Partiya sədrlərinin namizəd olduğu dairələr – SİYAHI

Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində siyasi partiyalar da aktiv iştirak edir. Bəzi partiyaların sədrləri namizədliyini verməsə də, əksər siyasi təşkilat rəhbərləri seçki marafonuna qoşulublar. 

Bizim.Media partiya sədrlərinin hansı dairələrdən namizəd olduqlarını araşdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Yenidən deputat olmaq istəyənlər seçkiyə necə HAZIRLAŞIR? – SORĞU 


Ağasif Şakiroğlu

Gələcək Azərbaycan Partiyasının sədri İbrahimov Ağasif Şakir oğlu 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyini irəli sürüb. Onun bu dairədə ən güclü rəqibi bitərəf namizəd Azay Quliyevdir. A.Quliyev III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub.

Elşad Musayev

Böyük Azərbayca Partiyasının sədri Elşad Musayev 10 saylı Binəqədi üçüncü seçki dairəsində mübarizə aparacaq. Onun əsas rəqibləri Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlı və YAP-ın namizədi, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynovdur. 

Tural Abbaslı 

Ağ Partiyanın sədri Tural Abbaslı 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən deputat mandatı qazanmaq üçün mübarizə aparır. Onun əsas rəqibi isə II, III, IV, V və VI çağırış Milli Məclisin deputatı olmuş Məlahət İbrahimqızıdır.

İlqar Məmmədov-Asim Mollazadə

22 saylı Nəsimi-Yasamal seçki dairəsində iki partiya sədri mübarizəyə qoşulub. Onlar ReAL sədri İlqar Məmmədov və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadədir.  

Fazil Mustafa

26 saylı Sabunçu birinci seçki dairəsindən namizəd olan partiya sədri isə Böyük Quruluş Partiyasının sədri Fazil Mustafadır. III, IV, V və VI çağırış Milli Məclisdə təmsil olunmuş Fazil Mustafa bu dairədə ən iddialı namizəd hesab olunur.

Arzuxan Əlizadə 

27 saylı Sabunçu ikinci seçki dairəsindən AMİP sədri Arzuxan Əlizadə də namizədliyini irəli sürüb. Onun ən güclü rəqibi isə YAP-ın namizədi Səbinə Qasımova hesab olunur.

Qüdrət Həsənquliyev

ƏHD sədri Qüdrət Həsənquliyev 36 saylı Xətai-Suraxanı seçki dairəsindən deputat seçilmək üçün mübarizə aparır. II, III, IV, V və VI çağırış Milli Məclisin deputatı olmuş Q.Həsənquliyev bu dəfə də öz dairəsindən ən iddialı namizəddir.

Mirmahmud Fəttayev

43 saylı Sumqayıt ikinci seçki dairəsində namizədlərdən biri KXCP sədri Mirmahmud Fəttayevdir. Onun ən güclü rəqibi isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri olmuş Tahir Mirkişilidir. 

Pənah Hüseyn 

68 saylı Sabirabad-Şirvan seçki dairəsində mübarizə aparan partiya sədri AXP sədri Pənah Hüseyndir. Onun da ən güclü rəqibi YAP-ın namizədi Kamal Cəfərovdur.

Razi Nurullayev  

81 saylı İmişli seçki dairəsindən Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev namizədliyini irəli sürüb. Əvvəlki çağırışda İmişlidən deputat seçilmiş R.Nurullayev bu dəfə də ən iddialı namizəd kimi görünür.

Elşən Musayev  

ADMP sədri Elşən Musayev 116 saylı Qəbələ seçki dairəsindən deputatlığa namizəddir. O, VI çağırış Milli Məclisin deputatı olub.

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı isə 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyini irəli sürüb. Bu dairədən ən güclü namizəd isə Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğludur.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

End of content

No more pages to load

RADİO