Leyla Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüb - FOTO/

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva avqustun 29-da Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Leyla Əliyeva görüşdə gənc arıçılarla səmimi söhbətlər edib, onların fəaliyyəti ilə maraqlanıb, arıçılıq sahəsindəki ilk təcrübələri və məhsuldarlıqla bağlı təəssüratlarını dinləyib.

Öz növbəsində, gənc arıçılar Leyla Əliyevaya göstərdiyi diqqət və dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Onlar süzdükləri ilk balı xüsusi qablaşdırmada Leyla Əliyevaya hədiyyə ediblər.

Qeyd edək ki, 2021-ci ildən başlayaraq IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsinin növbəti mərhələsi çərçivəsində Qəbələ rayonunda 20 gənc arıçı dəstəklənib və onlar artıq öz ilk məhsullarını əldə etməyə başlayıblar.

Məqsədi biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi yayılmasını təşviq etmək, təbii bal istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahını yaxşılaşdırmaq olan layihə çərçivəsində seçilən 20 gəncə peşəkar mütəxəssislərin iştirakı ilə biraylıq təlim keçirilib. Təlimləri başa vuran gənclər arıçılıq təsərrüfatı üçün lazımi arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər ləvazimatlarla tam təchiz olunublar və onlara səmərəli fəaliyyətləri istiqamətində lazımi şərait yaradılıb.

Gənc arıçılar, həmçinin məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satışın təşkili dəstəyi ilə təmin ediləcəklər. Bu addımlar bazar iqtisadiyyatı şəraitində rəqabətədavamlı bal istehsalı mərhələsinə çatması üçün gənc arıçıların öz məhsullarını geniş müştəri bazarına çıxarmalarına və satışın səmərəli təşkilinə xidmət edəcək.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BƏƏ iranlıların yaşayış icazələrini ləğv etdi - Aktivlərini blokladı

BƏƏ iranlıların yaşayış icazələrini ləğv etdi - Aktivlərini blokladı

“Qarabağ” xanım azarkeşləri üçün girişi pulsuz etdi

“Qarabağ” xanım azarkeşləri üçün girişi pulsuz etdi

Laçında kanat yolu istifadəyə verilir - FOTO - VİDEO

Laçında kanat yolu istifadəyə verilir - FOTO - VİDEO

Masazırda əsas yolun bir hissəsi uçdu - VİDEO

Masazırda əsas yolun bir hissəsi uçdu - VİDEO

Universitetlər paytaxtdan çıxarılır - VİDEO

Universitetlər paytaxtdan çıxarılır - VİDEO

Pensiyanız yenidən hesablana bilər - QAYDASI BELƏDİR

Pensiyanız yenidən hesablana bilər - QAYDASI BELƏDİR

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Hamı bu VİDEODAN danışır

Hamı bu VİDEODAN danışır

Röya Aygünün mahnısını oxuyacaq

Röya Aygünün mahnısını oxuyacaq

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Bu ərazidə 3 gündür istilik yoxdur

Bu ərazidə 3 gündür istilik yoxdur

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Göyçay çayından sel keçir - FOTO

Göyçay çayından sel keçir - FOTO

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

End of content

No more pages to load

RADİO