Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – ARAŞDIRMA

Sentyabrın 1-i yaxınlaşdıqca seçki kampaniyasında rəqabət daha da gərginləşir. Namizədlər arasında gedən bu gərgin mübarizə bəzi hallarda qanun pozuntularına belə gətirib çıxarır. Belə qanun pozuntularından biri də Cavanşir Feyziyevin adı ilə bağlıdır. 

Feyziyevin “haqlı rəqabət” taktikası

Redaksiyamıza daxil olan məlumata görə, Şəki sakinlərinin sosial şəbəkə hesabları üzərindən Cavanşir Feyziyevə ünvanladıqları iradları, xahişləri və təklifləri məqsədli şəkildə silinir. Cavanşir Feyziyevin rəsmi “Facebook” səhifəsində ancaq pozitiv ruhda olan rəylər saxlanılır.
 

MÖVZU İLƏ BAĞLI:

Cavanşir Feyziyevin böyük qorxusu: London məhkəməsinin qərarı haqda yazılanlar niyə pozulur?


Redaksiyamıza daxil olan digər məlumata görə isə təşviqat kampaniyasında 115 saylı seçki dairəsində digər namizədlər diskriminasiyaya məruz qalır. Belə ki, Cavanşir Feyziyev öz baner və təşviqat materiallarını istədiyi ərazidə yerləşdirir. Digər namizədlərinsə təşviqat materiallarının yerləşdirilməsinə süni şəkildə əngəllər yaradılır. Üstəlik, digər namizədlərin təşviqat materialları Cavanşir Feyziyevin adamları tərəfindən gecə saatlarında sökülüb, atılır.

Səslənən qanun pozuntusu ilə bağlı Cavanşir Feyziyevin münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz alınmayıb. O, telefon zənglərinə cavab verməyib. Cavanşir Feyziyevin köməkçisinə ünvanladığımız sorğu da cavabsız qalıb.

Cavanşir Feyziyevin keçmişinə baxış

Xatırladaq ki, Cavanşir Feyziyev IV, V və VI çağırış Milli Məclisin deputatı olsa da, yaddaşlarda ancaq oliqarx, biznes imperiyasının sahibi kimi qalıb. Gündəmə də qanunvericilik təşəbbüsləri, seçicilərin təklifləri ilə yox, daha çox biznes qalmaqalları ilə gəlib.  

Rəsmi məlumatlara görə, Cavanşir Feyziyev 1995-ci ildən ABŞ-ın «Philip Morris» şirkətinin Qafqaz nümayəndəliyində şöbə müdiri, 1998-ci ildən «Planet Ko Ltd» şirkətinin direktoru vəzifələrində çalışıb. 

2003-2010-cu illərdə «Avromed» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olub. Qanunvericiliyə əsasən, Milli Məclisin deputatlarının biznes fəaliyyəti ilə məşğul olması qadağan edilsə də, Cavanşir Feyziyevin biznesləri ilə bağlı mətbuatda çoxsaylı məqalələr dərc olunub. 

Xüsusilə də, ötən 15 ildə Cavanşir Feyziyevin adı dərman və siqaret inhisarçılığında hallanıb.

Feyziyevlərin müsadirə olunan milyonları

Cavanşir Feyziyevin tərcümeyi-halında qeyd edilib ki, o, 2003-2010-cu illərdə “Avromed”in baş direktoru vəzifəsində işləyib. 

İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı yayımlanan materiallarda isə qeyd olunub ki, deputat 2013-cü ildə İngiltərəyə səfər etmək üçün viza müraciəti zamanı özünü “Avromed Company” QSC-nin baş direktoru kimi təqdim edib. 

2024-cü ilin Böyük Britaniya məhkəməsi Azərbaycan Milli Məclisinin deputatı, iş adamı Cavanşir Feyziyevə məxsus Londonda 22 mülkə həbs qoyub. Feyziyev və həyat yoldaşı “qanunsuz əldə etdikləri gəlirdən” əmlak əldə etməkdə şübhəli biliniblər.

