Parlament diplomatiyasının ÖNƏMİ - VII çağırış Milli Məclis hansı vəzifənin öhdəsindən gəlməlidir? – TƏHLİL

Ölkələr arasında münasibətlərin qurulması prosesi təkcə hökumətlər səviyyəsində aparılmır. Bu istiqamətdə parlamentlərin üzərinə də böyük yük düşür. Çünki parlamentlərilər bir sıra beynəlxalq və regional təşkilatlarda təmsil olunmaqla, faktiki olaraq diplomatiyanın bir parçasına çevrilirlər.

Digər tərəfdən, deputatlar birbaşa seçkilər vasitəsilə mandat qazandıqları üçün onlar xalqın nümayəndələri hesab olunurlar. Belə olan halda, millət vəkilləri faktiki olaraq xalq diplomatiyasının təmsilçiləri kimi qəbul edilirlər.

Parlament diplomatiyasının Azərbaycan üçün önəmi
 

MÖVZU İLƏ BAĞLI:

Yenidən deputat olmaq istəyənlər seçkiyə necə HAZIRLAŞIR? – SORĞU 


Məlum olduğu kimi, sentyabrın 1-də ölkəmizdə parlament seçkiləri keçiriləcək. Ölkəmizə qarşı regional təşkilatlardakı təzyiqləri nəzərə alsaq, VII çağırış Milli Məclisin deputatlarının üzərində böyük məsuliyyət olduğunu qeyd edə bilərik.

Beynəlxalq arenadakı qərəzli yanaşma isə yenilik deyil. Belə ki, hələ 1992-ci ildə torpaqlarımız işğal edilərkən, bir çox ölkələr Azərbaycanı “işğalçılıqda” ittiham edirdilər. Hətta ABŞ konqresində “907-ci düzəliş” kimi bədnam bir layihə də qəbul olundu. Sözügedən qanun uzun illər Azərbaycana qarşı silah yardımlarının qarşısına sədd çəkdi.

Qərəzli addımlar sonrakı illərdə də davam etdi...

Xüsusilə də, 44 günlük Vətən müharibəsindəki qələbəmizin regional reallıqları kökündən dəyişməsi dünya güclərinin də “kefinə soğan doğradı”. Vasitəçi bəhanəsi ilə Cənubi Qafqazdakı proseslərə müdaxilə edən Fransa kimi ölkələr faktiki olaraq təsir rıçaqlarından məhrum qaldılar. Belə olan halda, onlar müxtəlif absurd qətnamələr qəbul etməyə, reallıqdan uzaq bəyanatlar səsləndirməyə başladılar.

Məsələn, 2020-ci il noyabrın 25-də Fransa Senatı “Dağlıq Qarabağ”ın “tanınması“ haqqında qətnamə qəbul etdi.

Daha sonra, Niderland parlamenti guya Qarabağdan erməni sakinlərin “məcburi çıxarılmasına” münasibət bildirməyə ehtiyac duydu.

Bu ilin yanvarında isə Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti qurumun iclasında bəyanatla çıxış edərək, təşkilatdakı fəaliyyətini dondurdu. Sözügedən addımın atılmasının başlıca səbəbi AŞPA-nın ölkəmizə qarşı qərəzli yanaşmaları idi.

Oxşar nümunələr kifayət qədərdir. 

Bəs qərəzli yanaşmanı minimuma endirmək üçün hansı addımlar atılmalıdır?

Yuxarıda qeyd olunan nümunələrə baxdıqda, Azərbaycana qarşı qərəzli kampaniyanın daha çox digər ölkələrin parlamentariləri tərəfindən atıldığını görə bilərik. Onlarla qarşılıqlı fəaliyyətin qurulması isə birbaşa olaraq deputatların işidir. 

Bu səbəbdəndir ki, Milli Məclisdə bir sıra ölkələrin parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir. 

Yəni, Azərbaycanın millət vəkilləri xaricdəki həmkarları ilə münasibətlərin qurulması kimi mühüm vəzifənin də daşıyıcılarıdır. Təəssüf ki, əvvəlki çağırış parlamentin deputatları dostuluq qrupunun işinə lazımi qədər diqqət ayıra bilmədilər. Nəticədə, Qərb parlamentlərində haqq səsimizi yetirincə duyura bilmədik.

VII çağırış deputatların üzərinə daha böyük məsuliyyət düşür

Çünki deputatlar ölkənin tanıdılması, təbliğ edilməsi kimi missiyalarına da xüsusi diqqət yetirməlidirlər. Ələxüsus da ona görə ki, regionumuz hal-hazırda dünyanın diqqət mərkəzindədir. Belə olan halda isə Qərb parlamentlərində Azərbaycana qarşı qərəzli bəyanatların, qətnamələrin davamının gəlməsi ehtimalı az deyil.

