Prezident Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul etdi – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. 

Bizim.Media xəbər verir ki, qəbula görə dövlətimizin başçısına təşəkkürünü bildirən Şamil Ayrım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib. 

Qonaq Türkiyə Böyük Millət Məclisinin ölkəmizdə keçiriləcək parlament seçkilərində böyük heyəti ilə müşahidəçi statusunda iştirak edəcəyini bildirib. Bu seçkilərin Azərbaycanın bütün ərazisində keçirilən ilk parlament seçkiləri olmasının önəminə toxunan Şamil Ayrım suverenliyimizin və ərazi bütövlüyümüzün tam təmin edilməsinin əhəmiyyətini vurğulayıb. 

O, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə təşkilata üzv ölkələrin başçıları ilə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin bir masada olmasına və Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. 

Şamil Ayrım vurğulayıb ki, Azərbaycan və Türkiyə prezidentlərinin qardaşlığı və dostluğu ölkələrimiz arasında münasibətlərin yol xəritəsini müəyyənləşdirir. Azərbaycanın inkişafının və əldə etdiyi nailiyyətlərin Türkiyədə böyük qürur hissi doğurduğunu deyən qonaq ölkəmizin Qafqazın parlayan ulduzu olduğunu vurğulayıb. 
 

Beynəlxalq münasibətlərdə Azərbaycanın artan roluna toxunan Şamil Ayrım bir sıra beynəlxalq təsisatlarda, xüsusilə də Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətimizə qarşı haqsızlığı və ədalətsizliyi qeyd edib. 


Şamil Ayrım regionda davamlı sülhün təmin olunması istiqamətində Azərbaycanın atdığı addımları dəstəklədiklərini diqqətə çatdırıb. 

Azərbaycanda keçiriləcək COP29-a hazırlıq işlərinin çox mükəmməl şəkildə aparıldığını vurğulayan qonaq bu beynəlxalq tədbirlə bağlı ölkəmizə uğurlar arzulayıb. 

Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı ölkələrimizin daim bir-birinin yanında olduqlarını qeyd edib. 

Prezident İlham Əliyev regional vəziyyətə toxunaraq deyib ki, Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır. Dövlət başçısı vurğulayıb ki, bunun üçün özünün artıq dəfələrlə qeyd etdiyi kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və Konstitusiya dəyişdirilməlidir.

Azərbaycan Prezidenti vurğulayıb ki, artıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir. Dövlət başçısı Minsk qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyinin heç bir halda başadüşülən olmadığını deyib.

Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac var?! Dövlət başçısı deyib ki, görünür, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir. 

Bir sıra Qərb təsisatlarında anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı haqsız və ədalətsiz münasibətinə toxunan dövlətimizin başçısı vurğulayıb ki, Avropa Şurası Parlament Assambleyasında bizim əleyhimizə olan mövqe bilavasitə öz ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyimizlə əlaqədardır. 
 

Prezident İlham Əliyev Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə davamlı şəkildə dəstək göstərdiyini qeyd edib, Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə Şimali Kipr Türk Cümhuriyyətinin də iştirak etməsinin önəminə toxunub. 


Görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvləri çıxış edərək, ölkələrimizin daim bir-birinin yanında olduqlarını, Azərbaycanın gücünün Türkiyənin, Türkiyənin gücünün isə Azərbaycanın gücü olduğunu vurğulayıblar, Azərbaycan-Türkiyə qardaşlığının əhəmiyyətini qeyd ediblər. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BƏƏ iranlıların yaşayış icazələrini ləğv etdi - Aktivlərini blokladı

BƏƏ iranlıların yaşayış icazələrini ləğv etdi - Aktivlərini blokladı

“Qarabağ” xanım azarkeşləri üçün girişi pulsuz etdi

“Qarabağ” xanım azarkeşləri üçün girişi pulsuz etdi

Laçında kanat yolu istifadəyə verilir - FOTO - VİDEO

Laçında kanat yolu istifadəyə verilir - FOTO - VİDEO

Masazırda əsas yolun bir hissəsi uçdu - VİDEO

Masazırda əsas yolun bir hissəsi uçdu - VİDEO

Universitetlər paytaxtdan çıxarılır - VİDEO

Universitetlər paytaxtdan çıxarılır - VİDEO

Pensiyanız yenidən hesablana bilər - QAYDASI BELƏDİR

Pensiyanız yenidən hesablana bilər - QAYDASI BELƏDİR

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Hamı bu VİDEODAN danışır

Hamı bu VİDEODAN danışır

Röya Aygünün mahnısını oxuyacaq

Röya Aygünün mahnısını oxuyacaq

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Bu ərazidə 3 gündür istilik yoxdur

Bu ərazidə 3 gündür istilik yoxdur

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Göyçay çayından sel keçir - FOTO

Göyçay çayından sel keçir - FOTO

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

End of content

No more pages to load

RADİO