C.Feyziyevin dondurulmuş əmlaklarının siyahısında Londonun Chelsea Barracks kompleksində 2020-ci ildə 26 milyon funt sterlinqə (33,4 milyon dollar) alınmış iki iqamətgah, Regents Parkına baxan London mənzili, həmçinin C.Feyziyevin 2008-2018-ci illərdə ümumilikdə 10 milyon funt sterlinqə (13,7 milyon dollar) aldığı bildirilən 19 mənzil var.

Müğənninin adına alınan ev, ölümlə nəticələnən qəza...

Məlumat üçün bildirək ki, illər əvvəl Feyziyev “Quska” ləqəbli keçmiş deputat, həbsdə olan Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alması, müğənni Gülyazın adına rəsmiləşdirməsi ilə gündəmə gəlmişdi

Cavanşir Feyziyevin daha əvvəl ölümlə nəticələnən qəzada adı keçmişdi. Belə ki, 2019-cu il fevralın 15-də 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı Cavanşir Feyziyevə məxsus olan “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurularaq, həyatını itirmişdi. Həmin dövrdə avtomobili Cavanşir Feyziyevin idarə etdiyi ilə bağlı məlumatlar yayılsa da, o bu iddiaları təkzib etmişdi

Feyziyevlərin digər biznesləri

Cavanşir Feyziyev 2002-ci ildən “Tour İnvest” şirkətinin təsisçisidir. Bu şirkətin Şəkidə yerləşən dördulduz “Şəki Saray Hotel”in direktoru Rüstəm Bəşir oğlu Cavanşirdir. 

Məlumata görə, o, Cavanşir Feyziyevin əmisioğludur. Rüstəm Bakıdakı “Novo Trade” Qapalı Səhmdar Cəmiyyətinin, Şəkidəki “Asel Aqro Park” şirkətinin də direktorudur. Bu aqropark 2020-ci ildə yaradılıb. Şəki şəhərində, Olimpiya Kompleksinin arxasında ucsuz-bucaqsz qoz bağları salıb. 

Yerli mətbuatın yazdığına görə, Cavanşir Feyziyevin digər əmisi oğlu Elman Cavanşir Sumqayıtda 2018-ci ildə istifadəyə verilən, sərmayəsi 78 milyon manat olan “Tabaterra” şirkətinin siqaret zavodunun direktorudur. 

Elman Cavanşir 2021-ci ildə “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə çıxarıldığı zaman “Tabaterra Leaf” Qapalı Səhmdar Cəmiyyəti təsis edir. Nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Elman Bəşir oğlu Cavanşir, Sumqayıt şəhəri, Sülh küçəsi, 18 ünvanında – “Xovlu İpək Fabriki”nin ərazisində qeydiyyatdan keçən şirkət Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 85 faizini alıb

Xatırladaq ki, Elman Cavanşirin də adı Böyük Britaniyada çirkli pulların yuyulması qalmaqalında hallandırılmışdı. “The Evening Standard” qəzeti yazmışdı ki, Feyziyev ailəsinin Böyük Britaniyanın Milli Kriminal Agentliyinin tələbi ilə bank hesabları dondurulan üzvlərindən biri də Elman Cavanşirdir. Onun bank hesabında 1 milyon funt sterlinqdən çox vəsait aşkar edilmişdi.

Milyonları müsadirə edilən deputatın aqressiv reaksiyası

Qeyd edək ki, bir neçə il əvvəl Milli Məclisin deputatının ailəsinə məxsus pulların müsadirə edilməsi barədə London məhkəməsinin qərarı Azərbaycanda kəskin tənqidlərlə qarşılandı. Yerli mediada deputatın tənqidinə yönəlmiş çoxsaylı reportajlar yayıldı, sosial şəbəkələrdə geniş müzakirələr açıldı.