Bu cür xoşagəlməz durumla mübarizənin aparılması və təbliğatın düzgün formalaşdırılması üçün savadlı, dövlətçi təfəkkürə malik, millətin və ölkənin məsələlərini daha yaxşı bilən, xarici deputatlarla əlaqə qurmağı bacaran hazırlıqlı şəxslərin deputat seçilməsinə ehtiyac var.

Sözügedən peşəkar kadrların Milli Məclisdə təmsil olunması dövlətçiliyimiz, haqq səsimizin Qərb parlamentlərinə çatdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də VII çağırış Milli Məclisin deputatlarının qarşısında bu cür mühüm vəzifə dayanır. Parlamentə bu kriteriyalara cavab verən namizədlərin seçilməsi üçün isə xalqımızın düzgün seçim etməsi və layiqli namizədlərə səs verməsi lazımdır…

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Atalıq şübhəsi qalmaqala çevrilir - Anadan xəbərsiz DNT testi etdirmək olarmı?

Atalıq şübhəsi qalmaqala çevrilir - Anadan xəbərsiz DNT testi etdirmək olarmı?

ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi -Astronomik məbləğ

ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi -Astronomik məbləğ

Yerdən 23 dəfə ağır planet kəşf edildi

Yerdən 23 dəfə ağır planet kəşf edildi

“Pendirli Manqalüstü” sosisi ilə bağlı məlumatlara - Rəsmi reaksiya

“Pendirli Manqalüstü” sosisi ilə bağlı məlumatlara - Rəsmi reaksiya

İlham Nəsirov nazirlikdəki vəzifəsini itirdi

İlham Nəsirov nazirlikdəki vəzifəsini itirdi

87 min abituriyent, 61 min plan yeri - Rəqabət hansı qrupda daha böyük olacaq? – CƏDVƏL

87 min abituriyent, 61 min plan yeri - Rəqabət hansı qrupda daha böyük olacaq? – CƏDVƏL

Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLADI

Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLADI

Bu bürclər sentyabrda yeni həyata başlayacaq

Bu bürclər sentyabrda yeni həyata başlayacaq

AZAL və ABB təyyarə göyərtəsində POS ödəniş imkanını istifadəyə verdi

AZAL və ABB təyyarə göyərtəsində POS ödəniş imkanını istifadəyə verdi

Banklar məlumatlarımızı niyə toplayır? – Hər kəsin bilməli olduğu məqamlar

Banklar məlumatlarımızı niyə toplayır? – Hər kəsin bilməli olduğu məqamlar

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi – FOTO

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi – FOTO

Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

Mərdəkanda küçəyə döşənən asfaltla bağlı ŞİKAYƏT - FOTO - VİDEO

Mərdəkanda küçəyə döşənən asfaltla bağlı ŞİKAYƏT - FOTO - VİDEO

İranın informasiya panikası – “AzTV” niyə hədəfdədir?

İranın informasiya panikası – “AzTV” niyə hədəfdədir?

Bakıda mühüm beynəlxalq konfrans KEÇİRİLƏCƏK

Bakıda mühüm beynəlxalq konfrans KEÇİRİLƏCƏK

Həmkarlar ittifaqı üzvləri üçün növbəti tibbi aksiya keçirildi – FOTO

Həmkarlar ittifaqı üzvləri üçün növbəti tibbi aksiya keçirildi – FOTO

Dünənki dəhşətli hadisədən sonra 5 ayı güllələndi

Dünənki dəhşətli hadisədən sonra 5 ayı güllələndi

Azərbaycan Bolqarıstana neft satışından gəlirini KƏSKİN ARTIRIB

Azərbaycan Bolqarıstana neft satışından gəlirini KƏSKİN ARTIRIB

Gəncədə zibil poliqonunda ölü döl TAPILDI - Araşdırma aparılır

Gəncədə zibil poliqonunda ölü döl TAPILDI - Araşdırma aparılır

Axtarışda olan 114 nəfər SAXLANILDI

Axtarışda olan 114 nəfər SAXLANILDI

Qalmaqallı kollec direktoru vəzifəsindən AZAD EDİLDİ

Qalmaqallı kollec direktoru vəzifəsindən AZAD EDİLDİ

İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa edildi

İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa edildi

Əvvəlki illərin məzunlarının diplom və attestatları nə vaxt ELEKTRONLAŞDIRILACAQ? – Rəsmi AÇIQLAMA

Əvvəlki illərin məzunlarının diplom və attestatları nə vaxt ELEKTRONLAŞDIRILACAQ? – Rəsmi AÇIQLAMA

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

End of content

No more pages to load

RADİO