Hansı universitetlərdə təhsil haqqı ARTIRILIB? – SİYAHI

Artıq ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 82883 nəfər iştirak edib. Onlardan 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Qəbul olan tələbələri maraqlandıran digər məsələ onların dövlət sifarişli, yoxsa ödənişli əsaslarla təhsil alacaqlarıdır. Rəsmi məlumata görə, bu il ali məktəblərdə təxminən 32 minə yaxın tələbə ödənişli əsaslarla təhsil alacaq. Öz hesabına təhsil alacaq tələblərin daha bir qayğısı təhsil haqlarının artırılması ilə başlayıb. Belə ki, bu il bəzi universitetlər təhsil haqlarını artırıblar.

Azərbaycan Dövlət Pedaqoji Universitetdən Bizim.Media-ya bildirilib ki, ötən il 2000 AZN olan təhsil haqları bu tədris ilində 2300 AZN-ə qaldırılıb:
 

MÖVZU İLƏ BAĞLI:

Universitetlərdə təhsil haqları artırılır? – MÜHÜM AÇIQLAMA


“2024/2025-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavriat və magistratura səviyyələrində təhsil haqqı 300 AZN artırılıb və 2300 AZN təşkil edir. Magistratura səviyyəsi üzrə MBA proqramının ixtisaslaşmaları istisnadır. Bu ixtisaslaşmalar üzrə təhsil haqqında artım yoxdur və əvvəlki kimi 2500 AZN təşkil edir”.

Qeyd edilib ki, təhsil haqqının artmasının özünəməxsus obyektiv səbəbləri var:

“Belə ki, dəyişən sosial-iqtisadi tələblər, eləcə də təhsil xidmətlərinin xərclərinin artması, universitetdə təhsilin məzmununun yenilənməsi, yeni proqramlar üzrə kadr hazırlığına başlanılması və keyfiyyətin yüksəldilməsi, kadrların peşəkar səriştələrinin artırılması istiqamətində atılan ardıcıl addımlar və yenilənən infrastruktur və s. kimi amillər təhsil haqqının artırılması zərurətini yaradıb. Ümumiyyətlə, atılan bütün addımlar təhsilin keyfiyyətinin artırılmasına və tələbə məmnuniyyətinin yüksəldilməsinə yönəlib. Eləcə də, tələbələrimiz təhsil haqqını il ərzində iki hissəyə bölərək rahatlıqla ödəmək imkanına malikdirlər”.

Azərbaycan Dillər Universiteti təhsil haqlarının 2500 manatdan 2700 manatadək artırılacağını, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də təhsil haqlarında artımın olacağını mətbuata açıqlamalarında bildiriblər.

Bəs bu təhsil haqqını ödəyə bilmədiyi üçün universitetlərdən uzaqlaşdırılan tələblərin sayına necə təsir edəcək?

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin (DİM) digər məlumatına görə, 2023-cü ildə ümumilikdə 8 min 631 nəfər təhsil haqqının ödənilməməsinə, dərs davamiyyətini pozduğuna və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric olunub. Konkret nə qədər tələbənin təhsil haqqına görə kənarlaşdırıldığı qeyd edilməsə də çoxluğun sözügedən səbəbdən uzaqlaşdırıldığı bildirilib.

“Tələbə təhsil haqqını ödəyə bilmirsə...”

Mövzu ilə bağlı Bizim.Media-ya danışan VI çağırış Milli Məclisin deputatı Etibar Əliyev deyib ki, heç bir tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən xaric edilməməlidir:

“Tələbə kredit fondu və universitetlərin güzəşt etmək imkanı var. Tələbələrin arzularını maddiyyata görə ortada saxlamaq olmaz. İkincisi, Azərbaycanda dəyişməyən bir neçə sahə var ki, onlardan biri də ali təhsil sistemidir. Burada elə bir ciddi keyfiyyət dəyişilkliyi baş vermədiyi üçün təhsil haqlarının artırılması absurddur. Dünyanın bir neçə aparıcı ölkələrində tələbə ali məktəbə daxil olursa, onun valideynlərinin işləyib işləməməsi haqqında arayış tələb olunur və valideynləri işləmirsə, ona güzəştlər olunur. Tələbə ali məktəbi bitirəndən sonra da təhsil haqqını hər hansı bir universitetlə razılaşma əsasında ödəyə bilər”.

Valideynlər X-XI sinif şagirdlərinin təhsilinə dövlətdən 2-3 dəfə çox vəsait xərcləyirlər

Ekspert hesab edir ki, bu, süni qiymət artımıdır:

“Təhsil haqqının süni şişirdilməsidir. Valideynlərin büdcəsinə müdaxilədir. Bu, kiçik məbləğ deyil. Ümumiyyətlə, ali məktəb rəhbərləri və təhsil haqqının artırılmasında rol oynayan qurumlar bir şeyi nəzərə almalıdırlar ki, valideynlər övladlarını X-XI siniflərdə repetitor yanına qoyurlar.

Çox böyük maliyyə vəsaiti xərcləyirlər, dövlətin bir şagirdin təhsili üçün ayırdığı vəsaitdən 2-3 dəfə artıq pul xərcləyirlər. O vəsaitin təsirindən çıxmamış birinci kursa qəbul olan tələbələrin həm geyimindən, həm qidalanmasından çıxılan vəsaitdir. Bizə sağlam, düşünən, düşdüyü situasiyadan çıxış yolu tapa bilən sağlam nəsil nəsil lazımdır. Bu baxımdan onları maddiyyatla imtahana çəkmək doğru deyil. Ali məktəblərdən bir il ərzində xaric olunan tələbələrin sayı da olduqca böyük rəqəmdir”.

Etibar Əliyev qeyd edib ki, ali təhsil müəssisələri tələbənin ödədiyi vəsait hesabına ayaqda qalmamalıdır. Əkisnə universitetlər təhsil haqlarını verdikləri təhsilin keyfiyyətinə görə aşağı salmalıdırlar:

“Ali məktəblər təhsil haqlarını tam və ya yarı şəkildə ödənişini tələb etməməlidirlər. Kimin imkanı nəyə çatırsa, onu ödəyib qeydiyyat olunmalıdır. Digər tərəfdən deyilə bilər ki, axı müəllimlərin də əmək haqları ödənilməlidir. Hamısı bir-birindən asılı məsələlərdir. Universitetlərin özlərinin gəliri olmadığı üçün hamı gözünü dikib tələbənin ödədiyi və yaxud dövlət babanın dövlət sifarişi ilə universitetə qəbul olunan tələbə üçün köçürdüyü vəsaitə. Universitetlərin heç birinin kənar gəlirləri yoxdur. Amma bunu da təhsil haqları hesabına əvəzləmək doğru deyil. İndiki durumda Azərbaycanda ali məktəblərdə təhsilin keyfiyyətinə adekvat olaraq təhsil haqları aşağı salınmalıdır”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İranın neft naziri istefa verdi

İranın neft naziri istefa verdi

End of content

No more pages to load

RADİO