Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən namizəd Şahin Seyidzadə 16 avqust 2024-cü ildə Şamaxı rayonunda seçiciləri ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüşlər Şamaxı rayonunun Zarat Xeybəri, Səfalı, Dəmirçi, Avaxıl kəndlərində və Yusif Məmmədəliyev qəsəbəsində baş tutub.
Ş.Seyidzadə, sakinlərin dərdləri ilə maraqlanıb, göstərdikləri fəallığa görə bütün görüş iştirakçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, Şahin Seyidzadə VI çağırış Milli Məclisin deputatı olub. O, 2022-ci ilin 3 mart tarixindən bəri İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədridir.
Bizim.Media