Deputatlığa namizəd Günay Ağamalı Salyanda seçicilərlə görüşdü – FOTO/VİDEO

Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunda seçicilərlə görüşüb. 

Bizim.Media xəbər verir ki, görüşdə ilk olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova və Günaydın Əhədova namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına geniş məlumat veriblər. 

Görüşdə çıxış edən Günay Ağamalı salyanlıların hər zaman xalqına, dövlətçiliyinə çox bağlı və qonaqpərvər olduqlarını söyləyib.

Günay Ağamalı təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi bütün görüşlərdə salyanlılardan böyük dəstək, səmimi münasibət gördüyünü və bunun onda qürur doğurduğunu böyük məmnuniyyətlə etiraf edib. O, deputatlığa namizədliyinin Ana Vətən Partiyası tərəfindən 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə irəli sürüldüyünü bildirərək, Ulu Öndərimizin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərini, müasir Azərbaycan dövlətinin banisi və memarı olduğunu və bu siyasi irsin davamçısı, Azərbaycanımızı dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevirən cənab Prezident İlham Əliyevin və Onunla hər zaman birgə olan və qoşa addımlayan, dövlətçiliyimizə ciddi töhfələr verən birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti üzərində də geniş dayanıb. 

O, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində həmrəylik nümayiş etdirərək, xalq-dövlət-ordu birliyi ilə düşmən üzərində əldə etdiyi tarixi Qələbəni iftixar hissi ilə görüş iştirakçılarının diqqətinə çatdırıb. 

Daha sonra Günay Ağamalı seçki platformasının vacib məqamları üzərində dayanaraq söyləyib ki, əgər etimad qazanıb deputat seçilərsə, səlahiyyətləri çərçivəsində seçicilərin problemlərinin həllində fəal iştirak edəcək, hər zaman onlarla bərabər olacaq. 

Günay Ağamalının seçicilərə xitabən söylədiyi “Gəlin, birlikdə millətimizə, dövlətimizə sədaqətlə xidmət edək” sözləri görüş iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. 

Günay Ağamalının 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində görüşləri davam edir. 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

End of content

No more pages to load

RADİO