Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan parataekvondoçusu Sabir Zeynalovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında medal qazanması ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, Birinci xanım paylaşımı rəsmi “Instagram” hesabında edib.
“Parataekvondoçu Sabir Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırdı! Bürünc mükafatçını səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”, - deyə paylaşımda qeyd edilib.

Bizim.Media