Azərbaycan-Özbəkistan sənədləri İMZALANDI - FOTO/VİDEO

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı”nı qəbul ediblər. 

“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Özbəkistan Respublikasının Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliyi Nazirliyi yanında Turizm Komitəsi arasında 2024-2026-cı illər üzrə turizm sahəsində Fəaliyyət Planı”nı Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Özbəkistan Respublikasının Turizm komitəsinin sədri Umid Şadiyev imzalayıblar. 
 

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi arasında 2024-2026-cı illər üçün mədəni-humanitar əməkdaşlıq üzrə Yol xəritəsi”ni Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov imzalayıblar. 


“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikasının Məktəbəqədər və Ümumi Təhsil Nazirliyi arasında məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil naziri xanım Xilola Umarova imzalayıblar. 

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikasının Ali təhsil, Elm və İnnovasiyalar Nazirliyi arasında peşə təhsili, orta ixtisas, ali təhsil və elm sahəsində əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar naziri Konqratbay Şaripov imzalayıblar. 

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2024-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”nı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Özbəkistan Respublikasının ədliyyə naziri Akbar Taşkulov imzalayıblar. 
 

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin yanında Hüquqşünasların İxtisasının Artırılması Mərkəzi arasında əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının ədliyyə naziri Akbar Taşkulov imzalayıblar. 


“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında H.Sulaymanova adına Respublika Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının ədliyyə naziri Akbar Taşkulov imzalayıblar. 

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev və Özbəkistan Respublikasının Milli Qvardiyasının komandanı Rustam Curayev imzalayıblar. 

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş”i Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Özbəkistan Respublikasının məşğulluq və yoxsulluğun azaldılması naziri Bexzod Musayev imzalayıblar. 

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı”nı (“Yol xəritəsi”) Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Laziz Kudratov imzalayıblar. 
 

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”nı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov imzalayıblar. 


Səfər çərçivəsində, həmçinin Bakı (Azərbaycan) ilə Daşkənd (Özbəkistan), Beyləqan (Azərbaycan) ilə Şəhrisəbz (Özbəkistan), Quba (Azərbaycan) ilə Cizak (Özbəkistan) şəhərləri arasında regionlararası əməkdaşlıq haqqında sənədlər və “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Uzbekneftegaz” SC arasında Əsas Şərtlər Sazişi” imzalanıb. 




























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

“Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir”

“Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir”

End of content

No more pages to load

RADİO