Bundan sonra Cavanşir Feyziyev “Facebook” səhifəsində Azərbaycanın bir sıra jurnalistlərini kəskin şəkildə tənqid etmişdi. Daha sonra isə Feyziyev etiraz əlaməti olaraq 2013-cü ildən üzvü olduğu Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyündən istefa vermişdi.

Bir sözlə, Cavanşir Feyziyev haqqında faktlar yaxşı heç nə demir. Bəs, şəkili seçicilər Cavanşir Feyziyev barədə nə düşünür?

Bunu sentyabrın 1-də biləcəyik.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa edildi

İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa edildi

Əvvəlki illərin məzunlarının diplom və attestatları nə vaxt ELEKTRONLAŞDIRILACAQ? – Rəsmi AÇIQLAMA

Əvvəlki illərin məzunlarının diplom və attestatları nə vaxt ELEKTRONLAŞDIRILACAQ? – Rəsmi AÇIQLAMA

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

Yeniyetmələr üçün "ChatGPT" istifadəyə verildi

Yeniyetmələr üçün "ChatGPT" istifadəyə verildi

Cəbrayılda uşaqlar və yeniyetmələr üçün yaradıcılıq ustad dərsləri keçirilib - FOTO/VİDEO

Cəbrayılda uşaqlar və yeniyetmələr üçün yaradıcılıq ustad dərsləri keçirilib - FOTO/VİDEO

43 il toxunmadığı maşınını 65 min avroya satdı

43 il toxunmadığı maşınını 65 min avroya satdı

Qida mifləri: Limonlu su yağ yandırır? – VİDEO

Qida mifləri: Limonlu su yağ yandırır? – VİDEO

Anar Nəcəflidən işdən çıxarılma xəbərinə REAKSİYA

Anar Nəcəflidən işdən çıxarılma xəbərinə REAKSİYA

İdman liseyləri və Bülbül məktəbinə qəbul üçün qeydiyyat BAŞLAYIR

İdman liseyləri və Bülbül məktəbinə qəbul üçün qeydiyyat BAŞLAYIR

Xırdalan, yoxsa Sumqayıt? Mənzil alarkən hansı seçimlərə baxmaq olar?

Xırdalan, yoxsa Sumqayıt? Mənzil alarkən hansı seçimlərə baxmaq olar?

Boşanmadan da aliment tələb etmək mümkündür – HÜQUQİ İZAH

Boşanmadan da aliment tələb etmək mümkündür – HÜQUQİ İZAH

Qızılın qiyməti AÇIQLANDI

Qızılın qiyməti AÇIQLANDI

Roberto Karlosdan İslamı qəbul etməsi iddialarına REAKSİYA

Roberto Karlosdan İslamı qəbul etməsi iddialarına REAKSİYA

7 ayda 25 minə yaxın şəxsə proaktiv qaydada pensiya təyin edilib – RƏSMİ

7 ayda 25 minə yaxın şəxsə proaktiv qaydada pensiya təyin edilib – RƏSMİ

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Qəfil zəng, təsadüfi görüş...Bu bürcləri sürprizlərlə dolu imkanlar gözləyir

Qəfil zəng, təsadüfi görüş...Bu bürcləri sürprizlərlə dolu imkanlar gözləyir

Şəkidə AĞIR QƏZA – Yaralanan var – FOTO

Şəkidə AĞIR QƏZA – Yaralanan var – FOTO

“Yango”da sərnişin SEÇİMİ - Profil şəkliniz yoxdursa, sifarişiniz niyə qəbul edilmir? – FOTOFAKT

“Yango”da sərnişin SEÇİMİ - Profil şəkliniz yoxdursa, sifarişiniz niyə qəbul edilmir? – FOTOFAKT

Ayaqların şişməsinin qarşısını almağın sadə yolu

Ayaqların şişməsinin qarşısını almağın sadə yolu

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış – Fotolar

Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış – Fotolar

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Yağışlar gecikəcək- Amma daha dağıdıcı olacaq

Yağışlar gecikəcək- Amma daha dağıdıcı olacaq

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

End of content

No more pages to load

RADİO