Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, ABŞ Rusiya Prezidenti Vladimir Putin ilə Amerika lideri Co Bayden arasındakı görüşün gündəliyində duran məsələlərin sayını azaltmaq istəyir.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
Daha əvvəl Ağ Ev Baydenin Putinə bu yay Avropa ölkələrindən birində ikitərəfli münasibətlərdə yığılmış problemləri müzakirə etmək üçün bir zirvə görüşü təklif etdiyini söyləyib.
Kreml görüş üçün mümkün tarixin müzakirə edildiyini bildirib. Bayden Putinlə iyun ayında görüşəcəyinə ümid etdiyini vurğulayıb.
Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirdiyi birgə mətbuat konfransında "Dialoq, əlbəttə ki, lazımdır. Xüsusilə Vaşinqtonun praktiki olaraq bütün silahlar üzrə nəzarət mexanizmlərini məhv etdiyi bir şəraitdə vacibdir” deyib.
"Amerikalı həmkarlarımıza gündəmlə bağlı qərar verməyin məqsədəuyğun olduğunu göstərdik. İstisnasız olaraq bütün amilləri nəzərdən keçirməyi təklif edirik", deyə nazir qeyd edib.
Bizim.Media