Tehranın pozulan “QIRMIZI XƏTLƏRİ” – İran Ermənistana niyə “gözün üstə qaşın var” deyə BİLMİR?

Ermənistan son dövrlər özünün qərbpərəst siyasətini daha da gücləndirib. Belə ki, İrəvan mütəmadi olaraq, ABŞ-la birgə hərbi təlimlər keçir. Eyni zamanda, Ermənistanda ABŞ hərbi kontingentinin yerləşdirildiyi barədə də məlumatlar yayılır. Hansı ki, İrəvanın bu addımları İranın maraqlarına tamamilə ziddir. Buna baxmayaraq, nədənsə Tehran İrəvanın hərəkətlərinə göz yumur. Halbuki, Ermənistan İranın özünün bir nömrəli düşməni hesab etdiyi ABŞ ordusunu öz ərazisinə gətirir. 

Buna rəğmən, Tehran hətta Ermənistanla iqtisadi, mədəni əlaqələri genişləndirir.    

Bu günlərdə İsfahan şəhərinin başçısı Əli Qasemazadə Qafan şəhərinin bələdiyyə başçısına "Qafan" günü münasibətilə təbrik ünvanlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İran başı üzərindən uçan ABŞ təyyarələrinə niyə göz yumdu? – Zəngəzur üçün məxfi plan… - VİDEO


İran Ermənistanın Sünik (Zəngəzur) vilayətinin mərkəzi olan Qafan şəhərində konsulluğun yaradılması barədə qərar qəbul etdikdən sonra qərara alınıb ki, İranın baş konsulluğu ilə Sünik vilayəti arasında əlaqə mərkəzi İsfahanda olsun.

İranın cənubunda və İsfahanda Erməni Yeparxiyasının yerləşdiyi ərazidə 5 min erməni yaşadığı üçün Qafan bələdiyyəsinin rəhbəri İsfahana səfərində birgə tədbir keçirilib və hər il Qafanda İsfahan həftəsi keçirilməsi nəzərdə tutulub. İafahan və Qafan şəhərləri arasındakı əlaqələr İsfahanın ermənilər yaşayan 5 saylı yaşayış massivinin rəhbəri tərəfindən koordinasiya edilir.

İran Ermənistanla əməkdaşlığı niyə daha da gücləndirir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə bildirir ki, İranın ABŞ ordusunu sərhədinə gətirən Ermənistana münasibətdə ağzına su alaraq susmasının arxasında Azərbaycanın bölgənin əsas söz sahibinə çevrilməsindən narahatlıq dayanır:

“Son dövrlər Azərbaycan İran münasibətləri müəyyən qədər istiləşib. Buna baxmayaraq, İran 30 ildən artıq müddətdə, yəni Azərbaycan torpaqları işğal altında olan dövrdə, xüsusən də, 2-ci Qarabağ savaşından sonrakı dövrdə Azərbaycan və Ermənistana yönəlik ənənəvi siyasətini davam etdirməkdədir. Tehranın Ermənistana verdiyi dəstək hər zaman ən üst səviyyədə olub. İrəvan rəsmiləri özləri də dəfələrlə etiraf edib ki, İranın iqtisadi, maliyyə, ticari və hərbi dəstəyi olmasaydı, Ermənistan ayaq üstə qala bilməzdi”. 

İran Ermənistana niyə etirazını bildirmir?

Həmsöhbətimiz qeyd edir ki, Azərbaycanın regionda güclənməsi, Türkiyə ilə tandemdə bölgənin söz və güc sahibinə çevrilməsi molla rejiminin maraqlarına tərs mütənasibdir: 

“Azərbaycan isə qonşularla normal və bərabərhüquqlu münasibətlərin formalaşmasında maraqlıdır və əməli surətdə bunu dəfələrlə sübut edib. İran isə yenə də Ermənistanın Qərblə yaxınlaşmaq, ondan silah almaq və hətta hərbi bazasının mövcud olması siyasətinə göz yummaqda davam edir. İrana qarşı sanksiyalar tətbiq edən ABŞ ordusunun məhdud sayda olsa da Ermənistanda yerləşdirilməsi, Vaşinqtonun bu ölkədə ikinci ən böyük səfirlik kontingentinə malik olması birmənalı şəkildə Tehrana təhdid yaradır. Amma nədənsə bu İran rəsmilərini bir o qədər də narahat etmir. 

İrəvanın addımına Tehranın daha sərt mövqe bildirməsini gözlədiymiz halda, bu edilməyib.

Bunun kökündə isə Azərbaycanın bölgədə güclənməsindən Tehranın narahat olması dayanır. Bu mənada İrəvana dəstək verməklə İran guya Azərbaycanı müəyyən qədər zəiflətmək xəttini yürütməyə çalışır. Azərbaycan isə heç bir kənar müdaxiləyə baxmayaraq bölgənin əsas güc sahibi olaraq qalır. Azərbaycanla münasibətləri normallaşdırmadan heç bir halda bölgədə sülh və sabitliyə nail olmaq mümkün deyil”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

End of content

No more pages to load

RADİO