Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə TANIŞ OLDU - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qobustan və Şamaxıda bir sıra tarixi abidələrdə aparılmış bərpa işləri ilə tanış olub.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Qobustanda “Diri Baba” türbəsində olan Leyla Əliyevaya məlumat verilib ki, XV əsrə aid abidə öz unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir.

“Diri Baba” türbəsi əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Bu tarixi abidə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2022-ci ildə bərpa edilib. Abidənin ətrafındakı qəbiristanlıq və mağaralarda tədqiqat işləri aparılıb. Eləcə də abidənin turistlər tərəfindən ziyarəti üçün müvafiq infrastruktur yaradılıb.

Leyla Əliyeva Şamaxıda Kələxana türbələrində də olub. Türbələrdə arxeoloji tədqiqat işləri 2022-ci ildə başa çatıb. Arxeoloji tədqiqatlar zamanı türbələr və ərazidəki tikililərin tarixinin XII əsrə gedib çıxdığı müəyyən edilib. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən Kələxana türbələrində hazırda bərpa və konservasiya işləri aparılır.

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə son illər Şamaxıda Şahxəndan türbəsi, Pirsaat ziyarətgah kompleksində, eləcə də digər tarixi, dini və mədəni abidələrdə bərpa və konservasiya işləri həyata keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şamaxıya səfəri zamanı şəhid heykəltaraş Samir Kaçayevin ailəsi ilə görüşüb. Samir Kaçayev 2016-cı il Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

Leyla Əliyeva Şamaxıda müxtəlif kəndlərin sakinləri ilə də görüşüb.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

End of content

No more pages to load

RADİO