İsrail-HƏMAS savaşında ən ideal VASİTƏÇİ – Münaqişəni Azərbaycan HƏLL EDƏCƏK?

İsrail-HƏMAS müharibəsinin başlamasından 10 ay keçir. Ötən müddətdə heç bir tərəf əsaslı üstünlük qazanmayıb. Lakin münaqişə nəticəsində 40 minə yaxın insan həyatını itirib. 200 minə yaxın insan yaralanıb. Yüzlərlə yaşayış məntəqəsi xarabalığa çevrilib. Bir sözlə, dəhşətli müharibə hər iki tərəfə külli miqdarda ziyan vurub.

Münaqişənin yeni qurbanları

Sonu görünməyən bu münaqişə hər gün ağuşuna yeni-yeni qurbanlar alır. Bu qurbanlarsa təkcə insanlar deyil, həm də ayrı-ayrı dövlətlərdir. Artıq Livan münaqişənin ortasındadır. İsrail son günlər davamlı şəkildə Livana raket zərbəsi endirir. Bundan başqa İordaniya, Oman və digər ölkələr də münaqişədən əsaslı şəkildə ziyan görür. 

Baş verən insanlıq faciəsinə isə dünya hələ də laqeyd qalır. Münaqişə yeni başlayanda bəzi ölkələrdə etirazlar oldu. Lakin sonrakı aylarda bu etirazlar səngidi və hər kəs bu münaqişəni sanki unutmağa çalışdı. Belə olmasa idi, ən azı BMT bir iş görərdi. Amma görünən odur ki, BMT də proseslərin bu cür inkişafında maraqlıdır. Çünki qurumun ipi böyük beşliyin əlindədir. Beşliyin əksər üzvləri də bu münaqişənin davamını istəyir.
 

MÖVZU İLƏ BAĞLI:

Qəzza üzrə növbəti danışıqların yeri və vaxtı AÇIQLANDI


Bununla belə son zamanlar həm İsrail, həm də Fələstin tərəfdən sülh çağırışları səslənməyə başlayıb. Lakin bu çağırışları əlaqələndirən, tərəfləri bir masaya oturdacaq nə beynəlxalq qurum var, nə də ki, hansısa qlobal güc. Ona görə də Yaxın Şərqdə insanlıq faciəsinin miqyası günbəgün genişlənir.

Əslinə baxsaq, bu münaqişənin qarşısını kəsəcək ədalətli və bitərəf qüvvənin yoxluğu da bir problemdir. İri dövlətlər birmənalı şəkildə münaqişənin uzanmasında maraqlıdır. Beynəlxalq təşkilatların da məsələyə müdaxilə imkanları az olduğu üçün də bu sahədə sakitlikdir. Ona görə də yaranmış vəziyyətdə gözlər üçüncü qüvvəni axtarır.

Azərbaycanı ən yaxşı vasitəçi kimi görürlər

Maraqlıdır ki, ədalətli vasitəçi axtarışında olanların son zamanlar nəzərləri Azərbaycana dikilib. Bir sıra ekspertlər hesab edir ki, İsrail-Fələstin münaqişəsində ən yaxşı vasitəçi Azərbaycan ola bilər. Bunu da müəyyən faktorlarla əsaslandırırlar. Məsələn, İsrailin Begin-Sadat Strateji Araşdırmalar Mərkəzi Azərbaycanın Yaxın Şərqdəki münaqişənin həllində gələcək roluna dair iri analitik məqalə dərc edib.

Məqalədə qeyd edilir ki, Livan və İranın İsraillə qarşıdurması ABŞ və NATO-nun kənarda qala bilməyəcəkləri böyük regional müharibənin başlanğıcı ola bilər:

“Vaşinqton və Parisdə diplomatik alternativlər müzakirə olunur. Həm də bu sahədə yeni oyunçular meydana çıxır. Məsələn, Azərbaycan. İyulda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Livanın naziri Abdullah Bu-Həbibin israilli həmkarına mesaj göndərib və orada Beyrutun müharibədən qaçmaq istədiyini bildirib”.

Azərbaycan tərəfsiz olduğu qədər də hər kəsə dost ölkədir

Məqalədə Azərbaycan münaqişənin bütün tərəfləri ilə yaxşı münasibətləri olan mühüm geosiyasi oyunçu kimi xarakterizə edir. Lakin ən əsası İsrailin Bakıya güvənməsidir:

“Təl-Əvivlə Bakının çoxdankı strateji əlaqələri var. Azərbaycan İsraili enerji resursları ilə təmin edir və Şərqi Aralıq dənizində qaz kəşfiyyatı layihələrində iştirak edir. Bunun müqabilində İsrail Azərbaycan ordusunun 2020-ci ildə Qarabağda, 2023-cü ilin sentyabrında isə sürətli qələbəsində mühüm rol oynayan qabaqcıl kənd təsərrüfatı və mülki texnologiyalar, eləcə də hərbi məhsullar verir”.

ABŞ və Fransaya STOP

Nəşr qeyd edir ki, vasitəçilik üçün digər namizədlər - Fransa və ABŞ heç də arzuolunan tərəflər deyil. Onlar bu və ya digər şəkildə tərəf tuturlar:

“Fransa İsraillə danışıqlardan əvvəl Hizbullahın Qəzzada atəşkəs tələbini dəstəklədi ki, bu da İsrail üçün qəbuledilməzdir. Nəticədə İsrail Emmanuel Makronun İtaliyada keçirilən G7 toplantısında təklif etdiyi ABŞ və İsraillə üçtərəfli sammiti rədd etdi. ABŞ administrasiyası Hizbullahla müharibə olacağı təqdirdə İsrailin tərəfini tutacağını açıq şəkildə bəyan edib. Buna görə də Amerika kanalı Beyrut üçün problem yarada bilər, amma İsrail üçün deyil”.

İsrail Strateji Araşdırmalar Mərkəzinin analitiklərinin qanlı müharibənin qarşısının alınmasında və regionda vəziyyətin sabitliyinin pozulmasında əsas vasitəçi roluna məhz Bakı uyğun gəlir.

“Etnik, dini və geosiyasi maraqların qarışmasını nəzərə alaraq, böyük qlobal və regional güclər üçün münaqişənin idarə olunması getdikcə çətinləşir. Nəticədə köhnə oyunçular situasiyanın idarə edilməsində inhisarlarını itirərək təşəbbüsü yeni iştirakçılara verirlər. “Böyük Yaxın Şərq” layihəsi çərçivəsində yeni regional güc mərkəzləri formalaşır və Azərbaycan burada mühüm rol oynayır”.

Azərbaycan regional gücdən beynəlxalq aktora çevrilir

Ən maraqlısı da odur ki, çoxları Azərbaycanın ədalətinə və tərəfsizliyinə inanır. Bu isə vacib faktordur. Çünki vasitəçilik etmək istəyən bütün dövlətlərin korporativ maraqları var. Bu da ədalətin bərqərar olmasına əngəl olur. Bu mənada Azərbaycan ən layiqli ədalət təmsilçisidir. Ona görə ki, Azərbaycan münaqişədən, işğaldan ən çox əziyyət çəkən bir dövlət kimi hər zaman ədalətin öz yerini tapmasına çalışıb. Sonda da öz hədəflərinə çatıb... 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

End of content

No more pages to load

RADİO