, bir missiyası mövcuddur... 

İndi sosial şəbəkələrdə, hətta gündəlik həyatdakı əksər dialoqlarda Rüstəm Muradov o qədər də arzu olunan şəxs kimi xarakterizə olunmur. Azərbaycanın millət vəkilləri, partiya sədrləri, politoloq və jurnalistlər də ara-sıra sülhməramlıların Qarabağdakı fəaliyyətini qınaq obyektinə çevirirlər. 

Azərbaycan Rüstəm Muradovu dəyişdirmək tələbi qoya bilərmi?

Hərbi ekspertlərin fikrincə və beynəlxalq hüququn müddəalarına görə Bakı Rüstəm Muradovun dəyişdirilməsi tələbi ilə çıxış edə bilər. Lakin yenə də sülhməramlı kontingentin rəhbərini Rusiya təyin edəcək. Yəni bu, elə də böyük məna yükü daşımır və ciddi dəyişiklik baş verməyəcək.
Həmçinin o da qeyd olunmalıdır ki, sülhməramlıların üçtərəfli razılaşma əsasında fəaliyyət göstərdiyi üçün istənilən islahatlarda İrəvanın da mövqeyi nəzərə alınmalıdır.

Amma dəqiq olan bir şey var! Bakı hər bir sülhməramlıya, başda generalları olmaqla, irad bildirə bilər, çünki onların xidməti Azərbaycan ərazisindədir.

Anar Rəhimov. Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çempionlar Liqasının pley-off mərhələsi: “Real” qələbə qazandı – VİDEO

Çempionlar Liqasının pley-off mərhələsi: “Real” qələbə qazandı – VİDEO

Əlliliyin qiymətləndirilməsində YENİLİK – Süni intellekt necə TƏTBİQ OLUNACAQ?

Əlliliyin qiymətləndirilməsində YENİLİK – Süni intellekt necə TƏTBİQ OLUNACAQ?

Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi - AÇIQLAMA

Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi - AÇIQLAMA

Universitetlərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ – Martın 5-dək...

Universitetlərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ – Martın 5-dək...

Şəkidə 33 mindən çox abonent qazsız qalacaq

Şəkidə 33 mindən çox abonent qazsız qalacaq

28 yaşlı kişi BIÇAQLANDI

28 yaşlı kişi BIÇAQLANDI

BİZİM TƏQVİM:18 fevral tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM:18 fevral tarixində baş vermiş mühüm hadisələr

"Qarabağ" qeyri-adi komandadır" - "Nyukasl"ın futbolçusu

"Qarabağ" qeyri-adi komandadır" - "Nyukasl"ın futbolçusu

Hacıqabulda iki avtomobil toqquşdu, sürücü öldü

Hacıqabulda iki avtomobil toqquşdu, sürücü öldü

“Yerin təki haqqında” Qanunda dəyişiklik edilir - VİDEO

“Yerin təki haqqında” Qanunda dəyişiklik edilir - VİDEO

Keyn bu göstəricidə Ronaldonu geridə qoydu

Keyn bu göstəricidə Ronaldonu geridə qoydu

Səhər yeməyində tez-tez edilən bu səhv sağlamlığa ZƏRƏR VERİR

Səhər yeməyində tez-tez edilən bu səhv sağlamlığa ZƏRƏR VERİR

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

Gəncədə ağır qəza - Xəsarət alanlar var

Gəncədə ağır qəza - Xəsarət alanlar var

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

"Buna görə Novruz bayramında sevinmirəm"

"Buna görə Novruz bayramında sevinmirəm"

End of content

No more pages to load

RADİO