Köhnə dostlarının XƏYANƏTİ – Makron üçün yolun sonu GÖRÜNDÜ

Seçkilər başa çatandan üzü bəri Fransa Prezidenti Emmanuel Makronun başı üzərindən “qara bulud”lar çəkilmir. 

Onun mövqeyi günü-gündən daha da zəifləyir. 

Fransanın solçu “İtaətsiz Fransa” partiyasının rəhbərliyi solçu Yeni Xalq Cəbhəsi alyansının namizədi Lyüsi Kasten baş nazir postuna təyin edilməsə, Milli Assambleyanın (parlamentin aşağı palatası) Bürosuna ölkə prezidenti Emmanuel Makronun vəzifəsindən kənarlaşdırılması təklifini təqdim etmək niyyətindədir.
 

MÖVZU İLƏ BAĞLI:

Makron impiçmentlə hədələndi: "Ölkəyə rəhbərlik edə bilməz"


Bu barədə “İtaətsiz Fransa” alyansının qurucusu Jan-Lyük Melanşon və onun ən yaxın silahdaşları həftəlik “La Tribune Dimanche” üçün məqalələrində yazıblar.

Qeyd olunub ki, ölkə konstitusiyasının 68-ci maddəsi prezidentin vəzifədən kənarlaşdırılması şərtlərini müəyyən edir:

“Bu, qanunda göstərildiyi kimi, onun öz vəzifələrini yerinə yetirməməsi, mandatına uyğunsuzluğun aşkar əlamətləri olan halda baş verə bilər”.

Partiya nümayəndələri hesab edirlər ki, parlament seçkilərinin nəticələrini nəzərə almamaq və onlara məhəl qoymamaq prezident mandatının elementar tələblərinin pozulması deməkdir:

“Ona görə dövlət başçısı demokratiyanın qarantı olmalıdır”.

Mövcud qaydalara görə, belə sorğular Milli Assambleyanın Bürosuna və onun rəhbərliyinə verilir. Daha sonra vəsatət qəbul olunarsa, qanunvericilik komissiyasına göndəriləcək.
Yalnız komissiya tərəfindən təsdiq edildikdən sonra prezidentin istefaya göndərilməsi təklifi aşağı palatanın bütün deputatlarının səsverməsinə çıxarıla bilər. Melenşon və onun tərəfdaşları hesab edirlər ki, bu təklifi qəbul etmək olar, çünki prezident düşərgəsi palatada azlıq təşkil edir.

Qeyd edək ki, Makron avqustun 28-dək respublikanın yeni hökumət başçısını təyin etməlidir. Görünən odur ki, köhnə müttəfiqləri Fransa Prezidenti Makronu istefaya göndərməyə hazırlaşırlar. 

Bu fonda isə Makronun da Prezidentlik kürsüsündə sonu gələ bilər. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tural İsmayılovun fikrincə, Makronun ənənəvi rəqibləri sonuncu seçkilərdə mövqelərini kifayət qədər artırsalar da, hələ də Prezidenti istefaya məcbur edəcək duruma sahib deyillər:

“Nəzərə almaq lazımdır ki, Fransada siyasi sistem kifayət qədər gərgin və qarışıqdır. Ölkənin daxili ictimai-siyasi vəziyyəti çox qarışıq və xaotikdir. Münasibətlər sistemi kökündən zədələnib. Bu ölkədə solçuların mövqeləri güclənib. Eyni zamanda, sağçılar arasında Makrona olan etimad da ciddi şəkildə sarsılıb. Fransa hökumətinin yürütdüyü yanlış xarici siyasət kursu və ölkə daxilindəki siyasətdə uyğunsuzluqlar Makron hakimiyyətinin biabırçı vəziyyətə düşməsinə gətirib çıxarıb”. 

Ekspert bildirir ki, Makronu istefaya göndərmək üçün qanunverici orqanda böyük çoxluq olmalıdır: 

“Baxmayaraq ki, Makronun ənənəvi rəqibləri sonuncu seçkilərdə mövqelərini kifayət qədər gücləndirib, amma hələ də Prezidenti istefaya məcbur edəcək duruma sahib deyillər. Makronun düşüncəsi, hadisələrə yanaşmasını nəzərə aldıqda mövcud vəziyyətdə onun istefa verəcəyini söyləmək də mümkün deyil. Amma istənilən halda Makrona ictimai rəğbətdən söhbət gedə bilməz. Makronun ictimai rəy sorğularında vəziyyəti heç də yaxşı deyil. Bu da ölkədə vəziyyətin daha da gərginləşməsinə səbəb olur.

Melenşon Makrona qarşı mübarizəni daha da kəskinləşdirəcəyini bəyan edib. Mari Lipenin rəhbərliyilə radikal sağçılar da antimakron hərəkartında xüsusi fəallıqla seçilirlər. O baxımdan Makrona qarşı təzyiqlər Milli Assambleya və Senatda davam edəcək. Lakin istənilən halda Makronun gedişləri sonunun gətirilməsi prosesini bir qədər ləngidəcək”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

End of content

No more pages to load

RADİO