Rusiya Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfərinə yola düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Rusiya liderinin səfəri 18-19 avqust tarixlərində baş tutacaq.
Vladimir Putinin Azərbaycana səfərinin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası sənədlərin imzalanması planlaşdırılır.
Bizim.Media