Prezident dövlət şirkətlərinin idarəetməsini bu Holdinqə tapşırdı

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı təsdiq edilib.

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı.

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 

2. Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

3. Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

4. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

5. Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

6. AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 

7. Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

8. Azərsu” Açıq Səhmdar Cəmiyyəti

9. Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

10. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti 

11. Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti

12. Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti 

13. Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti

14. Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

15. Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti

16. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:

16.1 Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti 

16.2 Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

16.3 Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti 

16.4 Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti

16.5 Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti

17. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti.

Siyahıda göstərilmiş dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin idarə olunması ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsində nəzərdə tutulmuş səlahiyyətlər, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin dövlət müəssisələri idarəetməyə verildiyi gündən AİH-ə keçir.

AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:

- ilk 3 il ərzində (AİH-in nizamnamə fonduna ayrılmış vəsait nəzərə alınmaqla) dövlət büdcəsinin vəsaiti hesabına

- idarəetməsinə verilmiş dövlət müəssisələrinin illik xalis mənfəətinin 20 faizinin AİH-ə ödənilməsi hesabına

- qanunla qadağan olunmayan digər mənbələrdən.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

Eləcə də Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılması 3 ay müddətində təmin edilməli və Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməlidir. Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlayacaq və bunun icrası barədə 5 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Maliyyə Nazirliyi isə AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi üçün tələb olunan vəsaiti bu fərmanın 2.2.1-ci yarımbəndinə uyğun olaraq növbəti illərin dövlət büdcəsi layihələrində nəzərdə tutmalıdır.

Siyahıda göstərilmiş dövlət müəssisələri idarəetməyə verilənədək mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqi və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini 2 ay müddətində AİH-ə təqdim etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Qeyd edək ki, 2020-ci il avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında" Fərman imzalayıb.Fərmanla “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs yaradılıb.

Holdinqə Mətin Eynullayev rəhbərlik edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Korovinin qızının toyuna “Bakılı oğlanlar”dan kimlər gəldi? - VİDEO

Korovinin qızının toyuna “Bakılı oğlanlar”dan kimlər gəldi? - VİDEO

Qurban Qurbanovun cəzalandırdığı Elvin və Abbas tribunadan matça baxdılar - FOTO

Qurban Qurbanovun cəzalandırdığı Elvin və Abbas tribunadan matça baxdılar - FOTO

Kiyevdəki atışma TERROR AKTI kimi qiymətləndirildi

Kiyevdəki atışma TERROR AKTI kimi qiymətləndirildi

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə REAKSİYA

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə REAKSİYA

Vado Korovin toyda qızı ilə belə RƏQS ETDİ - VİDEO

Vado Korovin toyda qızı ilə belə RƏQS ETDİ - VİDEO

Hörmüz boğazı İranın nəzarəti altındadır

Hörmüz boğazı İranın nəzarəti altındadır

Tramp MÜŞAVİRƏ KEÇİRİR: Hörmüz boğazındakı vəziyyətə görə...

Tramp MÜŞAVİRƏ KEÇİRİR: Hörmüz boğazındakı vəziyyətə görə...

Kəmaləddin Heydərov ilk dəfə yeni müavinlərlə bir arada – FOTO

Kəmaləddin Heydərov ilk dəfə yeni müavinlərlə bir arada – FOTO

Hörmüz boğazı NƏ VAXTADƏK bağlı qalacaq?

Hörmüz boğazı NƏ VAXTADƏK bağlı qalacaq?

İsrail: Bir neçə "Hizbullah" döyüşçüsü öldürülüb

İsrail: Bir neçə "Hizbullah" döyüşçüsü öldürülüb

Tramp: İran bir az mehribanlaşıb

Tramp: İran bir az mehribanlaşıb

Sumqayıtda futbol oynayan gənc dünyasını dəyişdi

Sumqayıtda futbol oynayan gənc dünyasını dəyişdi

Vado Korovin qızına təntənəli TOY ETDİ - VİDEO

Vado Korovin qızına təntənəli TOY ETDİ - VİDEO

Nazir türkmənistanlı həmkarı Rəşid Meredov ilə görüşüb

Nazir türkmənistanlı həmkarı Rəşid Meredov ilə görüşüb

Hörmüz boğazından yalnız BU GƏMİLƏRİN keçməsinə üstünlük veriləcək

Hörmüz boğazından yalnız BU GƏMİLƏRİN keçməsinə üstünlük veriləcək

ABŞ-da TORNADO: şəhərlər darmadağın olub

ABŞ-da TORNADO: şəhərlər darmadağın olub

Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə etdilər – FOTO

Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə etdilər – FOTO

Millimiz Andorranı məğlub etdi

Millimiz Andorranı məğlub etdi

Kiyevdə atışma zamanı ölənlərin sayı 6-ya çatıb

Kiyevdə atışma zamanı ölənlərin sayı 6-ya çatıb

Emindən böyük jest: Bütün qonorarını onlara bağışladı

Emindən böyük jest: Bütün qonorarını onlara bağışladı

“Qarabağ” yenə “Sabah”a uduzdu - VİDEO

“Qarabağ” yenə “Sabah”a uduzdu - VİDEO

Nazir Yaxın Şərqi onunla da müzakirə etdi - FOTO

Nazir Yaxın Şərqi onunla da müzakirə etdi - FOTO

"Teşkilat"ın izləyicilərinə pis xəbər

"Teşkilat"ın izləyicilərinə pis xəbər

Mixail Zabelin yenidən Azərbaycanın Rus İcmasının sədri seçilib - FOTO

Mixail Zabelin yenidən Azərbaycanın Rus İcmasının sədri seçilib - FOTO

End of content

No more pages to load

RADİO